Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4473/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Ağahəsən oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «mənzillərin sənədləşdirilməsinə zəruri olan – arayış, protokoldan çıxarış və digər zəruri sənədlərin verilməsi öhdəliyinin müyəən olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «mənzil münasibətləri üzrə sair mübahisələr» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Həsən-96 MTK-nın həmin Mənzil Tikinti Koorperativində İddiaçı mülkiyyətində sahəsi 205 kv metr olan 15 saylı və sahəsi 166 kv metr olan 16 saylı mənzillərin sənədləşdirilməsinə zəruri olan- ünvan dəyişikliyi ilə bağlı arayış, protokoldan çıxarış və digər zəruri sənədləri vermək öhdəliyi müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Mənzil Tikinti Koorperativində sahəsi 205 kv metr olan 15 saylı və sahəsi 166 kv metr olan 16 saylı mənzillər İddiaçı mülkiyyətindədir. Haqqında bəhs edilən hər iki mənzilə dair müqavilə və maliyyə arayışları mövcuddur, lakin həmin sənədlər reyestr xidməti tərəfindən dövlət qeydiyyatının aparılması üçün kifayət deyil. Həmin mənzillərin özəlləşdirilməsi zərurəti yarandığından hər iki mənzillə əlaqədar Cavabdeh Mənzil Tikinti Koorperativinin təqdim etməli olduğu sənədləri (ünvan dəyişikliyi ilə bağlı arayış, protokoldan çıxarış və digər zəruri sənədləri) rəsmi qaydada iddiaçıya göndərilməsi barədə müraciət etsə də, ona rəsmi cavab verilməmişdir. MTK tərəfindən edilən qanunsuz hərəkətlər nəticəsində onun mülkiyyət hüququnu təsdiq edən sənədi əldə etmək imkanı məhdudlaşır. Bir istehlakçı kimi iddiaçının hüququ pozulur. Dövlət rüsumu haqqında qanuna əsasən istehlakçılar pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etdikdə dövlət rüsumu ödəməkdən azad edilirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil Ağahəsən oğlu iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 02 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə tikilməkdə olan 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, 205 kv.m-dən ibarət olan 15 saylı mənzilin tikintisi Cavabdeh MTK tərəfindən öhdəliyəgötürülmüş, mənzilin dəyəri 225000 (iki yüz iyirmi beş min) ABŞ dolları müəyyən olunmuşdur. Cavabdeh MTK tərəfindən verilmiş 28 saylı maliyyə arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında Cavabdeh MTK tərəfindən tikilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 205 kv.m-dən ibarət olan 15 saylı mənzilin dəyərinin İddiaçı tərəfindən tam şəkildə Cavabdeh MTK-ya ödənildiyi müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 02 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə tikilməkdə olan 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 166 kv.m-dən ibarət olan 16 saylı mənzilin tikintisi Cavabdeh MTK tərəfindən öhdəliyə götürülmüş, mənzilin dəyəri 199200 (bir yüz doxsan doqquz min iki yüz) manat müəyyən olunmuşdur. Cavabdeh MTK tərəfindən verilmiş 27 saylı maliyyə arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında Cavabdeh MTK tərəfindən tikilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 166 kv.m-dən ibarət olan 16 saylı mənzilin dəyərinin İddiaçı tərəfindən tam şəkildə Cavabdeh MTK-ya ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh MTK-nın balansında olan ,Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, ev 9D və 9C saylı binalarda İddiaçı adına dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). 10-cu maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-cimaddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdehlə bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmiş, mənzilin dəyərini ödəmiş, lakin cavabdeh mənzilə aid müqaviləni və maliyyə arayışını iddiaçıya versə də, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını ona verməmişdir. Odur ki, İddiaçı iddiası zəruri sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə, bina 1, 4-cü mərtəbədə yerləşən 15 saylı (205 kv.m) və 16 saylı (166 kv.m) mənzillərin sənədləşdirilməsinə zəruri olan – ünvan dəyişikliyi ilə bağlı arayış, protokoldan çıxarış və digər zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4473/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4473/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver