Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4705/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Buta Traidinq” MMC-nin işdən azad olunması barədə 19.04.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti ilə bağlı 17.03.2021-ci ildə "Buta Traidinq“ MMC-nin insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş əmək Müqaviləsi müddətli bağlanmış və 17.06.2021-ci il tarixədək müəyyən olunmuşdur. Bunun səbəbinin müəssisə daxili qaydalara əsasən belə olduğu, sonradan daha uzun müddətə bağlanmağın nəzərdə tutulduğu bildirilmişdir. Bağlanmış müqavilə elə oradaca onun tərəfindən tərtib edilmiş və imzalanmışdır. Müqavilədə heç bir sınaq müddəti barədə müddəa qeyd olunmamışdır. İşinə başlamışdır. Əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmamazlıqlara yol verməmişdir. Lakin heç bir əsas və səbəb olmadan birbaşa əlaqələrlə işlədiyi şöbə müdirinin yersiz etirazları ilə qarşılaşmış və 19.04.2021-ci ildə AR ƏM-nin 70-ci maddəsinin "d“ bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləmə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Bu hal ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyatı orqana şikayətlər etmiş və Əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 21.05.2021-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə aranızda bağlanmış əmək müqaviləsinə 19.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda "xxxx" MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 19.05.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirirlər ki, əmək müqavilənizə xitam verilməsi barədə əmri ləğv edərək əvvəlki iş yerinizə qaytarılmanız barədə "xxxx" MMC-nin rəhbərliyinə tərəfimizdən müvafiq məktub ünvanlanmışdır. Razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardır.” Borclu təşkilat-işəgötürən əmək müfəttişliyinin göstərişini icra elmir və qərəzli mövqe nümayiş etdirir. Bu səbəbdən də, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Barəsində verilmiş əmrdən narazıdır və işinə bərpa olunmaq istəyir. Bundan əlavə almalı olduğu pul vəsaitinin də ödənilməsini tələb edir. Bildirir ki, ümumi əmək fəaliyyətinə 04.12.2001-ci ildən başlamışdır və qüsursuz iş təcrübəsi olmuşdur. İşlədiyi heç bir təşkilatda əmək qanunvericiliyinin tərəfindən pozulması halı olmamış və əmək kitabçası nümunəvi işçi qeydi ilə rəsmiləşmişdir. Hazırkı vəziyyətdə isə əmək kitabçası əsassız yerə korlanmışdır. Mövcud mübahisəli işdə işəgötürən tərəfindən qanunun tələbləri pozulmuşdur. Mövcud mübahisəli işdə cavabdehin imzaladığı mübahisəli əmr Əmək qanunvericiliyinin tələblərinə uyğun olmadan və tamamilə qanunsuz verilmişdir. Mövcud mübahisəli işdə işəgötürən ilə aralarında bağlanmış müqavilənin müddəti cəmi 3 ay müəyyən olunmuşdur. Bir aydan sonra heç bir səbəb və əsas göstərmədən, məlumat verilmədən, qüsuru bildirilmədən işdən azad olunmağı barədə əmr verilmişdir. Əmək kitabçası müraciətindən sonra 03.06.2021-ci il tarixdə poçt vasitəsi ilə təqdim olunmuşdur. Cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan əmr rəsmiləşdirməklə onun hüquqlarını pozmuş və qanunsuz işdən azad etmişdir. Hazırki, mübahisəli iş üzrə vətəndaş olaraq onun əmək və ədalətli məhkəmə araşdırılması hüquqları müdafiə olunmalı, iddia tələbinə baxılmaqla öz işinə bərpa olunması barədə qətnamə çıxarılmalıdır. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin işdən azad olunması barədə 19.04.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məhkəmə qətnaməsi qəbul edilənədək müddət üçün hesablanmaqla məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi, 300 manat hüquqi yardım xərci, 2000 manat məbləğində maddi ziyana və 1000 manat məbləğində mənəvi zərərə görə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin işdən azad olunması barədə 19.04.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi” barədə iddia qaldırmışdır və tələbi üzrə 2(006)4705/2021 saylı mülki işə baxılır. İddianı onunla əsaslandırmışdır ki, “əmək fəaliyyəti ilə bağlı 17.03.2021-ci ildə "xxxx" MMC-nin insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş əmək müqavilələri müddətli bağlanmış və 17.06.2021-ci il tarixədək müəyyən olunmuşdur. Bunun səbəbinin müəssisə daxili qaydalara əsasən belə olduğu, sonradan daha uzun müddətə bağlanmağın nəzərdə tutulduğu bildirilmişdir. Bağlanmış müqavilə elə oradaca onun tərəfindən tərtib edilmiş və imzalanmışdır. Müqavilədə heç bir sınaq müddəti barədə müddəa qeyd olunmamışdır. İşinə başlamış, əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmamazlıqlara yol verməmişdir. Lakin heç bir əsas və səbəb olmadan birbaşa əlaqələrlə işlədiyi şöbə müdirinin yersiz etirazları ilə qarşılaşmış və 19.04.2021-ci ildə AR ƏM-nin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləmə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir.” Hazırkı vəziyyətdə cavabdeh təşkilatın səlahiyyətliləri onun işə yararsız olmağı, işçi personal ilə yola gedə bilməməyi və ona həvalə olunmuş vəzifələrin öhdəsindən gələ bilməməyi barədə həqiqətə uyğun olmayan məlumatları digər işə götürənlər arasında yaymaqla işgüzar nüfuzuna və şərəf ləyaqətinə xələl gətirən halların formalaşmasına səbəb olmuşlar. Verilmiş əmrin məzmunundan da, onun digər sahələrdə, başqa işə götürənlərlə qarşılıqlı münasibətlərdə problemlər yaşayacağına, əsassız olaraq pis xarakterizə olunmağına və reputasiyanın aşağı düşəcəyinə səbəb olmuş qeyri dəqiq məlumat verilmiş, bununla da maddi və mənəvi iztirablar çəkmişdir. Hazırkı vəziyyətədək işsiz qalmışdır və maddi çətiliklərlə üzləşmişdir. İddia ərizəsinə əlavə verilməsi zərurəti yaranmışdır. Belə ki, işəgötürən cavabdeh onu qanunsuz işdən azad etməklə yanaşı sonradan digər sahələrdə işlə təmin olunmağına da süni maneələr yaratmışdır. Hazırkı vəziyyətdə dörd aydır ki, işsizdir və maddi mənəvi əziyyət çəkir. İşəgötürənin əsassız və qanunsuz mövqeyi üzündən işdən azad olunmuşdur, digər yerdə işlə təmin oluna bilməmişdir. Bu səbəbdən də, işə bərpa olunmağı, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənməsi və məhkəmədə iddia qaldırlması məqsədilə çəkdiyi hüquqi yardım xərcləri, maddi və mənəvi ziyana görə pul məbləği cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən nümayəndələrinin iştirakını təmin etməmişlər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 04.12.2001-ci il tarixli, ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 17.03.2021-ci il tarixdə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsində işə qəbul olunmuş, 19.04.2021-ci il tarixdə isə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş 17.03.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətli əmək müqaviləsinə əsasən 17.06.2021-ci il tarixə qədər "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" MMC üzrə 19.04.2021-ci il tarixli BT-İX-049 saylı əmrdən çıxarışdan görünür ki, "xxxx" MMC-nin direktoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən 19.04.2021-ci il tarixindən xitam verilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 2 təqvim günü pul əvəzinin ödənilməsi barədə əmr verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21.05.2021-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı “Buta Traidinq" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə aralarında bağlanmış əmək müqaviləsinə 19.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda "xxxx" MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 19.05.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirirlər ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edərək əvvəlki yerinə qaytarılması barədə "xxxx" MMC-nin rəhbərliyinə tərəflərindən müvafiq məktub ünvanlanmışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 07.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 19.05.2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, İddiaçı əmək müqaviləsinə əmək qanunverciliyinin tələbləri pozularaq xitam verildiyindən "xxxx" MMCnin direktoru X5 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 17.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, X5 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 19 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməsi, inzibati tənbeh vermə haqqında 19.05.2021-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 17.03.2021-ci il tarixli əmək müqaviləsinə əsasən bir aylıq sınaq müddəti müəyyənləşdirilməklə "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olduğundan müqavilənin müddətinin bitmə tarixi 17.06.2021-ci ilə kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin direktoru X5 tərəfindən imzalanmış 19.04.2021-ci il tarixli əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrultmadığına görə işdən azad olunmuşdur. İddiaçı müvafiq müraciətinə əsasən Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinin pozulmasına yol verildiyindən "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibatı xəta haqqında protokol və onun əsasında 19 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin bu qərarı "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən yuxarı səlahiyyətli orqana müraciət edilməklə inzibati qaydada mübahisələndirilsə də inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 17.06.2021-ci il tarixli qərarı ilə 19.05.2021-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin işdən azad olunması barədə 19.04.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məhkəmə qətnaməsi qəbul edilənədək müddət üçün hesablanmaqla məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi, 300 manat hüquqi yardım xərci, 2000 manat məbləğində maddi ziyana və 1000 manat məbləğində mənəvi zərərə görə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu Məcəllənin 70-ci maddəsinin «d» bəndinə əsasən, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddələrin məzmunundan göründüyü kimi sınaq müddətində işəgötürən işçini ona qarşı irəli sürülmüş tələblərə uyğun gəlməyən hesab etdikdə, habelə işçi həmin işi münasib iş hesab etmədikdə sınaq müddəti qurtaranadək tərəflərdən biri (işçi, yaxud işəgötürən) digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir və bu andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə göndərilmiş materiallara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bir aylıq sınaq müddəti müəyyənləşdirilməklə 3 ay müddətinə 17.03.2021ci il tarixli müddətli əmək müqaviləsi bağlanılmış, iddiaçının tərəf olduğu əmək müqaviləsinə işəgötürən tərəfindən sınaq zamanı özünü doğrultmadığı əsası ilə 19.04.2021-ci il tarixdə xitam verilmişdir. Halbuki işəgötürən-cavabdeh iddiaçı ilə yaranmış əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilməsi imkanına 17.04.2021-ci il tarixə qədər malik olmuş və bu tarixdən sonra mübahisəli əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar Əmək Məcəlləsinin digər maddələri ilə tənzimlənməli olacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin məhkəməyə göndərdiyi materiallardan həmçinin "xxxx" MMC-nin direktoru X2 dövlət orqanının müvafiq qərarından verdiyi şikayətdə 17.04.2021ci il tarixinin qeyri-iş gününə düşdüyünə istinad etdiyi müəyyən edilmişdir. Lakin bu şikayəti araşdıran X4 Xidməti Bakı şəhər İdarəsi cavabdehin bu dəlili altıgünlük iş həftəsi ilə işləyən işçilərin şənbə günlərinin qeyri-iş günləri hesab edilməsi ilə bağlı əmrin olmasına baxmayaraq iddiaçının əmək müqaviləsinə hər-hansı dəyişikliyin edilmədiyi, İddiaçı 1 aylıq sınaq müddəti müəyyən edilməklə bağlanmış əmək müqaviləsinə 17.04.2021-ci il tarixdə xitam verilməli olduğu halda 19.04.2021-ci il tarixdə xitam verildiyinin əmək qanunvericiliyinin müvafiq tələblərinə zidd olduğu ilə təkzib etmişdir. Qərarda eyni zamanda əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilərkən iddiaçının yazılı formada qanunvericilikdə nəzərdə tutulan müddətdə xəbərdar edilmədiyinə istinad edilmişdir. Məhkəmə həmçinin xatırladır ki, "xxxx" MMC-yə iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmiş, iddianın əsassız olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, mülki işin araşdırılması zamanı isə iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin təqdim etdiyi sənədlərin nəzərə alınmaması üçün hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.2-ci maddəsinin tələblərinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Beləliklə məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən qanun pozuntusuna yol verilməsi halı yoxlanılmış və yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddiasının əsaslı olduğu müəyyən edilmişdir. Belə ki, mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilməsi barədə cavabdehin 19.04.2021-ci il tarixli BT-İX-049 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəllər tutduğu insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməlidir. Bundan başqa, həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir. İddiaçı həmçinin cavabdehdən onun xeyrinə mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun tutulmasını xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Məhkəmə, iddiaçının, tərəf olduğu əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması nəticəsində mənəvi sarsıntı keçirməsini qəbul edir və mənəvi zərəri 200 manat məbləğində qiymətləndirir. İddiaçı maddi zərərə məruz qalması barədə heç bir sübut təqdim etmədiyindən, iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 aprel 2021-ci il tarixli, BT-İX-049 saylı əmri ləğv edilməli, İddiaçı "xxxx" MMC-də əvvəlki vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Həmçinin cavabdehdən mənəvi zərər olaraq 200 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia digər hissədə rədd edilməməlidir. Nəticə hissəsi: ECRTOB**********037134 nömrəli, 22.07.2021-ci il tarixli mədaxil qəbzinə əsasən müəyyən edilmişdir ki, iddiaçının Nəsimi Rayon Məhkəməsində təmsil edilməsi üçün Vəkil 300 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə iddiaçının ödədiyi 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı da dövlət rüsumu ödəməkdən azaddır və iddia qismən təmin edildiyindən, dövlət rüsumu həmin nisbətdə cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin X3 ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə 19.04.2021ci il tarixli, BT-İX-049 saylı əmri ləğv edilsin. İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq X1 ödənilsin. İddia digər hissədə rədd edilsin. 5 manat dövlət rüsumu "xxxx" MMC-dən tutulub dövlət gəlirinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4705/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4705/2021
28.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver