Məhkəmə qərarları › İş №2(006)-4726/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4726/2024

20.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4726/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və qeyrilərinə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi və sairə tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və qeyrilərinə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi və sairə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməmiş, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, tələbdən görünür ki, əmək münasibətlərindən irəli gələn mübahisədən ibarətdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiqi dairəsinə aid edilmişdir. Məhkəmə eyd edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi arayış əvvəla xx.xx.2022ci il tarixinə aid olmaqla “işə bərpa, xx.xx.2018-ci il tarixli 11 nömrəli əmrin icrası, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” barədə olmaqla hazırki mülki iş üzrə qoyulmuş tələbə (xx.xx.2014-cü il tarixdə muddətsiz mənimlə kontrakt imzalanaraq bağlanılan xxxxxxx000200 nömrəli omək müqaviləmin şərtlərinin pozularaq vəiş yerimi dəyişərək xx.xx.2018-ci il tarixdə qəsdən bilə-bilə birtərəfli razılaşmam, xəbərim olmadan qüvvədən salaraq, xx.xx.2018-ci il tarixdə birtərəfli, qanunsuz, hüquqi qüvvəsi olmayan, mənimlə bağlanılmayan, kontrakt imzalanmayan, heçbir dəyişikliyinə, əlavəsinə qəti şəkildə icazəm olıradan, xəbərim olmadan, məlumatım olmadan xx.xx.2024-cu il tarixdə aşkar edilən və xx.xx.2024-cü il tarixdə mötəbər sübutlarla tam şəkildə sübuta yetirilən xxxxxxx000201 nömrəli hüquqi qüvvəsi olmayan əmək müqaviləsinin etibarsız hesab edilərək əvvəlki vəzifəmə vo xxxxxxx000200 nömrəli əmək müqaviləmə qaytarılmağım barədə) münasibətdə mediasiya prosesindən keçməsi kimi sayıla bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin arayışda qarşı tərəf kimi Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi və Qaradağ rayonu 13 saylı poliklinikası qeyd edilmiş, hazırki işdə isə cavabdeh kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələri X1 Hüquqi Şəxs, DSMF-nin yanında Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi və Bakı Baş Səhiyyə X2 Şəxs göstərilməklə, onların mediasiya prosesinə cəlb edilmələri barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixinə aid olan arayış verilmiş tələb üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə baxılmış və yekun məhkəmə aktı qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və qeyrilərinə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi və sairə tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar