Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-466/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Tanrıverdi qızının cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tanrıverdi qızı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu X3 küçəsi 24 saylı evin 136 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə onun arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 06.02.1998-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzilinin, Bakı şəhəri Nəsimi rayonu X3 küçəsi 24 saylı evin 136 saylı mənzilinin, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Nərimanov küçəsi 61 Q saylı evin 2 saylı mənzilinin, Abşəron rayonu Məmmədli kəndində yerləşən 0,03 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində, habelə «X4» markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsinin və Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə 1 saylı evin 4 otaqlı 72 saylı mənzilinə dair müqavilənin etibarsız hesab olunması və payların 1/2 hissədə müəyyən olunaraq mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı öz növbəsində Cavabdeh qarşı «əmlak» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri və Cavabdeh adına rəsmiləşdirilən Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və «Mercedes 190» markalı **-DU-*** dövət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə onun, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi, onun əmlaklar üzrə payı müəyyən edildikdən sonra həmin hissə ərə onun mülkiyyət hüququnun tanınması, həmçinin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 49 m2 olan bir otaqdan ibarət 38 saylı mənzilin və cavabdehin adına "xxxx" KB ASC-nin Nərimanov filialında açılmış depozit hesabındakı pul vəsaitinin 1/2 hissəsinə onun payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli 2(006)-3322/2019 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı Tamrverdi qızına qarşı «nikahın pozulması və birgə nikahda əldə olunmuş əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-3322/2019 saylı mülki iş üzrə «birgə nikahda əldə olunmuş əmlak bölgüsü» tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6028/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu X3 küçəsi 24 saylı evin 136 saylı mənzili, Abşeron rayonu Məmmədli kəndində 0,03 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsi üzərində 1/2 hisəsinə Cavabdeh, 1/2 hisəsinə İddiaçı Tanrverdi qızının payları müəyyən edilmiş, «X4» markalı 10TC 074 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15.04.2019-cu il tarixli alğı-satqı müqaviləsi və Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzilə dair 18.03.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin əmlakların 1/2 hisəsinə Cavabdeh, 1/2 hisəsinə İddiaçı Tanrverdi qızının payları müəyyən edilmiş, ilk iddia digər hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh adına rəsmiləşdirilən Abşeron rayonu Məmmədli kənd ərazisində yerləşən 0,522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və «Mercedes 190» markalı **-DU-*** dövət qeydiyyat nişanlı avtomobilin üzərində, həmçinin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 49 m2 olan bir otaqdan ibarət 38 saylı mənzilin 1/2 hisəsinə Cavabdeh, 1/2 hisəsinə İddiaçı Tamrverdi qızının payları müəyyən edilmiş, qarşılıqlı iddia digər hissədə təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı və A.Qocayeva ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzilə, Bakı şəhəri Nəsimi rayonu X3 küçəsi 24 saylı evin 136 saylı mənzilə dair müqavilənin etibarsız hesab edilməsi və payların 1/2 hissədə müəyyən olunaraq mülkiyyət hüququnun tanınmasına dair ilk iddia tələbinin rədd edilməsi və "xxxx" KB ASC-nin Nərimanov filialında açılmış depozit hesabındakı pul vəsaitinin 1/2 hissəsinə onun payının tanınması barədə qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. A.Qocayeva qətnamədən apellyasiya şikayəti verərək, şikayətində qətnamənin Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzilinə dair müqavilənin, «X5» markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15.04.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, payların 1/4 hissədə müəyyən olunaraq mülkiyyət hüququnun tanınmasına dair iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətləri əsasında işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası (103)-6754/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin olunmamasını, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6028/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdiklik edilmədən saxlanılmasını qət etmişdir. Sözügedən qətnamədən İddiaçı və A.Qocayeva ayrı-ayrılıqda kassasiya şikayəti verilmişlər. Hazırda mülki iş kassasiya instansiyası məhkəməsinin icraatındadır. Göründüyü kimi məhkəmə qətnaməsi hələ qanuni qüvvəsini almamışdır. Tərəflər arasında mübahisə predmeti oan Bakı şəhəri Nəsimi rayonu X3 küçəsi 24 saylı evin 136 saylı mənzili ilə bağlı məhkəmə çəkişmələri davam edir. Lakin Bakı Apelyasiya Məhkəməsi tərəfindən 28.10.2020-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olaraq icraya yönəlmişdir. Onlar apelyasiya şikayəti verərək qətnamənin icrasından geriyə dönüş edilməsini tələb etmişlər. Lakin məhkəmə mübahisəsinin davam etdirilməsinə və məhkəmə qətnaməsi qanuni qüvvəsini almamasına baxmayaraq Cavabdeh birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nəsimi rayonu X3 küçəsi 24 saylı evin 136 saylı mənzilinə dair qanunsuz olaraq çıxarış əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX tərəfindən verilmiş 05.04.2021-ci il tarixili, ********** qeydiyyat nömrəli çıxarışdan da görünür ki, Bakı şəhəri Nəsimi rayonu X3 küçəsi 24 saylı evin 136 saylı mənzilin 1/2 payı Cavabdeh, 1/2 payı isə İddiaçı paylı mülkiyyətindədir. Həmçinin N.Qocayevə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Ərazi İdarəsinə müvafiq ərizə ünvanlayaraq ünvan 2aşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyatın aparılmasının dayandırılması xahiş edilmişdir. Lakin Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları ilə sövdələşərək, iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsini gözləmədən, qanunsuz öz adına çıxarış əldə etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən verilmişdir. İddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsindən müddəti ötürməklə kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti təmin edilməmişdir. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 1 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh və cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli 2(006)-6028/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 24 saylı evin 136 saylı mənzili, Abşeron rayonu, Məmmədli kəndində 0,03 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsi üzərində 1/2 hissəsinə Cavabdeh, ½ hissəsinə X1 payları müəyyən edilmiş, “X4” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15.04.2019-cu il tarixli alğı-satqı müqaviləsi və Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzilinə dair 18.03.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin əmlakların 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə İddiaçı payları müəyyən edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh adına rəsmiləşdirilən Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və «Mercedes 190» markalı **-DU-*** dövət qeydiyyat nişanlı avtomobilin üzərində, həmçinin ünvan 3 ünvanda yerləşən 38 saylı mənzilin ½ hissəsinə Cavabdeh, 1/2 hissəsinə İddiaçı payları müəyyən edilmiş, qarşılıqlı iddia digər hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər İddiaçı və Aytac Qocayeva tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.10.2020-ci il tarixli 2(103)-6754/2020 saylı qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25.01.2022-ci il tarixli 2(102)-492/2022 saylı qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddia ərizəsində və iddiaya etirazda qəbul edilmiş qətnamələrin nəticəvi hissələri, həmçinin iddia tələbləri, tərəflər ətraflı şəkildə göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş məhkəmə aktı kassasiya icraatı qaydasında mübahisələndirilmiş, kassasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə müvafiq hüquqi qiymət verilmiş, kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bu səbəbdən, hazırkı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Tanrıverdi qızının cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Tanrıverdi qızının cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-466/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-466/2022
24.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver