Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4573/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən, məhkəmə qətnaməsi ilə onun istifadəsinə verilmiş 16.6 kv.m sahəsi olan bir otaq və 15.6 kv.m köməkçi sahədən ibarət “B” tikilisindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 may 2006-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsindəki 16 a nömrəli 5 otaqdan ibarət evdən istifadə qaydası müəyyən edilərək 16.6 kv.m sahəsi olan bir otaq və 15.6 kv.m köməkçi sahədən ibarət “B” tikilisi üç uşağı ilə birlikdə onun istifadəsinə verilmişdir. X7 cavabdeh ilə 2020-ci ilin mart ayının 15-də qeyri rəsmi nikaha daxil olmuş və onu yaşadığı Bakı şəhəri H.Əliyev küçəsindəki 16 a nömrəli mənzilə gəlin gəlmişdir. Cavabdeh mənzilinə daxil olduğu gündən onu mənzilində rahat yaşamağa imkan vermir. Onu nalayiq söyüşlərlə təhqir edərək, mənzilindən qovur. Bu azmış kimi, o, çayniki başına çırparaq ona xəsarət yetirmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nə və Baş prokurorluğa da müraciətləri olub. Dəfələrlə ondan mənzilini tərk etməsini tələb etsə də, onunla dalaşaraq onu nalayiq söyüşlərlə təhqir edir, evindən çıxmayacağını bildirir. Ona məxsus mənzil cavabdeh tərəfindən zəbt olunduğu üçün mənzilə girib rahat yaşaya bilmir. Cavabdeh heç bir hüquqi əsası olmadan onun mənzilində yaşayır və o, həmin mənzildən çıxarılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 2020-ci ilin mart ayının 15-də X7 ilə qeyri rəsmi nikaha daxil olaraq onu yaşadığı Bakı şəhəri H.Əliyev küçəsindəki 16 a nömrəli mənzilə gəlin gəlmişdir. xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların bir uşağı anadan olmuşdur. İddiaçı ilə mehriban olmuşlar, daha sonra münasibətlər pozulmuşdur. O, iddianı qəbul etmir, iddia tələbinin rədd edilməsin məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, İddiaçı oğludur. O İlhamə ilə ailə qurub və birgə mübahisəli evdə yaşayırlar, başqa yaşayış evləri yoxdur. Evin sənədi yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2- 1066/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, H.Əliyev küçəsindəki 16a saylı evdən istifadə qaydası müəyyən edilərək 16,6 kv m sahəsi olan bir otaq və 15,6 kv.m. köməkçi sahədən ibarət "B" tikilisi üç uşağı ilə birlikdə İddiaçı, 37,1 kv.m. sahəsi olan iki otaq və 14,30 kv.m. köməkçi sahədən ibarət "A" tikilisi X2, X4, X5 və X6 istifadəsinə verilməsi, digər yardımçı sahələri isə tərəflərin ümumi istifadəsində saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2002-cı il tarixli qətnaməs ilə İddiaçı P.Ş. Məsimovaya və qeyrilərinə qarşı özəlləşmənin, qeydiyyat vəsiqəsinin ləğv olunması və payın müəyyən edilməsinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 27 dekabr 2002-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan X7 ilə Cavabdeh arasındakı nikah xx.xx.1991-ci il tarixdə bağlanmış və 1759 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına «Məsimova» soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 606416 saylı doğum haqqında şəhadətnamənin surətindən görunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 ilə Cavabdeh birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X8 anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iş materiallarından, işin faktiki hallarından və proses iştirakçılarının izahatlarından müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 may 2006-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsindəki 16 a nömrəli 5 otaqdan ibarət evdən istifadə qaydası müəyyən edilmiş və 16.6 kv.m sahəsi olan bir otaq və 15.6 kv.m köməkçi sahədən ibarət “B” tikilisi İddiaçı üç uşağı ilə birlikdə onun istifadəsinə verilmişdir. Cavabdeh X7 ilə 2020-ci ilin mart ayının 15-də qeyri rəsmi nikaha daxil olaraq ailə qurmuş və iddiaçının yaşadığı Bakı şəhəri H.Əliyev küçəsi 16 a saylı mənzilə gəlin gəlmişdir. Birgə nikahdan onların bir uşağı anadan olmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı həmin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun iddia qaldırmaq hüququ olduğu zaman yol verilə bilər. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən, məhkəmə qətnaməsi ilə onun istifadəsinə verilmiş 16.6 kv.m sahəsi olan bir otaq və 15.6 kv.m köməkçi sahədən ibarət “B” tikilisindən cavabdehin çıxarılmasın tələb edir. Lakin, iddiaçı həmin mənzilin mülkiyyətçisi deyil və belə olan halda isə o, bu iddia ilə məhkəməyə müraciət etmək subyektiv hüquqa malik olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” barədə tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4573/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4573/2023
14.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver