Məhkəmə qərarları › İş №2(006)-4721/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4721/2023

20.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4721/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızının, ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə Ərizəçi Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızının məişət zorakılığı törətmiş şəxs X8 və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsinə” dair ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızı məişət zorakılığı törətmiş şəxs X8 və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızı artıq keçmiş əri X8 tərəfindən ona olan təzyiqlərə dözə bilmir. xx.xx.2018-ci il boşanma tarixindən başlayaraq Elxan Nəbiyev tərəfindən ona fiziki, psixoloji və iqtisadi zorakılıq edir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə, saat 14:40 radələrində idarə etdiyi “Mercedes Benz E300” markalı, ** GL *** qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, H.Əliyev küçəsi ilə hərəkətdə olan vaxt şəhərin mərkəzində hərəkətin sıx yerində keçmiş maşınına yaxınlaşmış, maşın hərəkətə gəldiyinə görə öz niyyətinə nail ola bilməmiş, yenidən hərəkət dayandıqda öz avtomobilini saxlayıb, yenidən yaxınlaşmış, qapını aça bilməmiş, maşını təpikləmiş, maşının güzgüsünü sındırmışdır. X4 niyyəti ona xəsarət yetirmək olmuşdur. X3 boşandıqdan sonra daimi olaraq sonuncu tərəfindən təqib olunur, daim söyülüb təhqir olunur. Ölüm təhlükəsi və qorxusu içində yaşayır və bu vəziyyətdə iki azyaşlı uşağı böyüdür. Keçmiş əri X8 18 aprel 2020-ci il tarixdə yenidən yaşadığı evə gəlib, qapını qırıb, uşaqları qorxudub, həyətdə maşınını vurub, qırıb, qapıları yararsız hala gətirib. Maşınına külli miqdarda ziyan dəyib. Bu hadisə ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221.1 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Elxan Nəbiyevin fiziki zorakılığı ilə bərabər psixoloji zorakılıqları da davam edir. Elxan Nəbiyev heç bir əsası olmayan şikayətləri ilə onu bezdirib. Son 5 ildə Elxan Nəbiyevin əsassız şikayətlərinə görə davamlı polis idarələrində, komissiyalardadır. Bundan sonra X8 heç bir əsas olmadan ona qarşı «valideynlik hüquqlarından məhrum etmə və uşaqların alınıb atanın himayəsinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiasının təmin olunması üçün X8 onun guya narkomaniyadan müalicə almağı ilə bağlı Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçılik komissiyasına saxta sənədlər təqdim etmiş və komissiya üzvlərinə göstərmiş, onun guya narkoman olmağıyla bağlı komissiya üzvlərində təəssürat yaratmağa çalışmışdır. Elxan Nəbiyev məhkəməyə onun guya narkoman olmağıyla bağlı saxta sənədlər təqdim etdiyinə görə onun məsuliyyətə cəlb olunması ilə bağlı şikayət etmiş, halhazırda yenidən onu məhkəməyə verib ki, guya şübhələnir ki, atası Rafiq Dəmirovun qızı deyil. X9 genetik yoxlamasını tələb edir. Dövlət qurumları da belə şikayətlərə görə onunla əlaqə saxlayır və onu dövlət qurumlarına dəvət edirlər. Dövlət qurumlarına getdiyi zaman isə Elxan Nəbiyev ona hücum edir, xəsarət yetirməyə çalışır. Ən son Bakı şəhəri Maraqlı şəxsndən çıxanda onu gizlin küçədə gözləmiş və maşınını üstünə sürmüşdür. Son anda yoldan çıxa bilmiş və sağ qalmışdır. Həyatı təhlükədə olduğu üçün Bakı şəhəri Maraqlı şəxsnə X5nin verilməsi ilə bağlı rəsmi qaydada müraciət etmiş və ona X5 verilmişdir. Lakin X5nin müddəti artıq bitmişdir. Hazırda da keçmiş əri X8 tərəfindən ona olan fiziki və psixi təzyiqlər bitmir. Uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızına 180 günədək müddətə uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında ərizəçi Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızı ərizədə qeyd olunanları təsdiq edərək bildirmişdir ki, o, maraqlı şəxslə 2018-ci ilin dekabr ayında rəsmi qaydada boşanmışlar. 2019-cu ilin yanvar ayından etibarən davamlı olaraq, onun tərəfindən fiziki, psixi, təzyiqlərə məruz qalır. İlk öncə, X8, onun kosmetoloq kimi çalışdığı və ona aid olan obyeklə bağlı Səhiyyə Nazirliynə müraciətlər etmiş ki, güya o, kosmetoloji prosedurlarla insaların üzünü bərbad vəziyyətə salır. Daha sonra Fövqəladə Hallar Nazirliyinə barəsində anonim şikayətlər daxil olmuşdur ki, güya fəaliyyət göstərdiyi obyektdə ümumi binanı uçmaq təhlükəsində qoyan dəyişikliklər etmişdir. Bununla bağlı nazirliyin əməkdaşları obyektə baxış keçirmişlər. Daha sonra "xxxx" ASC-nin əməkdaşları baxış keçirmişlər. Daha sonra telefonuna tanımadığı kişilərdən zənglər gəlməyə başlamış, məlum olmuşdur ki, əxlaqsız saytlarda adına saxta profillər açılmışdır. Bundan sonra məcbur qalıb nömrəmi dəyişdir. Dəfələrlə maşını üzərimnə sürmüş, canını güclə qurtarmışdır. Maşınının qabağını kəsərək maşına zəbələr endirmiş, maşının şüşələrini sındırmışdır. Evinin qapısını sındırmışdır. Bu hadisələrdən sonra məhkəməyə müraciət etmiş və onu barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası verilmiş, lakin o, yenə öz əməllərindən əl çəkməmişdir. X8 onun barəsində polis bölməsinə şikayət edərək, güya onun uşağını öldürmək istəməyini bildirmişdir. Bundan öncə də, müxtəlif əsaslarla onu məhkəməyə vermiş və hamısı onun ziyanına yekunlaşmışdır. Onun hazırda tək çıxış yolu uzunmüddətli mühafizə orderidir. Qeyd edilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirmişdir ki, maraqlı şəxsin ərizəçiyə fiziki, psixi zorakılıq göstərməsi məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Həmin hökmlə o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Belə ki, maraqlı şəxs ərizəçidən boşandıqdan sonra davamlı olaraq ona qarşı fiziki, psixi, mənəvi təzyiqlər göstərməkdədir. Maraqlı şəxs ərzəçini gördüyü yerdə qabağını kəsir, onun üzərinə maşın sürür, ərizəçi barəsində əsassız şikayətlərlə müxtəlif dövlət orqanlarına müraciətlər edərək, ərizəçinin davamlı olaraq həmin dövlət orqalarına gedərək şikayətlərin əsassız olduğunu sübuta yetirmək məcburiyyətində qoyur. Ərizəçi barəsində saxta sənədlər hazırlayaraq, güya onun narkoman, əxlaqsız həyat yaşaması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarına müraciətlər etmişdir. Bundan başqa atasının güya ərizəçinin həqiqətən atası olmaması ilə bağlı məhkəmədə iddia qaldıraraq, ərizəçi və onun ailəsinə psixaloji təsirlər etməkdədir və s. Onlar bu qeyd edilən hallarla bağlı icra hakimiyytindən qısamüddətli müafizə orderi almışlar, lakin hazırda onun müddəti bitdiyi üçün mhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X6 ərizənin təmin olunmasına etirazının olmamasını bildirmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məişət zorakılığı törətmiş şəxs X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə işə məişət zorakılığı törətmiş şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 ilə Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızı arasında olan nikah xx.xx.2018-ci il tarixində poulmuş, həmin vaxtdan X8 tərəfindən Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızına fiziki, psixolojı və iqtisadi zorakılıq edilir. Bu hal Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-78/2021 saylı hökmü ilə öz təstiqini tapmışdır. Həmçinin ərizəçi məişət zorakılığından qorunmaq məqsədi ilə qısa müddətli mühafizə orderinin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, ona 19 sentyabr 2023-cü il tarixədək qısamüddətli order verilmişdir. Hazırda ərizəçi məhkəməyə müraciət edərək 180 gün müddətə uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

b) Mülki işin materialları:

10. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-78/2021 saylı hökmündə X8 tərəfindən Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızının əmlakına qəsdən məhv etmə və zədələməklə ona xeyli miqdarda ziyan vurma və ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxşlər üzərində zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının məhv etmə, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri tam sübuta yetirilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-78/2021 saylı hökmü ilə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X7 qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası X4 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmiş, X4 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E300” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanında yerləşən mənzilin giriş qapısı sahibi Ərizəçi qaytarıldığından sonuncuya təhvil verilmiş hesab edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 350 (üç yüz əlli) manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi, iş üzrə mülki iddia tam təmin edilmiş və vurulmuş maddi zərərə görə 11.255 (on bir min iki yüz əlli beş) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul X3 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Ərizəçi ödənilməsi, X4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.

11. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli X5ndən görünür ki, məişət zəminində fiziki zorakılıq - zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması, məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər, məişət zəminində cinsi zorakılıq - məişət zorakılığına məruz qalmış şəxsin iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur edilməsi, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi - məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan suiistifadə edilməsinə yönəlmiş hərəkətlər qadağan olunmuşdur.

12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs başçının aparatı tərəfindən Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızına ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu il 22 iyun tarixli Qanununun 5.2-ci və P9-cu, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli Fərmanının 1.1-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 46 saylı Qərarının 4.1.1-ci bəndini rəhbər tutaraq, Monitorinq Qrupu tərəfindən vətəndaş X8, vətəndaş Ərizəçi qarşı məişət zəminində fiziki zorakılıq, psixi zorakılıq, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə qadağa qoyularaq, X5 verilmiş və məlumatlar icra üçün Bakı şəhəri, Nəsimi rayon və Yasamal rayon İcra şöbələrinə göndərilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

14. Həmin Qanunun 10.2.-ci maddəsinə əsasən X5ndə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:

15. Həmin Qanunun 10.2.-ci maddəsinə əsasən X5ndə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər: 10.2.1. məişət zorakılığının təkrar törədilməsi; 10.2.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 10.2.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

16. Həmin Qanunun 10.3.-cü maddəsinə əsasən uzunmüddətli mühafizə orderində bu Qanunun 10.1-ci maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılar nəzərdə tutula bilər: 10.3.1. məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları; 10.3.2. yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi; 10.3.3. zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri; 10.3.4. mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.

17. Həmin Qanunun 10.4.-cü maddəsinə əsasən mühafizə orderi icra haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunur.

18. Həmin Qanununun 12.2-ci maddəsinə əsasən uzunmüddətli mühafızə orderi 30 gündən 180 gün müddətinə verilir.

19. Azərbaycan Respublikası MPM-nin 355-4.4.-cü maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir: 355-4.4.1. məişət zorakılığının təkrar törədilməsi; 355-4.4.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 355-4.4.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

20. Həmin Məcəllənin 355-4.5.-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə bu Məcəllənin 355-4.4-cü maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir: 355-4.5.1. məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları; 355-4.5.2. yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi; 355-4.5.3. zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri; 355-4.5.4. uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat.

21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məişət zorakılığı və qadınlara qarşı zorakılıq, qadınlara qarşı ayrı-seçkiliyin bir növüdür. Həm məişət zorakılığı, həm də məişət zorakılığına dair məhkəmə icraatı, beynəlxalq və regional sənədlərlə qorunan hüquqlarla əlaqədardır. Azərbaycan Respublikasının Konstitusiyası, bu hüquqları tətbiq olunan normativ hüquqi bazanın tərkib hissəsi kimi nəzərdə tutur.

22. Hazırkı halda iş üzrə təqdim edilmiş sənədlərdən Dəmı̇ rova Səı̇ də Rafı̇ q qızının keçmiş əri X8 tərəfindən müxtəlif vaxtlarda fiziki və psixizorakılığa məruz qaldığı müəyyən edilmişdir (telefon rabitəsi vasitəsilə, avtomobilinə yaxınlaşaraq şiddət tətbiq etməsi, barəsində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli hökm (əmlakı qəsdən məhv etmə), ona qısa müddətli mühafizə orderinin verilməsi və s) .

23. Belə olan halda, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutub hesab edir ki, ərizə təmin edilməli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Ərizəçi 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilməli, məişət zorakılığının təkrar törədilməsi, Ərizəçi olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquqmühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı ünvan 3 ünvanına 30 metr məsafədə yaxınlaşmaq, ərizəçiyə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək X7 qadağan edilməli, X7 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməlidir.

24. Məhkəmə eyni zamanda hesab edir ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 12.4.-cü maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının qanunvericiliyə uyğun olaraq qüvvəyə minməsi, uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərarın qanunvericiliyə uyğun olaraq icraya yönəldilməsi, həmin Qanunun 12.5.-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilməsi, yuxarı instansiya məhkəməsinə şikayətin verilməsinin isə mühafizə orderi üzrə qərarın icrasını dayandırmaması müəyyən edildiyindən hazırkı məhkəmə aktı dərhal icraya yönəldilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır.

29. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Ərizəçi 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilsin. Məişət zorakılığının təkrar törədilməsi, Ərizəçi olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı ünvan 3 ünvanına 30 metr məsafədə yaxınlaşmaq, ərizəçiyə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək X7 qadağan edilsin. X7 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar