Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4618/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun həqiqətən xx.xx.1953-cü il tarixdə Bakı şəhərində doğluması, atasının X2ması və anasının X4 faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1953-cü il tarixində Bakı şəhərində dünyaya gəlmişdir. O zaman ona doğum haqqında Şəhadətnamə verilmişdir. Hal-hazırda ərizəçi anasının vərəsəlik işini başlamaq niyyətindədir. Lakin bu zaman ona məlum olmuşdur ki, ilkin doğumu qeydiyyata alınarkən ata adı qrafası boş qalıb. Lakin ərizəçinin özündə doğum haqqında Şəhadətnamə vardır və atası barədə məlunatlar da orada yer almışdır. Buna görə də o, yanlışlığın düzəldilməsi üçün Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona xx.xx.2022-ci il tarixli məktubla rəsmi imtina verilərək məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. İş materiallarında olan xx.xx.1954-cü il tarixli, ИЖ № 185473 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi X3 xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1954-cü il tarixdə 1004 nömrə ilə qeyd edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Ərizəçi adına Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1004 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1954-cü il, soyadı “Dadaşıdze”, anasının soyadı “Dadaşıdze”, ata haqqında məlumat qrafasında isə heç bir məlumat qeyd edilməmişdir. Lakin xx.xx.1954-cü il tarixli, ИЖ № 185473 nömrəli şəhadətnamədə doğum tarixi “xx.xx.1953-cü il” soyadı “Smolnikov” ata haqqında məlumatlar qrafasında isə atası “X7” qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas (doğum haqqında tibbi şəhadətnamə) olmadığı üçün ərizə təmin edilmir. Doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün təqdim edilmiş sənədlərdə zidiyyət olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xəlilova (Smolnikova) Nataliya Vasilyevnanın doğum haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. Ərizəçi məhkəməyə müraciət edərək onun xx.xx.1953-cü il tarixdə Bakı şəhərində doğluması, atasının X5, anasının isə X1ması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, əslində ərizənin məzmunundan və ərizəçinin məhkəmədə verdiyi izahatdan onun doğum haqqında ilkin akt qeydində “ata adı” qrafasının boş qalmasına dair yanlışlığın düzəldilməməsi barədə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin imtina cavabından narazı qaldığı müəyyən edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi xx.xx.1953-cü il təvəllüdlü Xəlilova (Smolnikova) Nataliya Vasilyevna Bakı şəhərində anadan olmuş, doğumu müvafiq qayada qeydiyyata alınmış və bu barədə ona xx.xx.1954-cü il tarixli, ИЖ № 185473 nömrəli doğum haqqında şəhadətnamə, daha sonra isə Azərbaycan Respublikasının vətəndaşı olduğunu təsdiq edən AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Müəyyən edildiyi kimi hazırda hüquqi əhəmiyyəti olan faktın, yəni ərizəçinin xx.xx.1953-cü il tarixdə Bakı şəhərində doğulması, atasının X5, anasının isə X1ması faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərtlər mövcud deyildir. Çünki bu faktlar müəyyən edilməsi tələb edilməyən faktlardır. Beləliklə ərizəçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydi faktını təsdiq edən sənədi mövcud olsa da, bu aktın qeydində ifadə olunan hüquqi fakt haqqında məlumat qeyridüzgündür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 2.2-ci bəndində qeyd olunmuşdur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göründüyü kimi vətəndaş vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlər üzrə icraatın məqsədi vətəndaşlıq vəziyyəti aktlarında olan və vətandaşın subyektiv hüquqlarının həyata keçirilməsinə maneə yaradan səhvləri, dəqiqsizlikləri, natamamlığı, qeyri-düzgünlüyü aradan qaldırmaqdan ibarətdir və bu məsələlər məhz inzibati məhkəmə icraatı qaydasında öz həllini tapır. Belə ki, ərizəçi şəxsi məlumatların dəyişdirilməsi ilə əlaqədar müvafiq vətəndaşlıq vəziyyəti aktları qeydiyyatını aparan dövlət orqanına müraciət etmək, bu qurumun imtina cavabından, hərəkətlərindən və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə isə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Çünki vətəndaşla adıçəkilən dövlət qurumu arasında yaranan münasibətlər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri inzibati orqan olduğundan, inzibati mübahisə kateqoriyasına aiddir və beləliklə də bu cür mübahisəyə ümumi məhkəmədə baxıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Ərizəçi (Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, ərizəçiyə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Həmçinin ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.4, 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçi (Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunsun ki, o, hazırkı mübahisəni həll etmək məqsədilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Ərizəçiyə həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4618/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4618/2022
15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver