Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4659/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdeh X6 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X9 nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh2 qarşı “sosial sığorta fonduna ödənişlərin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi və Cavabdeh2 qarşı “sosial sığorta fonduna ödənişlərin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1986-ci ilin mart ayından 2017-ci ilə qədər cavabdeh Könüllü Hərbi X3 Cəmiyyətində "Avtomobilin quruluşu və Yol hərəkəti qaydaları" fənni üzrə nəzəriyyə müəllim işləmişdir. İndi təqaüdə çıxmağı ilə əlaqədər iddiaçıya məlum oldu ki, iddiaçıya aid sosial sığorta vərəqəsində 2006-2012-ci illər üzrə ödəniş tam ödənilməyib. Həmin dövrdə müəssənin rəhbəri Cavabdeh2 olub. Həmin dövrdə sosial sığorta üzrə ödənişlərin tam şəkildə ödənilmədiyi üçün hazırda pensiya ödənişində müəyyən problemlər ortaya çıxmışdır. Ona görə də ödənilməyən sosial sığorta ödənilməsini iş üzrə Cavabdeh2 tələb edir. İddiaçıya verilən əmək haqqı cədvəlində 2006cı ildən 2012-ci il daxil olmaqla əmək haqqı yazılıb onun surətini də iddia ərizəsində göstərmişdir, idarənin möhürü və müdirin imzası olduğunu özü təsdiq edib. 2006-2012-ci ilin 1-ci və 2-ci hissəsi Hərbi qruplar adına əmrdə qeyd olunub əmək haqqı üzrə imza etmiş, maaşı almışdır. Amma həmin sənədlər mühasibatlıqda tapılmır. 2006-2012-ci illərin əmək haqqı cədvəli ona verildi. Lakin digər dövürlərin əmək haqqı cədvəlin hərbi qrupların əmək haqqın həmin cədvəldə göstərməyiblər. Belə ki, Konstitusiyanın 16,26,27,35, 38, 57, 72-ci maddələrini pozan cavabdeh həmin dövrdə Sumqayıt avtomobil məktəbinin direktoru Cavabdeh2 öz şəxsi mənafeyi üçün heç kəslə hesablaşmadan öz mənafeyini dövlət mənafeyindən üstün tutmuşdur. İddiaçı 1986-cı ilin mart ayından 2017-cü ilə qədər bu kollektivdi çalışmış, ömrünün çox hissəsini bu kollektivi sərf etmiş, məktəbin ictimai və digər işlərində daim fəal olmuşdur. İndi iddiaçı təqaüdə çıxmış, ancaq aldığı məvacib azdır, buna görə də ödənilməmiş sosial sığortaların ödənilməsini istəyir, nəticədə aldığı təqaüddə müəyyən qədər dəyişliklik olacaq. İddiaçı da Azərbaycan xalqının övladıdır, bu xalqın vətəndaşıdır, amma iddiaçının hüquqları direktor tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur, tapdanmışdır. Müdürin təqdim etdiyi Əmək haqqı cədvəllərində 2006-2012ci illər göstərildiyi halda ancaq pensiya fondundun Proqramında isə bəzisində ya tam göstərilməyib və ya qismən əmək haqqı göstərilib, sığorta hissəsi isə bəzi aylar ödənilib, bəzi aylar isə tam ödənilməyib, 2006-2012-ci il hərbi qrupların əmək haqqı isə ümumiyyətlə göstərməyib. (Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-cü il tarixli 681 N-li Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və X4 Məhdud Məsuliyyətli Cəmiyyəti yaranmışdır.Həmin Fərmanının 3-cü bəndində isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakınə dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış "Hərbi Vətənpərvərlik və X4 Məhdud Məsuliyyətli Cəmiyyəti verilsin. İddiaçıdan sosial sığorta tutulub ancaq onun adına fonda köçürülməyib, mənimsənilib. Müdir pensiya fonduna sığortaların ödəmələrini də ödəmək istəmir, onu yollarda süründürməçiliyə salıb. Sosial təminat hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdə də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın bu müddəalarına və beynəlxalq Konvensiyalara uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsi iş vaxtı, əmək müqaviləsi,əmək normaları, əməyin ödənilməsi qaydaları, əmək və icra intizamı və digər qaydalarla yanaşı istirahət vaxtı və sosial təminatın ödənilməsi qaydalarını da müəyyənləşdirmişdir. 2006-2012-cü illər ərzindəki pensiya fonduna sosial sığorta haqqımın ödənilməsi tam təmin olunmalıdır. Uzun müddət müraciətlərinin heç bir nəticəsi olmadığı üçün məcbur olub. 2023-cü il dekabr ayından iddia qaldırmışdır, məhkəmənin gedişi zamanı gizlədilmiş 16443,87 manat borc ortaya çıxdı onu məhkəməyə təqdim etdi iddiaçı, vəkil və məhkəmə borc barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu yollanıldı ancaq qarşı tərəf borc barəsində heç bir məlumat vermədi eyni məzmunlu mətləbə uyğun olmayan cavab verildi və məsləhət görüldü ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etdikdə isə o qeyd edir ki,xx.xx.2019-cu ildə onlara verilib ondan əvvəlki dövr onlar cavablandıra bilmirlər, o vaxt dövr haqda onlarda məlumat yoxdur. Məhkəməni dayandırmış cox çalışdı, nə qədər yazıb, vəkil sorğu verilsə də, heç birdən doğru cavab ala bilmir. Ona görə də hələlik məhkəmə dayandırılmışdır ki, düzgün cavab alıb məhkəmə tez yekunlaşsın. Ancaq cavablandıra bilmir. Göstərilənlərə əsasən, cavabdeh Könüllü Hərbi X3 Cəmiyyəti Sumqayıt Avtomobil məktəbinin həmin dövrdə direktor işləmiş Cavabdeh2 tərəfindən iddiaçıya 2006-2012-ci illər ərzindəki dövrlərdə təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqqlarına görə dövlət sosial fonduna ödənişlərin iddiaçının adı iş üzrə cavabdeh, həmin dövürdə direktor işləmiş Cavabdeh2dan tutularaq dövlət sosial sığorta fonduna tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)-4659/2024 saylı qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi və Cavabdeh2 qarşı “sosial sığorta fonduna ödənişlərin tam ödənilməsi” tələbinə iddia ərizəsi cavabdeh Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinə münasibətdə baxılmamış saxlanılmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:. 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində və əvvəlki məhkəmə iclaslarında qeyd etdiyi halları bir daha təsdiq edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, sosial ödənişlərin ödənilməsini Cavabdeh2 tələb edir. 5.Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini ona aid hissədə qəbul etmədiyini bildirərək, qeyd etmişdir ki, o, 2011-ci ilin mart ayına kimi Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin rəisi olaraq çalışmışdır. Daha sonra isə təqaüdə buraxılmışdır. Həmin müddət ərzində maliyyə çatışmazlığı ucbatından işçilərin sığorta ödənişlərinin bir qismi ödənilməmişdir. O, bunu inkar etmir. Həmçinin, hazırki mübahisəyə digər hakimin icraatında baxılarkən iddiaçıya münasibətdə ödənilməyən sosial haqların məbləğinin 294 manat olması müəyyən edilmişdir. Hansı ki, həmin ödənişlər 2006-2012-ci illəri əhatə edir. 2011-ci ilin mart ayından o, təqaüdə buraxıldığı üçün 294 manat ödənilməmiş sosial haqların 2011-2012-ci illərə düşən hissəsinin ona aiddiyyatı yoxdur. Həmçinin, Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbin təsərrüfat hesablı müəssisə idi. İddiaçı təqaüdə çıxarkən yoxlama aparıldı və onun fəaliyyəti dövründə meydana gələn 1200 manat borcunun olması müəyyən olundu. Həmin məbləğ də onun tərəfindən müəssisəyə ödənildi. Hesab edir ki, hazırda ondan hər hansı ödənişin tələb edilməsi əsassızdır. Bundan başqa, hazırda məktəbin VÖEN-nin onun adına olması onun cavabdehliyində olan məsələ deyil. Belə ki, yeni rəis vəzifəyə gələrkən keçmiş rəisinin adına olan VÖEN-in 40 gün müddətində dəyişdirilməsi vəzifəsini daşıyır ki, ondan sonra gələn rəis bunu etməmişdir. Hazırda məktəb bütün ölkə üzrə fəaliyyətini dayandırsa da, onun mülkiyyətində əmlakı vardır və hesab edir ki, hazırki ödənilməmiş haqlarla bağlı məsuliyyəti o daşıyaraq əmlakı hesabına ödənişi həyata keçirməlidir. Odur ki, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X9 nümayəndəsi X2 iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxaraq bildirmişdir ki, hazırda iddiaçıya aid ödənilməmiş sosial sığorta haqqı 294.52 manat təşkil edir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı daha əvvəl Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbində "Avtomobilin quruluşu və Yol hərəkəti qaydaları" fənni üzrə nəzəriyyə müəllimi işləmiş, daha sonra təqaüdə çıxmışdır. Bundan sonra ona məlum olmuşdur ki, işlədiyi müddətdə 2006-2012-ci illər ərzindəki dövrlərdə təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqqarına görə dövlət sosial fonduna ödənişlər ödənilməmişdir. Hazırda məhkəməyə müraciət edərək, 2006-2012-ci illər ərzindəki dövrlərdə təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqlarına görə dövlət sosial sığorta üzrə ödənişlərin cavabdeh, həmin dövürdə direktor işləmiş Cavabdeh2dan tutularaq dövlət sosial sığorta fonduna tam ödənilməsini tələb edir. Cavabdeh2 isə iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan AR ƏƏSMN DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 162887/2024 nömrəli cavab məktubundan görünür ki, sığortaedən, Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi (SUN: **********5) tərəfindən 2006- 2013-cü illər üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edilərək bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqları və sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqlarına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Nəzərə çatdırılır ki, Qanuna edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2006-2013-cü illər üzrə xeyrinə ödənilməli məcburi dövlət sosial sığorta haqları ilə bağlı araşdırmanın aparılması üçün Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin hüquqi varisi və onun uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. 11.Mülki işin materiallarında olan Sığortaedənin uçotda olduğu DSMF filialının adı: DSMF PHŞ SSFU üzrə Mərkəzi Filialından verilən sığortaolunanın hesab məlumatlarından görünür ki, sığortaolunan İddiaçı sığortaedən Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi tərəfindən 2006-cı ilin yanvar ayından 2013-cü ilin dekabr ayınadək 5886 manat gəlirə münasibətdə 1417,50 manat hesablanmış məbləğdən 1128,58 manat ödəniş edilmişdir. 12.Mülki işin materiallarında olan AR İN Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ünvan ünvanlanan 25 iyun 2024-cü il tarixli, **********142600 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq müraciətlə bağlı bildirilir ki, İddiaçı aid 2006-2012-ci illər üçün ödənilməmiş sosial sığorta haqqı üzrə borc barədə məlumatın verilməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən sosial sığorta haqqı üzrə borc barədə məlumatın alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə edilir. 13.Mülki işin materiallarında olan AR İN Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ünvan ünvanlanan 8 may 2024-cü il tarixli, **********171800 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Məktəbinin Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinin Muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqə hissəsində xx.xx.2019-cu il tarixdə 16443,87 manat borc məbləği saldo qalığı kimin işlənilmişdir. Borc məbləğinin ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixdə borcun dair bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixdə borcun ödənilməsi istiqamətində tədbirlərdən biri kimi 10 gün ərzində borc məbləğinin ödənilmədiyi təqdirdə vergi ödəyicisinin rəhbərinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərilmişdir. Vergi ödəyicisinin rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə Bakı Kommersiya Məhkəməsinin xx-xx-2021 tarixli e-2-2(113)-5476/2021 nömrəli qərarı qəbul edilmişdir. Göstərilən borc məbləğindən xx.xx.2022-ci il tarixdə 448,32 manat məbləğin silinməsi təmin edilmişdir. Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin (VÖEN:**********) xx.xx.2024-cü il tarixə Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 15995,55 manat borc məbləği mövcuddur. 14.Mülki işin materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(81)-3743/2019 saylı Qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı 1992-2014-cü illərdə istifadə olunmamış əmək məzuniyyətlərinin və 1992-ci 2014-cü illərdə işlədiyi illər üzrə (3 ili çıxmaqla) qalan 19 ilə görə 5636 manat əmək məzuniyyətinin vaxtında verilmədiyinə görə kompensasiyanın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə iddia tələb təmin edilməmişdir. 15.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-823/2020 saylı Qərarına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3743/2019 saylı Qərarı dəyişdirilmədən saxlanılmışdır. 16.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1984/2020 saylı Qərarına əsasən iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-823/2020 saylı Qərarı ləğv edilmiş və İddiaçı hazırki iddiası mümkün sayılmamışdır. 17.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 11 iyun 2024-cü il tarixli, 3-17/2-M- 5592/2024 nömrəli cavab məktubundan görünür ki, əvvəlki müraciətləri əsasında Nazirlik yanında X8 tərəfindən aparılmış araşdırma zamanı istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməməsi ilə əlaqədar Filialın vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə (işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə) inzibati məsuliyyətə cəlb edilmişdir. Filiala qarşı “istifadə edilməmiş məzuniyyətə görə kompensasiya haqqının verilməsi, əvvəlki iş yerinə qaytarılaraq müqavilə bağlamasının öhdəsinə qoyulması, pensiya fonduna ödənilməmiş sığorta haqqının tam ödənilməsi, dəymiş mənəvi ziyana görə kompensasiya verilməsi” və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “əmək məzuniyyəti vaxtında verilmədiyinə görə kompensasiyanın ödənilməsi" tələblərinə müxtəlif məhkəmə instansiyalarında baxılaraq iddiası təmin edilməmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu məcəllə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Məcburi dövlət sosial sığorta haqları ilə bağlı bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olan məlumatlara əsasən sığortaedən Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi (SUN: **********5) tərəfindən 2006-2008, 2011-2012-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda onun məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqları tam məbləğdə **********490 nömrəli fərdi şəxsi hesabında öz əksini tapmışdır. Eyni zamanda, sığortaedən tərəfindən 2009-2010-cu illər üzrə təqdim edilmiş illik hesabatlarda “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3cü maddəsinə uyğun olaraq, onun və digər sığortaolunanların məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin adı çəkilən Qanunun 14.6-cı maddəsinə əsasən sığortaedən tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərində sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, sığortaedən tərəfindən tam məbləğdə ödənilməmiş və bu səbəbdən həmin dövrlər üzrə fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən məcburi dövlət sosial Sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. 18.Mülki işin materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X4” MMC tərəfindən İddiaçı ünvanlanan 101 nömrəli, 14 sentyabr 2018-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyəti 14 iyun 2012-ci il tarixdə özünün növbədənkənar X qurultayında ictimai statusundan imtina etmiş və əmlakının dövlətə verilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 681 nömrəli fərmanı ilə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X4” MMC yaradılmışdır. "xxxx" MMC KHVTİC-nin hüquqi varisi deyildir. 19.Mülki işin materiallarında olan Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək 04 il 10 ay 00 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində istehlak qiymətləri indeksinin xx.xx.2018-ci il tarixə olan illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 1773,26 manat pensiya kapitalı vardır. 20.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ünvan ünvanlanan 26 sentyabr 2023-cü il tarixli, **********983600 nömrəli cavab məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru Cavabdeh2dur və halhazırda fəaliyyəti aktivdir. 21.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS-MT030-2023-02600 nömrəli X5 iştirak edilməməsi barədə Arayışdan görünür ki, həmin tarixdə keçirilən X5 iddiaçı iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir. 22.Mülki işin materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X4” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı tərəfindən İddiaçı ünvanlanan 11 nömrəli, 4 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyəti öz hüquqi statusundan imtina edərək 2012-ci tarixində qurultay çağıraraq könüllü qaydada ləğv olunmuşdur. Keçmiş Cəmiyyət rəhbərliyinin bu ünvanla heç bir əlaqəsi yoxdur. 23.Mülki işin materiallarında olan AR ƏƏSMN DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 21297/2024 nömrəli cavab məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi tərəfindən 2006-2012-ci illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında hesabatlarda məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə ödənilməli məcburi dövlət sosial sığorta haqları tam ödənilmədiyindən sözügedən dövrlər üzrə fərdi şəxsi hesabında xeyrinə hesablanmış məcburi dövlət sosial sığorta haqları arasında fərq yaranmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Həmçinin, qanunda qeyd edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq fərdi şəxsi hesabı ilə bağlı məlumatların araşdırılması üçün sığortaedənin hüquqi vasirinə, sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənişlərinin tam həyata keçirilib-keçirilməməsi ilə bağlı sığortaedənin hüquqi varisinin uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə edilmişdir. 24.Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Könüllü Hərbi X3 Cəmiyyətinin” Sumqayıt Avtomobil məktəbinin Nəzəriyyə müəllimi İddiaçı hesablanmış 2006-cı ildən xx.xx.2012-ci il üçün əmək haqqı cədvəlindən görünür ki, yekun məbləğ 2006-2012-ci illər üzrə 4121,30 manat müəyyən edilmişdir. 25.Mülki işin materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli, 9/1678 nömrəli Ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan məlumatları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı 2006-2012-ci illərdə Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbində nəzəriyyə müəllimi vəzifəsində işlədiyi dövrdə DSMF üzrə ayırmalarda hesablanmış və ödənilmiş məbləğlərdə yaranmış fərq 294,52 manat (1307,70-1013,18=294,52) təşkil etdiyi müəyyən edilir. 26.Mülki işin materiallarında olan AR SHXÇDX "Hərbi Vətənpərvərlik və X4" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Könüllü Hərbi X3 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbində əmək fəaliyyəti ilə əlaqədar 2006- 2012-ci illərdə əmək haqqı cədvəllərinin və məcburi dövlət sosial sığorta haqlarına dair sənədlərin saxlanılması "hərbi vətənpərvərlik və X4" MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialına verilmişdir. Cəmiyyət ləğv prosesində olduğuna görə sənədlər arxivə verilməsi üçün Filial tərəfindən xx.xx.2024-cü il tarixdə Cəmiyyətin İcra Orqanına təhvil verilmişdir. Arxivə verilməsi üçün göndərilmiş sənədlərə baxış keçirilmiş, lakin 2006-2012-ci illərə dair əməkhaqqı cədvəlləri və məcburi dövlət sosial sığorta haqlarına dair sənədlər aşkar edilməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 27.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbini yönəltdiyi cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh2 isə hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, hazırki iş üzrə Cavabdeh2 İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. 32.Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 33.Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 34.İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 35.Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. 36.Hazırki iş üzrə məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçının Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbində işləməsi və işlədiyi 2006-2012-ci illər ərzində onun təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqlarına görə dövlət sosial sığorta üzrə ödənişlərin tam ödənilməməsi işin mübahisəsiz halıdır. Belə ki, daha əvvəlki məhkəmə araşdırması zamanı (2(006)-990/2024 saylı mülki iş üzrə) ekspert rəyi əsasında iddiaçının 2006-2012ci illərdə Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbində nəzəriyyə müəllimi vəzifəsində işlədiyi dövrdə DSMF üzrə ayırmalarda hesablanmış və ödənilmiş məbləğlərdə yaranmış fərqin 294,52 manat (1307,70-1013,18=294,52) təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi hazırda iddiaçıya 294,52 manat məbləğində ödənilməyən sosial sığorta haqqı mövcuddur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin sosial sığorta haqqını iddiaçıya ödəməli olan tərəf, yəni iddiaçının hazırki iddiasına cavab verməli olan cavabdeh olan şəxs Cavabdeh2 deyildir. Belə ki, sonuncu, iddiaçının işlədiyi dövrlərdə Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru vəzifəsində çalışmış, lakin daha sonra iddiaçının işlədiyi dövrdə də Cəmiyyətdən təqaüdə buraxılmışdır. Belə ki, iş materiallarından onun Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru olması və hal-hazırda fəaliyyətinin aktiv olması müəyyən edilsə də, halbuki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun Cəmiyyətin direktoru olmasına dair VÖENi aktiv olmasına baxmayaraq o, 2011-ci ilin mart ayında Cəmiyyətdən təqaüdə buraxılmış, ödənilməli olan borc məbləği tam şəkildə onun tərəfindən ödənilmişdir. Hazırda isə VÖENin onun adından çıxarılması onun yox, onun yerinə gələn yeni direktorun öhdəliyi olmuşdur. Qeyd edilən hallardan da bu qənaətə gəlmək olar ki, iddiaçıya qeyd edilən ödənilməmiş sosial sığorta ödənişi Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin özündən yəni müstəqil hüquqi şəxsə olaraq ondan tələb edilməlidir. Hazırki cavabdehin adına aktiv VÖEN hesabının olması, hüquqi şəxsin qanuni təmsilçisi olması hələ hüquqi şəxsin özünü öhdəliklərindən azad edə bilməz. Odur ki, Cavabdeh2 hazırki iş üzrə subyektiv cavabdehlik daşımır. 37.Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı onun tələbinə cavab verməli olan şəxsin dairəsini düzgün seçmədiyindən məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh Azərbaycan Könüllü Hərbi X3 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 39.Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh2 qarşı “sosial sığorta fonduna ödənişlərin tam ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 42.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 43.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 45.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh2 qarşı “sosial sığorta fonduna ödənişlərin tam ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4659/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4659/2024
10.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver