Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-46/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Feyzi qızının, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Feyzi qızının Cavabdehnə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Feyzi qızı Cavabdehnə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 iyul 2021-ci il tarixində Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə Çıxarış üzrə ünvanı ünvan 2arla: AZ 1007, ünvan 3 ünvanındakı 3 otaqlı 80 saylı mənzilin ümumi sahəsi 110,92 m2 olmaqla müqavilə bağlayaraq həmin mənzilə görə 160000 (bir yüz altmış min) manat ödəyərək almışdır. Həmin mənzili aldıqdan sonra mənzilin sahəsində heç bir dəyişiklik etdirmədən, söküntü işləri aparmadan və yaxud əlavə sahə artırmadan mənzili yaşayışı üçün tam təmir etdirmişdir. Bundan sonra cavabdeh tərəfindən verilən maliyyə arayışı və digər sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə təqdim etməklə adına mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarış və texniki pasport da almışdır. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsindən mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən mənzilin çıxarışını və texniki pasportu: aldıqdan sonra həmin sənədlərdə mənzilin ümumi sahəsinin 110.92 kv.m deyil, cəmi 93,40 kv.m olduğunu görmüşdür. Bundan sonra o, şifahi olaraq bir neçə dəfə Cavabdeh rəhbərliyinə mülkiyyətindəki mənzilin sahəsinin 17,52 kv.m az olduğunu bildirərək mənzilə görə ödədiyi 160000 (bir yüz almış min) manat pulun bir hissəsinin geri qaytarılmasını tələb etmişdir. Lakin Cavabdeh rəhbər şəxsləri və satışı dələduzluq yolu ilə həyata keçirən digər əməkdaşları «Sizinlə bağlanmış müqavilə üzrə bu qədər sahə düşür, heç bir müqavilələrimizdən bu günə kimi Sizin kimi bizim MTKdan şikayət edən olmayıb. İstəmirsizsə mənzili özümüzə geri qaytarın baha qiymətə başqasına satıb. Sizin ödədiyinizi tam geri qaytaraq» kimi ədalətsiz cavablar veriblər. Qeyd etmişdir ki, mənzili iddiaçı alıb pulunu ödədikdən sonra həmin ərazidə mənzillər artıq iki dəfə bahalaşıbdır. Cavabdehə narazılığı bildirib, iddiaçıdan artıq aldıqları pulu geri istədiyini bildirib və onları xəbərdar etdikdən sonra vəkilə müraciət edərək müqavilə üzrə mülkiyyətindəki mənzildə MTK tərəfindən tikilmiş sahənin azlığı ilə bağlı iradını bildirmiş və mənzilə mütəxəssislərin dəvət olunaraq, obyektiv və ədalətli ölçülər aparılmasını xahiş etmişdir. Müstəqil ekspert-mütəxəssislər tərəfindən mənzilə baxış keçirilib, ölçülər aparıldıqdan sonra da mənzilin müqavilə, texniki pasport və çıxarış üzrə köhnə ölçülərinin az olduğu müəyyən olunmuşdur. 27 iyul 2021-ci il tarixli müqavilə bağlayaraq aldığı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəşi, ev 147, 149, mənzil 80, yeni qaydalarla: AZ 1007, ünvan 4 ünvanındakı 3 otaqlı 80 saylı mənzilin ümumi sahəsi 110.92 kv.m .maqla hər kv.m-nə 1442.49 manat olmaqla ümumilikdə 160000 (bir yüz altmış min) manat pul ödəmişdir. Hazırda həmin ərazidə mənzillərin bugünkü gün 1 kv.m-nin bazar satış qiyməti 2150 manat təşkil edir. Müqavilədə göstərilən rəqəmlər ilə çıxarış və texniki pasportdakı ölçülər və mənzilin daxilində olan real ölçülər arasında ümumi sahə üzrə fərq 17.52 kv.m azdır. Bu barədə Cavabdeh rəhbərliyinə pretenziya qaydasında da rəsmi müraciət ünvanlasa da, cavabdeh tərəfindən heç bir razılıq və yaxud hər hansı təklif olunmayıb. Ona görə də mənzili alan zaman nəzərdə tutulan deyil, daha az sahəyə görə artıq ödədiyi, yəni cavabdeh MTK tərəfindən iddiaçını aldadaraq artıq aldıqları 37668 (otuz yeddi min altı yüz altmış səkkiz) manat pulun, həmin pullara görə hər ay əldən çıxmış fayda olaraq ümumilikdə 12000 (on iki min) manat pulu və cavabdehlərin bu müddət ərzində iddiaçıya vurduqları mənəvi zərərə görə 10000 (on min) manat pulun, vəkil bürosuna, kassa mədaxil orderi üçün və məhkəməyə müraciət etməyi üçün ödədiyi 241 (iki yüz qırx bir) manat dövlət rüsumlarının da Cavabdehndən alınaraq xeyrinə tutulmasını tələb edir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün və mənzilinə görə artıq alınmış pulların ona geri qaytarılması üçün hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147. 149. Mənzil 80, yeni qaydalarla: AZ1007. ünvan 5 ünvanındakı 3 otaqlı 80 saylı ümumi sahəsi 110,92 kv.m olmaqla müqavilə üzrə pulunu tam olaraq ödəyib iddiaçının aldığı mənzilin sahəsindən 17.52 kv.m az göstərilmiş hər kv.m üçün 1442,49 manat ödədiyi və real bazar satış qiymətinin 2150 manat olduğundan artıq alınmış hər kv.m üçün ümumilikdə 37668 (otuz yeddi min altı yüz altmış səkkiz) manat pulun, həmin pullara görə hər ay əldən çıxmış fayda olaraq 12000 (on iki min) manat pulun, cavabdehlərin bu müddət ərzində iddiaçıya vurduqları mənəvi zərərə görə 10000 (on min) manat pulun, Vəkil Bürosuna ödədiyi 181 manat pulun, X1 ödənilmiş 150 manat pulun, iddia tələbinə görə məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 241 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı Feyzi qızına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Feyzi qızının "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı məhkəmədə iddia qaldırıb, Bakı şəhəri Nərimanov rayonu, Möhsün Sənanı küçəsi, ev 147. 149. Mənzil 80, yeni qaydalarla: AZ1007. ünvan 5 ünvandakı 3 otaqlı 80 saylı ümumi sahəsi 110,92 kv.m. olmaqla müqavilə üzrə pulunu tam olaraq ödəyib aldığı mənzilin sahəsindən 17,52 kv.m. az göstərilmiş hər kv.m. üçün 1442,49 manat ödədiyi və real bazar satış qiymətinin 2150 manat olduğundan ondan artıq alınmış hər kv.m. üçün ümumilikdə 37.668 manat pulu, həmin pullara görə hər ay əldən çıxmış fayda olaraq ümumilikdə 12000 manat pulu, cavabdehlərin bu müddət ərzində ona vurduqları mənəvi zərər olaraq 10000 manat pulun, hüquqi xidmət üçün vəkilə 181 manat, ekspertizaya 150 manat və dövlət rüsumu ödədiyi 241 manat pulun cavabdeh "xxxx" MTK-dan tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Adı çəkilən iddia hazırda Nəsimi rayon məhkəməsinin icraatında baxılır, iş hazırlıq mərhələsindədir və iş üzrə məhkəmə texniki tikinti ekspertizası təyin edilmişdir. İddia tələbinin əsası kimi cavabdehdən müqavilə əsasında almış olduğu mənzilin sahəsinin müqavilədə qeyd olunan sahədən 17,52 kv.m. az olmasına, bu az olan sahə üçiin cavabdehə 37.668 manat artıq ödədiyinə, artıq ödədiyini hesab etdiyi 37.668 manata görə hər ay əldən çıxmış fayda qismində 12.000 manat və bu müddət ərzində cavabdeh ona 10.000 manat məbləğində mənəvi ziyan vurmuş olduğuna istinad etmişdir. İddia tələbinin mənzil sahəsinin azlıq təşkil etdiyi hissəsini əsası kimi onu qeyd edir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə, ona verilmiş mənzilin sahəsi 110,92 kv.m. göstərilmiş, lakin həmin mənzilə DƏDK və RP hüquqi şəxs tərəfindən verilmiş çıxarışda isə mənzilin sahəsi 93,40 kv.m. göstərildiyindən, 17,52 kv.m. sahənin az olduğu, mənzilin 1 kv.m. qiyməti 1442,49 manata razılaşdırıldığından, az verilmiş sahənin dəyəri 37.668 manat təşkil edir. İddia tələbinin 12.000 manat əldə çıxmış fayda və 10.000 manat mənəvi ziyanın haradan meydana gəldiyi barədə istinad yoxdur. Lakin iddia ərizəsinin məzmununda istinad etdiyi dəlilərdən biri tam bunun əksini göstərir. Belə ki, iddia ərizəsində iddiaçı 1 kv.m. 1442,49 manata aldığı mənzilin, hazırda 1 kv.m. bazar dəyərinin 2.150 manat olduğunu qeyd edir. Yəni hər bir halda mübahisələndirilən mənzilin alışından iddiaçı, hər 1 kv.m. görə 707,51 manat, ödədiyi məbləğə nisbətdə 49,05% qazanc əldə etmişdir. Bu baxımdan iddiaçının əldə çıxmış fayda və ya mənəvi ziyanla bağlı tələbi məntiqsiz olduğundan üstündə dayanmağa dəyməz. Mənzilin sahəsinin az olması ilə bağlı məsələyə gəlincə, cavabdeh tərəf mənzili iddiaçıya çıxarış əsasında, alqı-satqı ilə deyil, mənzili tikib ona təhvil verəcəyi öhdəçiliyi üzrə ilkin müqavilə əsasında verilmişdir. Bununla bağlı tərəflər arasında, şərtləri mübahisələndirilməyən xx.xx.2021-ci il tarixli, 49/58A nömrəli müqavilə mövcuddur. Cavabdehin hüquqi forması mənzil-tikinti kooperativi olduğundan, bina onun üzvlərinin xərci hesabına tikilir. Yəni bütün binanın xərcləri onun üzvləri arasında bölünməklə, aldığı sahənin 1 kv.m. dəyəri müəyyənləşdirilir. İddiaçının özü də aldığı mənzil payı ilə MTK-nın üzvüdür. Mənzil sahələrinə üzvlərlə müqavilə bağlanılan zaman, mənzilin sahəsi binaya təsdiqlənmiş layihə əsasında müəyyən edilir. Mənzilin tikintisinə daxil edilən sahənin ölçüləri isə tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində razılaşdırılmış 1 saylı Əlavədə göstərilmiş sxemlə müəyyən edilir. Belə ki, tərəflər üçün hüquq, vəzifələr və öhdəçiliklərin müəyyən edildiyi, tərəflər arasında bağlanmış 27.07,2021-ci il tarixli, 49/58A nömrəli müqavilənin 1.2-ci bəndi bu şəkildə razılaşdırılmışdır: "... Mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir...". Həmçinin mənzilin sahələri ilə bağlı müqavilənin 11.2-ci bəndində qeyd edilir: "Mənzilin struktur bölmələrinin (otaqlar, mətbəx, sanitar qovşağı, kolidor, pəncərə(lər), köməkçi sahə(lər) və.s.) və mərtəbənin təsvir olunduğu (təsdiqlənmiş) sxem-layihə müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. " Müqaviləyə 1 saylı əlavə kimi təsdiqlənmiş mənzilin ümumi sahəsindən aydın şəkildə görünür ki, müqavilənin 1.2-ci bəndində razılaşdırılmış şərtə uyğun olaraq, mənzilin əsas sahələri, köməkçi sahələri, eyvanı, mənzil premetri boyu mənzilə aid divarlar fərqli rənglə ayrılmaqla, hesablanmış və ümumilikdə 110,92 kv.m. təşkil edir. Bu da mübahisələndirilən mənzilin iddiaçıya müqavilədə şərtləndirilmiş forma və ölçüdə verildiyini bir daha təsdiqləyir. Xatırladır ki, tərəflər arasında mənzilin verilməsi ilə bağlı münasibətlər onlar arasında bağlanmış müqavilə əsasında yaranmışdır. Mənzilin ölçüləri də müqavilə əsasında müəyyən edilmişdir. DƏDK və RP hüquqi şəxs tərəfindən mənzilə çıxarışda qeyd olunan sahənin ölçüləri isə tərəflər arasında olan müqavilə şərtləri əsasında deyil, yalnız əsas faydalı sahələrlə müəyyən edilir. Köməkçi sahələr tam, eyvanların sahəsinin 2/3 hissəsi, qapı və pəncərə yerləri isə mənzilin ölçüsünə daxil edilmir. Məhz müqavilədə qeyd olunan ölçülərlə, çıxarışda göstərilən ölçülər arasında fərqlər buradan meydana gəlir. Tərəflərin iddia tələbi, etirazları, mənzilə sonradan verilmiş çıxarışla deyil, aralarında razıalşdıqlan müqavilədən irəli gələn hüquq, vəzifələr və öhdəliklərdən qaynaqlanmalıdır. Göründüyü kimi cavabdehin iddiaçıya verdiyi mənzil forma və ölçüsünə görə, mənzil verilməsi ilə bağlı tərəflər arasında mövcud müqavilədə üzərinə götürdüyü öhdəliklə tam şəkildə uyğundur. Müqavilə tərəfi olaraq iddiaçı müqavilədə şərtləndirilmiş halları, sonradan başqa forma və ölçüdə tələb etməsinin əsas yoxdur. İddia tələbi onda əsaslı hesab edilə bilər ki, tələb müqavilədə şərtləndirilmiş və cavabdehə aid edilən öhdəliyə uyğun olsun. Ona görə də məhkəmədən iddia ərizəsinə baxılarkən, qeyd olunanları nəzərə alınmasını və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı Feyzi qızı xx.xx.2021-ci il tarixdə ümumi sahəsi 110.92 m2 olmaqla cavabdeh MTK ilə ünvan 6 ünvanındakı 3 otaqlı, 80 saylı mənzili ilə bağlı müqavilə bağlayaraq həmin mənzilə görə cavabdehə 160 min manat pul ödəmişdir. Daha sonra isə həmin mənzilə dair çıxarış da əldə etmişdir. Bu zaman ona məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 110.92 kv.m deyil, 93.40 kv. metrdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş və cavabdeh tərəf bunu onunla əsaslandırmışdır ki, 110.92 kv. m sahəyə istifadə üçün nəzərdə tutulmamış və istifadəsi mümkün olmayan sahələr də daxildir və bu, iddiaçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuşdur. Lakin bununla razı deyillər. Hesab edirlər ki, cavabdeh tərəf müqavilə bağlayarkən onları aldatmış və mənzil üçün dəyərindən daha artıq vəsait əldə etmişdir. Bununla da iddiaçıya ziyan vurulmuşdur. Həmçinin onu da qeyd edir ki, hazırki mülki işlə bağlı bir neçə dəfə ekspertiza təyin edilmiş və ekspertlərin məsuliyyətsizliyi nəticəsində hətta mənzilə baxış keçirilmədən rəy verilmişdir. Yalnız sonuncu dəfə ekspert sahəyə baxış keçirərək rəy vermişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasında İddiaçı Feyzi qızı iddia tələbini müdafiə edərək bildirmişdir ki, müqavilə bağlanarkən cavabdeh tərəf iddiaçıya mənzilin faktiki sahəsinin 93.40 kv.m olması ilə bağlı heç bir məlumat verməmişdir. Bu hal müqavilədə də qeyd edilməmişdir. Onlar iddiaçıya mənzilin sahəsinin 110.92 kv.m olmasını bildirmişlər. İddiaçı da buna əsasən mənzili tam ödəniş etməklə əldə etmişdir. Hesab edir ki, cavabdeh onu aldadaraq mənzilin həqiqi dəyərindən daha artıq pul almışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdehlə MTK-nın üzvləri arasındakı bütün münasibətlər aralarında bağlanmış müqavilə ilə tənzimlənir. Hazırki mülki iş üzrə iddiaçı ilə də belə bir müqavilə bağlanmış və indiyənə kimi qüvvədədir. Müqavilə mübahisələndirilməyib. Cavabdeh də hazırki mübahisə ilə bağlı həmin müqaviləyə istinad etməlidir. Cavabdeh həmin müqavilədə AR Dövlət Şəhərsalma və Arxitektura komitəsinin müəyyən etdiyi əmsalların tətbiq ediləcəyini, Reyestr xidmətinin vermiş olduğu çıxarışda qeyd edilən ölçülərin əsas götürüləcəyini, əsas və köməkçi sahələrin nəzərə alınacağını qeyd etməmişdir. Əksinə, müqavilədə mübahisəli mənzilin yerləşdiyi binanın onun üzvlərinin vəsaiti hesabına inşa edilməsi və mənzilin iddiaçıya hansı şəkildə veriləcəyi qeyd edilmişdir. Cavabdeh çıxarışda qeyd edilən sahə ilə bağlı məsuliyyət daşımır. Çıxarışda mənzilin sahəsi müqavilədə qeyd edilən sahədən az və ya çox ola bilər. Bu o demək deyil ki, bundan çıxış edərək tərəflər bir-birlərinə qarşı hər hansı iddia irəli sürə bilər. Hesab edir ki, onlar müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, mübahisəli mənzil əvvəlcə başqa bir şəxsin, X5 mülkiyyətində olub. Sonradan o, üzvlükdən çıxmış və mənzilini hazırki mülki iş üzrə iddiaçıya satmışdır. Onlar da müqaviləni eyni şərtlərlə iddiaçı ilə davam etdirmişdir. Yəni burada onların heç bir günahı yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq, iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, X6 ilə aparılan əməliyyatlar, pulun verilməsi, alınması, alqı-satqının həyata keçirilməsi iddiaçı ilə T.Eyyubov arasında həyata keçirilib. Onlar sadəcə hüquqi prosedurları həyata keçirmişlər. Praktikada çıxarışda müqavilədə qeyd ediləndən daha artıq sahənin müəyyən olunması olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 7.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Feyzi qızı Cavabdeh Mənzil Tikinti Kooperativi ilə xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ümumi sahəsi 110,92 kv.m. olan mənzili almış və xx.xx.2022-ci il tarixdə iddiaçı mənzilə dair Çıxarış əldə edərkən ümumi sahənin ölçüsündə fərqin yarandığını görmüşdür. Hazırda iddiaçı bağladığı müqavilə üzrə müqavilədən 17,52 kv.m az olduğunu iddia edərək artıq ödədiyi hər kv.m üçün ümumilikdə 37668 manat pulun, həmin pullara görə hər ay əldən çıxmış fayda olaraq ümumilikdə 12000 manat pulun, cavabdehin bu müddət ərzində ona vurduğu mənəvi zərərə görə 10000 manat pulun, Vəkil Bürosuna ödədiyi 181 manat pulun, X1 ödənilmiş 150 manat pulun, iddia tələbinə görə məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 241 manat pulu tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan «İcraçı» qismində Cavabdeh MTK ilə «Sifarişçi» qismində İddiaçı Feyzi qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 49/58 A nömrəli müqavilədən görünür ki, İcraçı qismində çıxış edən Cavabdeh MTK Bakı şəhəri, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə onun tərəfindən inşa edilən Cavabdeh MTK çoxmərtəbəli yaşayış binasında bina 1, mərtəbə 13, ümumi sahəsi 110,92 kv.m olmaqla 3 otaqlı 80 nömrəli mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun qarşılığında İcraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. (bənd 1.1). Mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. (bənd 1.2). Bu müqavilənin qiyməti (ƏDV xaric) mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1442,49 manat hesablanmaqla 80 nömrəli mənzilin ümumi sahəsi 110,92 kv.m olduğunu nəzərə alsaq ödəniləcək məbləğ 160000 manat müəyyən edilmişdir. (bənd 3.1) 10.Mülki işin materiallarında olan Cavabdeh MTK tərəfindən verilən 27 iyul 2021-ci il tarixli, 49/58 A nömrəli Maliyyə Arayışından görünür ki, Cavabdeh MTK ilə iddiaçı arasında bağlanılmış 49/58A saylı, xx.xx.2021-ci il tarixli ev alqı-satqı müqaviləsinin şərtlərinə əsasən onun 160000 manat 00 qəpik öhdəliyi tam ödənildi və bu müqavilə üzrə borcu qalmır. 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrdən verilmiş çıxarışın surətindən görünür ki, ümumi ölçüsü 93.40 kv.m olan və Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 149, M13, m6) İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən mənzilin ümumi sahəsi 93,4 kv.m qeyd edilmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Feyzi qızı bazar qiymətinə uyğun olaraq 2150 manat hər kv.m üçün mənzilin sahəsinin 17.52 kv.m az olduğunu bildirərək mənzilə görə ödədiyi 160000 manat pulun bir hissəsinin yəni 37668 manat pul, həmin pullara hər ay əldən çıxmış fayda olaraq 12000 manat pulun Cavabdeh MTK-dan geri qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehi qabaqcadan xəbərdar etmişdir. 14.Mülki işin materiallarında olan iddiaçının nümayəndəsi və vəkili Vəkil sorğusuna əsasən X4 tərəfindən keçirilmiş tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 93 nömrəli rəyindən görünür ki, baxış zamanı aparılmış ölçü işləri nəticəsində mənzilin ölçüləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. dəhliz (giriş hissə) 18.38 m2
2. sanitar qovşaq 3.28 m2
3. qarderob 2.3 m2
4. mətbəx 18.09 m2
5. yataq otağı 11.72 m2
6. yataq otağı 17.06 m2
7. qonaq otağı 21.69 m2
8. eyvan 4.18 m2 Cəmi: 96.7 m2. Rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2, 3.3, 3.8 bəndlərinin tələblərinə müqvafiq olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 7 mənzilin ümumi sahəsinin 96.7 kv.m təşkil etdiyi müəyyən olunur. İddiaçı Feyzi qızına məxsus olan mənzilin 49/58A nömrəli, 27 iyul 2021-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş sahəsi ilə mənzilə dair tərtib edilmiş texniki pasporta əks olunmuş sahə arasında 17.52 kv.m fərq olduğunu və müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin dəyərinin 1442,49 manat məbləğində hesablandığını nəzərə alaraq, Cavabdeh MTK tərəfindən ünvan 8 ünvanında yeni tikilmiş çoxmərtəbəli bina evində inşa etdiyi mənzil üçün artıq pul aldığı sahənin dəyərinin 25271,42 (17.52 x 1442,49) manat məbləğində müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, İddiaçı Feyzi qızına məxsus olan mənzilin 49/58A nömrəli, 27 iyul 2021-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş sahəsi ilə hazırki tədqiqatla müəyyən edilmiş sahə arasında 14.22 kv.m fərq olduğunu və mənzili 1 kv.m-nin bazar qiyməti ilə təqribi dəyərinin 2150,00 manat olduğunu nəzərə alaraq, Cavabdeh MTK tərəfindən ünvan 8 ünvanında yeni tikilmiş çoxmərtəbəli bina evində inşa etdiyi mənzil üçün artıq pul aldığı sahənin dəyərinin 30573,00 (14.22 x 2150,00) manat məbləğində müəyyən edilir. 15.Mülki işin materiallarında olan “X4” MMC tərəfindən verilən 301617 nömrəli kassa mədaxil qəbzindən görünür ki, Vəkil tərəfindən 150 manat məbləğində pul ödənilmişdir. 16.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 18073 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosuna 181 manat məbləğində pul ödənilmişdir. 17.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 241 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 18.Mülki işin materiallarında olan məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/7606 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Tərəflər arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 7 mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. 19.Mülki işin materiallarında olan «İcraçı» qismində Cavabdeh MTK ilə «Sifarişçi» qismində X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 49/58 nömrəli müqavilədən görünür ki, İcraçı qismində çıxış edən Cavabdeh MTK Bakı şəhəri, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə onun tərəfindən inşa edilən Cavabdeh MTK çoxmərtəbəli yaşayış binasında bina 1, mərtəbə 13, ümumi sahəsi 110,92 kv.m olmaqla 3 otaqlı 83 nömrəli mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun qarşılığında İcraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. (bənd 1.1). Mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. (bənd 1.2). Bu müqavilənin qiyməti (ƏDV xaric) mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1200 manat hesablanmaqla 83 nömrəli mənzilin ümumi sahəsi 110,92 kv.m olduğunu nəzərə alsaq ödəniləcək məbləğ 133104 manat müəyyən edilmişdir. (bənd 3.1) 20.Mülki işin materiallarında olan Cavabdeh MTK tərəfindən verilən 04 noyabr 2020-ci il tarixli, 49/58 nömrəli Maliyyə Arayışından görünür ki, Cavabdeh MTK ilə X6 arasında bağlanılmış 49/58 saylı, xx.xx.2019-cu il tarixli ev alqı-satqı müqaviləsinin şərtlərinə əsasən onun 133104 manat 00 qəpik öhdəliyi tam ödənilir və bu müqavilə üzrə borcu qalmır. 21.Mülki işin materiallarında olan X6 tərəfindən Cavabdeh MTK-ya ünvanlanan **********031 nömrəli ərizədən görünür ki, Cavabdeh MTK-nın xx.xx.2019-cu il tarixli, 49/58 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə yerləşən Cavabdeh MTK-nın çoxmərtəbəli yaşayış binasında, bina 1, mərtəbə 13, ümumi sahəsi 110.92 kv.m olmaqla, 3 otaqlı 83 saylı mənzilə ehtiyacı yoxdur. Bununla bağlı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinə və həmin mənzilin Cavabdeh MTK-nın nizamnaməsinə müvafiq qaydada Cavabdeh MTK-ya qaytarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. 22.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/2455 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Tərəflər arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 7 mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 7 mənzilin sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 110,92 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. 23.Mülki işin materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tədqiqat obyektinə müayinə edilməsi üçün idarənin mühəndis-inventarlaşdırıcı X2 iştirakı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təmin edilmişdir. 24.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6428 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Tərəflər arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 7 mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 7 mənzilin sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 110,92 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 25.Hazırki iddia tələbləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtləri ilə uyğun olub-olmamasıdır. 26.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 27.Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 28.Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 29.Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 30.Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 31.Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 32.İş materiallarından göründüyü kimi tərəflər arasında müqavilədə qeyd edilən ümumi sahəsi 110,92 kv.m olan mənzilin sifarişçiyə təhvil verilməsi və sifarişçi tərəfindən də icraçıya müəyyən edilmiş müddət ərzində pul vəsaitinin ödənilməsi və müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə dair 27 iyul 2021-ci il tarixdə 49/58A nömrəli müqavilə bağlanmışdır. Tərəflər müqavilə üzrə öz üzərlərinə düşən öhdəliyi yerinə yetirmişlər. Lakin, hazırda iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən sözügedən mənzillə bağlı mülkiyyət hüququna dair çıxarışda mənzilin ümumi sahəsinin 110,92 kv.m yox 93.40 kv.m yazıldığını iddia edərək hazırki iddia tələbini irəli sürmüşdür. 33.Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 35.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. 36.Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi mənzilin ümumi sahəsi 110,92 kv.m təşkil edir və mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir (1.2-ci bənd). 37.Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 11.2-ci bəndinə əsasən mənzilin struktur bölmələrinin (otaqlar, mətbəx, sanitar qovşağı, kolidor, pəncərə(lər), köməkçi sahə(lər) və.s.) və mərtəbənin təsvir olunduğu (təsdiqlənmiş) sxem-layihə müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. 38.Eyni zamanda, məhkəmə tərəfindən hazırki iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizaları keçirilmişdir. Məhkəməyə təqdim edilən ekspert rəylərindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarına əsasən, Tərəflər arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 7 mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 7 mənzilin sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 110,92 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 1.2-ci bəndində mübahisəli sahəyə dair plan –sxem müəyyən edilmiş və həmin sxemlə də iddiaçı tanış olaraq razılaşmışdır. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçı mənzil ilə bağlı cavabdeh tərəfindən aldadılmamış və öz iradəsi ilə mənzilə baxmış , sərbəst müqavilə bağlamışdır. 39.Göründüyü kimi ekspert rəyi əsasında həqiqətən də iddiaçıya verilən mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanılmış müqavilənin şərtləri ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. 40.«Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. 41.Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 42.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
44. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
45. Hazırki iş üzrə araşdırma zamanı ekspert rəylərində (xx.xx.2023 və xx.xx.2024-cü il tarixli ekspert rəyləri) müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, sonuncu ekspert rəyinin tərtib edilməsi zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsinin də iştirakı təmin edilmişdir. 46.Beləliklə də məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar əsasında iddiaçının qeyd etdiyi kimi mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olması müəyyən edilmədiyindən iddiaçının hazırki iddia tələbi ondan cavabdeh tərəfindən 37.668 manat məbləğində artıq alınmış pul vəsaitinin qaytarılması hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. 47.Daha sonra məhkəmə iddia tələbinin digər hissələrinə (artıq ödənilmiş pullara görə əldən çıxmış fayda olaraq 12000 manat pulun və mənəvi zərər olaraq 10000 manat pulun cavabdehdən tutulması) münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissəyə münasibətdə təmin edilmədiyindən bu hissədə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan təmin edilməməlidir. 48.Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 181 manat vəkil xərci, müstəqil ekspert rəyi xərci kimi 150 manat və 241 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 49.Hazırda iddia tələbi əsas hissələrdə rədd edildiyindən İddiaçı Feyzi qızı tərəfindən ödənilən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. 50.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı Feyzi qızının Cavabdehnə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. 51.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 53.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 54.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 55.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 56.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 57.Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. 58.Bundan başqa, hazırki iş üzrə iddia tələbi bütövlükdə rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı Feyzi qızından tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. 59.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Feyzi qızının Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı Feyzi qızından tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.