Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4708/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, İddiaçı cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh arşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə görə ona dəymiş maddi və mənəvi ziyanın müqabilində maddi ziyana görə 23.207 (iyirmi üç min iki yüz yeddi) manat və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməsinin təmin olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı kəndində yaşayış qeydiyyatındadır (pasportunun notarial təsdiqi əlavə olunur). Onunla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsi istintaq şöbəsi tərəfindən barəsində xx xxxxxx 2019-cu il tarixdə ********* saylı cinayət işi üzrə Azərb. Resp. CM-nin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (sözügedən qərarlar əlavə olunur). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda göstərilmişdir ki, o, 2018-ci il yanvar ayının ortalarında istintaqla müəyyən edilməmiş yerdə qardaşı oğlu X4 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, xx xxxxxx 2018-ci il tarixdə külli miqdarda xarici valyutanı cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən tənvil alaraq Azərbaycan Respublikasının gömrük sərhəddİndən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirməsi barədə cinayətkar qrupun üzvü X3 göstəriş vermiş, sonuncu isə onun göstərişi ilə Azərbaycan Respublikası ərazisində hazırkı adı ilə Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük idarəsi “Samur” gömrük postunun qarşıdında cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qəhvəyi rəngli çantanın içərisində geyim əşyalarının altında gömrük nəzarətindən gizlədilmiş külli miqdarda pulu, cinayət hadisəsinin törədildiyi günün Azərbaycan manatına olan məzənnəsi ilə 902398 manat təşkil edən 29980000 Rusiya rublunu əldə edərək idarə etdiyi “Volvo FN 12” markalı, E900XX05/AH 264639 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonuna qoymuş və xx xxxxxx 2018-ci il tarixdə saat 18:00 radələrində Xaçmaz Gömrük idarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. İrəli sürülən ittihamdan göründüyü kimi, təqsirləndirilən şəxs İddiaçı qaçaqmalçılıq cinayət əməlinin törədilməsi məqsədi ilə qardaşı oğlu X4 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməkdə və əsasən də X3 xarici valyutanı dövlət sərhəddindən keçirmək tapşırığı verməkdə təqsirləndirilmiş, lakin onun qabaqcadan kimlərlə əlbir olub cinayət əlaqəsinə girməsi, X3 hansı xarici valyutanı, hansı məbləğdə və hansı yolla dövlət sərhəddindən keçirməsi barədə göstəriş verməsi və sairə hallarla bağlı həmin ittihamı təsdiq edə biləcək kifayət qədər sübutlar olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin ibtidai araşdırması prosesinə müdafiəçi qismində qoşulduqdan sonra hətta təqsirləndirilən şəxs İddiaçı qeyd olunan hallara müəyyənlik gətirilməsi üçün istintaq orqanına əlavə məlumatlar vermək istəməsini nəzərə almaqla xx xxxxxx 2020-ci il tarixli vəsatətlə (sözügedən vəsatət əlavə olunur) istintaq orqanına müraciət edərək onun iştirakı ilə əlavə dindirilməsini xahiş etmiş, lakin istintaq orqanı “Vəsatətə baxılması haqqında” qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sözügedən qərar əlavə olunur) vəsatətini təmin etməmiş və qərarını belə əsaslandırmışdır ki, “təqsirləndirilən şəxs İddiaçı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən kifayət qədər ətraflı ifadə vermiş, törətdiyi əməl barəsində bütün zəruri xüsusatları göstərmiş və onunla bağlı yeni xüsusatlar ortaya çıxmamışdır”, xx xxxxxx 2020-ci il tarixli vəsatətlə (sözügedən vəsatət əlavə olunur) Azərbaycan Respublikasının Baş X10 və istintaq orqanına müraciət edərək təqsirləndirilən şəxs İddiaçı qarşı Azərb. Resp. CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülən ittihama onun cinayətin törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsini xahiş etsə də həmin vəsatətinə Baş Prokurorluq tərəfindən cavab verilməmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsi istintaq şöbəsinin müstəntiqi Toğrul İbrahimli tərəfindən “Vəsatətə baxılması haqqında” qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarla (sözügedən qərar əlavə olunur) xx xxxxxx 2020-ci il tarixli qərarda göstərilən eyni əsaslarla vəsatətinin təmin edilmədiyi bildirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi məhkum X2 barəsində çıxardığı xx xxxxxx 2019-cu il tarixli hökmlə onu Azərb. Resp. CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilsə də Sumqayıt Apellyasiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli yekun məhkəmə qərarı ilə birinci instansiya məhkəməsinin hökmündə dəyişiklik etmiş və məhkum X2 təqsirli bilindiyi Azərb. Resp. CM-nin 206.3.2-ci maddəsini həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif etmişdir. Həmin iş üzrə kassasiya protestinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsi isə xx xxxx 2020-ci il tarixli yekun məhkəmə qərarı ilə (sözügedən qərar əlavə olunur) apellyasiya instansiyası məhkəməsinin məlum qərarım qüvvəsində saxlamışdır. Yəni qüvvədə olan yekun məhkəmə qərarları ilə artıq sübuta yetirilmişdir ki, məhkum X1çaqmalçılıq cinayət əməlini digər şəxslərlə, o cümlədən təqsirləndirilən şəxs İddiaçılə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə deyil, təkbaşına törətmişdir. Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarları preyudisial əhəmiyyət kəsb etdiyindən və cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi olduğundan, ancaq sözügedən cinayət işi üzrə ibtidai araşdırmanı həyata keçirən istintaq orqanı və baş prokurorluq qanunvericiliyin bu tələbini də nəzərə almadığından xx xxxxx 2020-ci il tarixidə Azərbaycan Respublikasının Baş Prokuroru olmuş Zakir Qaralova və istintaq orqanına kifayət qədər əsaslandırılmış yeni bir vəsatətlə (sözügedən vəsatət əlavə olunur) müraciət edərək təqsirləndirilən şəxs İddiaçı qarşı Azərb. Resp. CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə onun cinayətin törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etsə də həmin vəsatətinə də cavab verilməmişdir. Sözügedən cinayət işi üzrə istintaq orqanı ötən istintaq müddəti ərzində əsasən İddiaçı bir dəfə ifadə almaqla kifayətlənmiş və demək olar ki, əlavə heç bir istintaq hərəkəti aparmamışdır. Göstərilən səbəblərə görə xx xxxxx 2020-ci il tarixdə İddiaçı əsassız yerə cinayət məsuliyyətinə cəlb olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi ilə əlaqədar ibtidai araşdırmanı həyata keçirən istintaq və ona nəzarəti həyata keçirən prokurorluq orqanlarının prosessual hərəkətlərindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət təqdim etmiş və həmin şikayətini məhkəmə orqanının təmin edəcəyini (pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan olunduğundan məhkəmə baxışı da x xxxx 2020-ci il tarixə təyin edilmişdir) nəzərə alan istintaq orqanı xx xxx 2020-ci il tarixdə “cinayət işi üzrə cinayət əməlnin tövsif edilməsi və cinayət təqibinə xitam verilməsi haqqında” qərar qəbul etməklə İddiaçı barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam vermişdir (qərar əlavə olunur), İddiaçı barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdən sonra şikayətinə baxan Yasamal Rayon Məhkəməsi x xxxx 2020-ci il tarixli qərarı ilə işin icraatına xitam vermişdir (qərar əlavə olunur). İddiaçı əsassız yerə cinayət məsuliyyətinə alınması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi səbəbindən uzun müddət, yəni 8 ay müddətinə Bakı şəhərini tərk edib doğma vətəninə dönə bilməmiş və məhrumiyyətlər içərisində yaşamağa məhkum edilmişdir. Ailəsinin yeganə qazanc gətirəni olmasına rəğmən işsiz qalması səbəbindən ailəsi və özü ehtiyac içərisində yaşamağa məcbur olmuşdur. Üstəlik xəstəliyi müayinə və müalicə olunması üçün maddi imkanı olmaması həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmışdır. Bu təhlükə pandemiya ilə əlaqədar ölkə ərazisində elan olunmuş karantin dövrünə düşdüyündən təbii olaraq daha da artmışdır. İddiaçı barəsindəki cinayət təqibinə xitam verildikdən sonra da karantin rejiminə düşdüyündən uzun müddət Azərbaycan Respublikası ərazisini tərk edə bilməmişdir. Odur ki, İddiaçı Beynəlxal Hüquq normaları və Azərbaycan Respublikası qanunvericiliyi ilə təsbit olunmuş hüquq və azadlıqları barəsində ibtidai araşdırmanı həyata keçirmiş istintaq orqanı və ona nəzarət edən prokurorluq orqanı tərəfindən ciddi şəkildə pozulmuş və o, bu pozuntular səbəbindən almış olduğu maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Dağıstan regional ictimai təşkilatı olan ’’X8” tərəfindən təqdim olunmuş nəqliyyat xərcləri haqqındakı 15 saylı xx xxxxxx 2020-ci il tarixli arayışdan (arayış elektron poçt vasitəsi ilə göndərilmişdir və iddia ərizəsinə əlavə olunur) göründüyü kimi, İddiaçı həmin birliyə daxil olan yükdaşıma firmasında sürücü işləmiş və işlədiyi xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddətdə Dağıstan Respublikasının Karabudaxkent rayonunun Manas qəsəbəsindən aşağıdakı qiymətlərlə yükdaşımaları həyata keçirməli imiş: - Dağıstan Respublikasının Karabudaxkent rayonunun Manas qəsəbəsindən Moskva şəhərinə - 25000 rubl – Dağıstan Respublikasının Karabudaxkent rayonunun Manas qəsəbəsindən Novosibirsk şəhərinə - 60000 rubl – Dağıstan Respublikasının Karabudaxkent rayonunun Manas qəsəbəsindən Ufa şəhərinə - 35000 rubl – Dağıstan Respublikasının Karabudaxkent rayonunun Manas qəsəbəsindən Çelyabinsk şəhərinə - 50000 rubl Dağıstan Respublikasının Karabudaxkent rayonunun Manas qəsəbəsindən Sverdlovsk şəhərinə - 50000 rubl - Moskva şəhərindən Kazan şəhərinə - 30000 rubl - Moskava şəhərindən Nijniy Novqorod şəhərinə - 30000 rubl - Dağıstan Respublikasının Karabudaxkent rayonunun Manas qəsəbəsindən Azərbaycan Respublikasının Bakı şəhərinə - 30000 rubl - Dağıstan Respublikasının Karabudaxkent rayonunun Manas qəsəbəsindən İran İslam Respublikasına - 35000 rubl Mövcud dövr üçün İddiaçı işləmədiyi 7 ay ərzində 345000 rubl, yəni Azərbaycan manatına olan məzənnə ilə 7847 manat qazancdan məhrum olduğu aydınlaşır. İddiaçı Bakı şəhərində qalarkən mehmanxanalarda qalmağa, yeməkxanalarda qidalanmağa və şəhər nəqliyyatından, karantin vəziyyətində metro və şəhərarası avtobuslar işləmədikdə isə taksilərdən istifadə etməyə məcbur olmuş, mehmanxanalara hər ay orta hesabla 900 manat olmaqla 7 ay ərzində 6300 manat, yeməkxanalara hər ay orta hesabla 750 manat olmaqla 7 ay ərzində 5250 manat, şəhər nəqliyyatından istifadəyə görə hər ay orta hesabla 300 manat olmaqla 7 ay ərzində 2100 manat civarında pul xərcləmişdir. İddiaçı əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına görə çəkmiş olduğu iztirab və sarsıntılar səbəbindən mübtəla olduğu xəstəliklər də ağırlaşmış və ankoloji fəsadlar yaratmışdır (xəstəliyi barədə tibbi arayışlar əlavə olunur). Müayinə və müalicə üçün hələ Azərbaycan Respublikası ərazisində olarkən tibb müəssisələrinə müraciət etmiş və almış olduğu dərmanlar və tibbi ləvazimatlar daxil müayinə və müalicələrə 1600 manat xərcləməli olmuşdur. Cinayət işinin ibtidai araşdırması zamanı vəkilin müdafiəçi qismində hüquqi yardımı üçün 110 manat Ödəniş edilmişdir (qəbz əlavə olunur). İddiaçı əsasız yerə cinayət məsuliyyətinə cəlb olunması və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirin seçilməsi ilə əlaqədar doğma yurdundan, ailəsindən və iş kollektivindən uzaq düşməsi, həmçinin ağır cinayət əməli törətməkdə təqsirləndirilməsini görə ailəsi, dostları və yaxınları, iş kollektivi və həmyerliləri arasında barəsində mənfi fikirlər formalaşmış və onu əhatə edən şəxslərlə münasibətlərinə və nüfuzuna ciddi xələl dəymiş, şərəf və ləyaqəti ləkələnmiş, ailə üzvləri ağır xəstəliklərə yoluxmuş olsa da onlara qayğl göstərmək imkanından məhrum olmuş, yaxın qohumlarından dünyasını dəyişmiş insanlar olsa da (qardaşının həyat yoldaşı və bir övladı) onların dəfnində və yas mərasimlərində iştirak edə bilməmişdir ki, buna görə çəkdiyi mənəvi iztirablara və sarsıntıya görə almış olduğu mənəvi ziyanı 20000 manat məbləğində dəyərləndirmişdir. Göstərilənlərə əsasən İddiaçı əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə görə ona dəymiş maddi və mənəvi ziyanın müqabilində maddi ziyana görə 23.207 (iyirmi üç min iki yüz yeddi) manat və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanlandığı ərizə ilə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. P tipli 75 ******* nömrəli Rusiya Federasiyası vətəndaşının pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1969-cu ildə RF Dağıstan Respublikasında anadan olmuşdur. xx.xx.2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur. xx.xx.2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X7 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məkəməsi CK-nın xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi CK-nın xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmiş, X5 əməli CM-nin 206.3.2-ci maddəsindən CM-nin 206.1-ci maddəsinə tövsif edilmiş və ona 01 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin qərardan kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məkəməsi CK-nın xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsi CK-nın xx.xx.2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.1ci maddəsinə tövsif edilmiş, X7 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, X7 təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərar ləğv edilmiş, X7 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019-cu il tarixdə X9 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif edilmiş, X7 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə görə ona dəymiş maddi və mənəvi ziyanın müqabilində maddi ziyana görə 23.207 (iyirmi üç min iki yüz yeddi) manat və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, onun barəsində əsassız olaraq başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi nəticəsində, o, mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, azadlıq və digər bir sıra hüquqları qismən olsa da, məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də iddiaçıya vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 2000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər (cinayət işinin ibtidai araşdırması zamanı vəkilin hüquqi yardımı üçün 110 manat məbləğində ödəniş etdiyi) və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cinayət işi üzrə ibtidai istintaq zamanı onun istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı halları müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 2000 manat məbləğində pul cavabdehdən alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 2000 manat alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4708/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4708/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver