Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4476/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 LTD-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə barpa” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 LTD-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə barpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı tərəfindən cavabdehlərdən Cavabdeh2 ünvanı Bakı şəhəri, Nəsimi rayonu, S.Ələsgərova 156, blok E kimi göstərilsə də, onun rəsmi qeydiyyat ünvanının ünvan 2 mənzil 13 olduğu müəyyən edilmişdir. Cavabdeh1 LTD-nin hüquqi ünvanı isə ünvan 3 (blok D) kimi göstərilməsinə baxmayaraq, bu faktı təsdiq edən zəruri sənədlər iddia ərizəsinə əlavə edilməmiş, bununla da iddiaçı tərəfindən Mülki Prosessual Məcəllədə nəzərdə tutulan ərazi aidiyyəti tələblərinə riayət edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddia ərizəsində cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 LTD-yə qarşı yönəldilən tələblərin konkret nədən ibarət olduğu iddianın məzmununda aydınlaşdırılmır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin məcəllənin 36.2-ci maddəsinə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Mülki Prosessual Məcəllənin 149.2.2 və 149.2.3-cü maddələrindən görünür ki, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 LTD-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə barpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4476/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4476/2020
28.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver