Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4725/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehn nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işəbərpa və sair tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işəbərpa və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X17 tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli əmrin ləğv olunaraq yenidən işəbərpa olunmağı və məcburi işburaxma günləri üçün ödənilməmiş əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsi əsasında iddiaçı “Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X15də təsərrüfat şöbəsinin müdiri vəzifəsində işə başlamışdır. İşlədiyi dövrdə qanunvericiliyə uyğun xidmət göstərmiş, heç bir pozuntuya yol verməmişdir. Lakin 11 iyul 2024-cü il tarixdə direktor Talışınskiy Rüstəmin birbaşa göstərişi ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Barəsində çıxarılmış 11 iyul 2024-cü il tarixli əmr tamamilə qanunsuz və əsassızdır. Belə kiŞ işlədiyi dövrdə nə tabe olduğu rəhbərliyi, nə də tabeçiliyində çalışan şəxsləri hər hansı qanunazidd hərəkətlər etməyə icazə verməmişdir. Lakin bu dövrdə dəfələrlə işçilərin əmək hüquqlarının rəhbərlik tərəfındən kobud surətdə pozulduğunun şahidi olmuşdur. Bundan əlavə xəstəxananın rəhbərliyi tərəfindən açıq surətdə mənimsəməyə yol verildiyini, ayrılmış vəsaitlərin lazımi yerlərə xərclənmədən dövriyyədən çıxarıldığını, işçilərdən öz vəzifələrində qalmaları üçün haqq tələb edildiyini açıq surətdə görürdü. Bu məsələlərlə bağlı ciddi narahatlığını dilə gətirsə də heç bir faydası olmurdu. Artıq məsələ ilə bağlı lazımi orqanlara məlumat verməyə hazırlaşan zaman isə barəsində hazırki əmr çıxarılaraq işdən azad edilmişdi. Onun öz işindən qanunsuz formada çıxarılmağındakı səbəblərdən biri də məhz bu tip qanunsuz hərəkətlərə etdiyi etiraz idi. Barəsində bu əsassız əmr çıxarıldıqdan sonra onun səhhətində ciddi problemlər yaranmış, uzun müddət həkim nəzarətində qalmışdır. Həmin müddətdə ona olduqca ağır maddi və mənəvi ziyan da dəymişdir. Uzun müddət stress çəkmiş, ağır əsəb və həyəcan yaşamışdır. Hətta barəsində əmr çıxarılmasına baxmayaraq ona həmin əmr təqdim belə edilməmişdir. Həmçinin əmr elektron sistemə də çıxarıldığı tarixdən olduqca gec bir vaxtda yüklənmişdir. Bu isə artıq bütünlükdə baş verən qanunsuzluqların ayrıayrıca sübutlarıdır. Bundan əlavə nəzərinizə çatdırır ki, iş yeri tərəfindən onunla son haqqhesab işdən çıxarılmağından olduqca uzun müddət keçdikdən sonra əksik formada aparılmışdır. Bu fakt da özü ayrıca qanun pozuntusudur. Bundan başqa bildirir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində göstərilən hallar yalnız sübut olunduqca işəgötürən tərəfındən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilər. Yuxarıda göstərdikləri xüsusatlar, həmçinin işdən azad olunmağı barədə qəbul edilmiş əmri sonradan öyrənməyi cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilməsinin bariz sübutudur. Bununla da onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd edir ki, ona vurulmuş maddi və mənəvi ziyanın həcminin tam hesablanması yekunlaşdıqdan sonra həmin hissədə iddia tələbinin artırılması barədə ərizə təqdim edəcəy. Daha sonra Cavabdeh Qanuni nümayəndə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qanuni nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və vəkilinin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdehn təsərrüfat müdiri vəzifəsində işləmişdir. Cavabdehn əmri ilə əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə 11 iyul 2024-cü il tarixli əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən də hazırda iddiaçı 11 iyul 2024-cü tarixli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən ona məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı məbləğlərinin hesablanaraq ona ödənilməsini tələb edir. b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı Cavabdehn baş həkimi X5 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdən onu təsərrüfat müdiri vəzifəsinə qəbul etməklərini xahiş etmişdir. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı təsərrüfat müdiri vəzifəsinə işə götürülmüşdür. Bu əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən qüvvəyə minir və xx.xx.2025-ci il tarixə qədər qüvvədədir. İşəgötürən işçiyə işlədiyi hər ay üçün 1484 manat əmək haqqı ödəyəcək. (bənd 4.1). - Cavabdehn xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmri ilə 02 fevral 2024-cü il tarixdən 3 (üç) ay sınaq müddəti təyin olunmaqla 1 (bir) il müddətinə Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi, İddiaçı aylıq vəzifə maaşı və həvəsləndirici əlavəsi ştat cədvəlinə uyğun (14-cü dərəcə ilə) müəyyən edilməsi, İnsan Resursları şöbəsi (N.İsmayılova) tərəfindən işçinin vəzifə təlimatının hazırlanması və işçinin əmək funksiyası ilə tanış edilməsi təmin edilməsi əmr edilmişdir. - Cavabdehn təsərrüfat şöbəsinin müdir müavini X1, sürücü X9, Mühafizənin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təsərüffat şöbəsinin müdiri İddiaçı xəstəxanaya məxsus Fiat Doblo markalı ** PK *** nömrəli xidməti avtonəqliyyat vasitəsindən avtonəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etmiş, eyni zamanda həmin nəqliyyat vasitəsi ilə işə gəlib getmişdir. Bunun nəticəsində “Azərbaycan X2 və Ortopediya İnstitutu" Publik hüquqi şəxsə maddi ziyan vurmuşdur. - Cavabdeh direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdehn Təhlükəsizlik şöbəsinin şöbə müdiri X4, təsərrüfat şöbəsinin müdir müavini X1 və Ümumi şöbənin hüquqşünası Qanuni nümayəndə bu aktı tərtib edirlər ondan ötəri ki, Təsərrüfat şöbəsinin müdiri vəzifəsini icra etmiş İddiaçı “Təmas" şirkəti ilə heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərində yerləşdirmişdir. Bununla bağlı “Təmas” ilə əlaqə saxlanılan vaxt, onlar “X2 və Ortopediya İnstitutu” Publik hüquqi şəxslə aralarında “kofe aparatlar yerləşdirilməsinə dair” hər-hansı müqavilələrinin olmadığını təsdiq etmişdirlər. Buradan da aydın olur ki, kofe aparatlarından gələn gəlir İnstitutun büdcəsinə daxil olmamışdır. - Cavabdehn xx.xx.2024-cü il tarixli, 445 nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə 12,07.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini 'yerinə yetirmədikdə yaxud- bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ) xitam verilməsi, mühasibatlıq şöbəsi (S.Zeynalova) tərəfindən işçi ilə son haqq-hesabın (xx.xx.2024 -xx.xx.2024-cü illər üzrə istifadə edilməmiş 14 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi) aparılması təmin edilməsi, insan resursları şöbəsi (N.İsmayılova) tərəfindən işçiyə sonuncu iş günü bu əmrin surəti və əmək kitabçasının verilməsi əmr edilmişdir. - Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/10/2024- 00480 nömrəli arayışından görünür ki, İddiaçı və Cavabdeh nümayəndələri Qanuni nümayəndə işə bərpa edilmə ilə bağlı əmək mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 14:00 keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin mediasiya prosesin davam etdirə bilməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Mülki işin materiallarına İddiaçı məxsus əmək kitabçasının, məhkumluğunun olmaması barədə xx.xx.2024-cü il tarixli arayışın, diplomun, tibbi arayışın, tərcüməyi-halın və hərbi biletin sürətləri əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinin “q” bəndinə görə, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Sözügedən Məcəllənin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin Məcəllənin 72-ci maddəsində qeyd edilmişdir ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə ilk olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, əmrdə iddiaçının hansı pozuntuya yol verməsi və bunun hansı nəticələrə səbəb olduğu göstərilməmişdir. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Digər tərəfdən məhkəmənin qənaətinə görə, Cavabdeh iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlara istinad edərək, İddiaçı xəstəxanaya məxsus “Fiat Doblo” markalı, **-PK-*** nömrəli xidməti avtonəqliyyat vasitəsindən avtonəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etmiş, eyni zamanda həmin nəqliyyat vasitəsi ilə işə gəlib gedərək, “Azərbaycan X2 və Ortopediya İnstitutu" Publik hüquqi şəxsə maddi ziyan vurduğunu, həmçinin İddiaçı “Təmas" şirkəti ilə heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərində yerləşdirildiyini, və “X2 və Ortopediya İnstitutu” Publik hüquqi şəxslə aralarında “kofe aparatlar yerləşdirilməsinə dair” hər-hansı müqavilələrinin olmadığını təsdiq edildiyini bildirsə də, bu xüsusatlar məhkəmə zamanı sübuta yetirilməmişdirlər. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Halbuki, cavabdeh iddiaçının əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə belə, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir (cavabdeh tərəf əksini sübuta yetirə bilməmişdir). Beləliklə də göstərilənlərə əsasən, məhkəmə Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 445 nömrəli əmrin qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdehn xx.xx.2024-cü il tarixli, 445 nömrəli əmri ləğv edilməlidir. Lakin məhkəmə onu da qeyd edir ki, hazırki iddia əsaslı olduğundan və Cavabdehn nümayəndəsi Qanuni nümayəndə tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmə iddia müddətinin tətbiq edilməli olub-olmamasını araşdırmalı və buna dair mövqeyini bildirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Eyni məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçı 29 iyul 2024-cü il tarixdə mediasiya prosesini başlatmaq məqsədi ilə X6 Heyətinin təsdiq etdiyi qaydada qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, daha sonra isə 08 avqust tarixində 10 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 06 sentyabr tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair arayış mediasiya təşkilatı tərəfindən tərtib edilərək təqdim edilmişdi, və həmin arayışa əsasən iddiaçı məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Bununla da iddia müddətinin axımı yenidən bərpa edilmişdir. Daha sonra İddiaçı 12 sentyabr 2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 5 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi daxil olmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 445 nömrəli əmri ləğv edildiğindən, İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Cavabdehn təsərrüfat müdiri vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iddianın məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, əsas tələb təmin edildiyindən, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Bakı şəhər üzrə Tədris İdarəsindən tutularaq İddiaçı ödənilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X17 tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 445 nömrəli əmr ləğv edilməli, İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Cavabdehn təsərrüfat müdiri vəzifəsinə bərpa olunmalı, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh "Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X10 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işəbərpa və sair tələbinə dair" iddiası təmin edilsin. Cavabdeh "Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X17 tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 445 nömrəli əmr ləğv edilsin. İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Cavabdehn təsərrüfat müdiri vəzifəsinə bərpa olunsun. Məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh "Azərbaycan Elmi- Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X10 tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4725/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4725/2024
13.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver