Məhkəmə qərarları › İş №2(006)-4744/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4744/2022

18.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4744/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndələri X5 və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi vəzifəsində çalışan Asəf Məmmədovun iştirakları ilə İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-1624/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilindiyi üçün 3 ay müddətinə inzibati həbs edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(006)-1624/2022 qərarı ilə bu müddət 2 ay müddətinə endirilmişdir. İddiaçı həbs edilənədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında həkim-mütəxəssis (biokimyəvi) vəzifəsində çalışırdı. Öz işini peşəkar səviyyədə bilən həkim-mütəxəssisdir. İşlədiyi müddətdə nümunəvi işinə görə 3 dəfə Mərkəzi Hərbi Poliklinikasının fəxri fərmanı ilə təltif olunmuşdur. Əmək funksiyaları əsasən xüsusi aparat vasitəsi ilə muayinələrdən keçən hərbi qulluqçuların qanında şəkər xəstəliyi göstəricilərinin normada olub-olmamasını yoxlamaqdan ibarətdir. Öz vəzifəni şəffaf və vicdanla yerinə yetirdiyi və Hərbi Həkim Komissiyasının sədri Elxan İbrahimovun qanunsuz sifarişlərini yerinə yetirmədiyi uçün onun və poliklinikada çalışan və rüşvətxorluğa meyli olan bir sıra rəhbər işçilərin qınaq mənbəyinə çevrilmişdir. Nəticədə çalışmışlar ki, iddiaçını bu işdən uzaqlaşdırsınlar və bu vəzifəyə digər özlərinə münasib bir işçini işə qəbul etsinlər. Bu məqsədlə 2015-ci ildə Elxan İbrahimovu dəstəkləyən Poliklinikanın rəisi Mehriban Quliyeva ştatını ixtisar edərək iddiaçını işdən azad etmişdir, lakin üç instansiya məhkəmə prosesindən sonra öz əvvəlki işinə bərpa olunmuşdur. İşə bərpa olunduqdan sonra bir müddət öz vəzifəsinə aid işləri görməyə buraxmadılar. Lakin uzun çəkən mübarizədən sonra öz vəzifəsi ilə bağlı işləri yerinə yetirməyə başlamışdır. Bununla da Hərbi Həkim Komissiyasının sədri Elxan İbrahimovun iddiaçıya qarşı təzyiq və nifrəti artmışdır. İşdə daima şər və böhtanlara məruz qalırdı. Hər dəfə sübut etməyə çalışırdılar ki, iddaiçı kimdənsə rüşvət almışdır. Lakin hər dəfə bu onlar uçün uğursuzluqla nəticələnirdi. Nəhayət rəhbərliyin əlaltısı H.Abbas tərəfindən iddiaçıya bildirmişdir ki, «biz bilirik ki, Sız qanunsuz işlərə qarışmırsınız, amma biz qazanmaq istəyirik. Ona görə də Siz Poliklinika rəhbərliyinin icazəsi ilə komissiyadan keçən hərbiçilərin qida ilə əlaqədar şəkər səviyyəsini normadan yüksək göstərin və onlardan 50-60 manat imkan olduqda daha yüksək məbləğdə pul almaqla nəticələri normada verin. Pul götürülənlərin siyahısını və toplanmış pulu isə bizə təhvil verin. Belə etməsəniz… biz Sizinlə işləyə bitməyəcəyik və bu işi həmişəki kimi Hərbi Hospitalda Vəfa, poliklinikada Solmaz, Hamlet edəcəklər». İddiaçını bu formada işləməyə məcbur etmişlər. Lakin başa düşməmişdir ki, bu da ona qarşı qurulan bir tələ imiş. Daha sonra Hərbi Həkim Komissiyasının sədri Elxan İbrahimov Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarını xəlvəti dəvət edərək iddiaçının kabinetinə gizli videokamera yerləşdirmiş və 26 nəfər komissiyadan keçən müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbiçidən pul alınmasını gizli formada çəkdirditmişdir. Təhqiqat materialları Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Xidmətindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ötürülmüşdür. Hərbi Həkim Komissiyasının sədri Elxan İbrahimov və onun tərəfdaşları iddiaçıya bildirmişdilər ki, o, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verdiyim izahatlarda siyahı üzrə pulun yığılaraq rəhbərliyə təhvil verməyi barədə məlumat verməsi və bütün işləri öz təşəbbüsü ilə etdiyini bildirmiş. Belə etməyəcəyi təqdirdə iddiaçıya kömək etməyəcəklərini bildirmişlər. Məsələnin həll ediləcəyini iddiaçıya vəd etmişlər və bunun müqabilində ondan küllü miqdarda pul almışlar. Hazırda yuxarıda qeyd edilənlərlə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciətlər etmişdir və müəyyən rəhbər işçilərin qəbulunda olmuşdur. Ümid edir ki, həqiqət və ədalət öz yerini tapacaqdır. Yuxarıda qeyd edilənlər, məsələnin nə yerdə olduğunu, yəni iddiaçıya qarşı cavabdehin qərəzli mövqeyini məhkəməyə çatdırmaq üçün idi. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-1624/2022 saylı qərarından sonra iddiaçını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən işdən azad etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»nın 6.2-ci bəndinə əsasən «işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız isdən çıxan işçinin razılığı ilə yol verilir». Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Asəf Məmmədov qanunvericiliyin bu tələbini kobud surətdə pozaraq iddiaçının razılığı olmadan poçt vasitəsilə əmək kitabçası və işdən azad olması barədə əmrdən çıxarışı inzibatı həbsdə olduğu dövrdə ünvanına göndərmişdir, halbuki inzibatı həbsdən sonra iddiaçı ərizəsində xahiş etmişdir ki, bu sənədləri ona şəxsən versinlər, poçtla göndərilməsini xahiş etməmişdir. Nəticədə hazırkı dövrədək iddiaçı əmək kitabçanı və xitam əmrinin surətini əldə edə bilməmişdir. Telefonla əlaqə saxlayıb əmək kitabçası əldə etmək istəyir, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası əmək kitabçanı tapa bilmir. Belə vəziyyət bu daha Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Asəf Məmmədovun və onun komandasının iddiaçıya qarşı olan qərəzli mövqeyini sübut edir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 7803 məktubundan bunlar görünür. Mübahisənin qısa məzmunu və məhkəmədən gözlənilən nəticələr ondan ibarətdir ki, iddiaçı «Əmək müqaviləsi bildirişi» altsistemindən əldə etdiyi məlumata əsasən əmin olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının işəgötürəni tərəfindən qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən qərəzli formada xx.xx.2022-ci il tarixində inzibati həbsdə olduğu vaxtda xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 79-cu «Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar» maddəsinin birinci hissəsinin yeddinci abzasına əsasən öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (İ dərəcə əlillik nəzərdə tutulur) ailə üzvü olan işçilərin əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsi qadağandır. Bu maddənin ikinci hissəsinə əsasən bu qadağan edilmə halı, Məcəllənin 70-ci maddəsinin «a» bəndi (müəssisənin ləğvi) və 73-cü maddəsi (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) ilə xitam verilən hallara şamil edilmir. İddiaçının öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmuş (İ dərəcə əlil) olan anası vardır və öhdəsində İ dərəcə əlilliyi olan anasının olmasını işəgötürən və onun kadrlar şöbəsinin işçiləri əvvəlki məhkəmə işindən bilirdilər. Əvvəlki məhkəmə məhz bu halı rəhbər tutaraq onu ixtisarla bağlı qərəzli olaraq işdən azad edildiyi halda işinə bərpa etmişdi. Bu səbəbdən Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(006)-1624/2022 saylı qərarı işəgötürənə əsas vermir ki, onun əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam versin. Məhkəmənin yuxarıda qeyd edilən qərarında işdən azad ediləcəyi, eləcə də müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bağlı heç nə göstərilməmişdir. Hesab edir ki, işəgötürən öhdəsində İ dərəcə əlil anası olduğunu nəzərə alaraq məhkəmənin qərarı ilə 2 ay müddətində inzibati həbs növündə əmək funksiyalarını yerinə yetirə bilmədiyinə görə iddiaçını Əmək Məcəlləsinin 62-ci «İşçinin işdən kənar edilməsi» maddəsinin c) bəndinə əsasən (iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibatı xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə) əmək haqqı verilmədən işdən kənar edə bilərdi, lakin işdən azad edə bilməzdi. İşəgötürən isə qərəzli mövqe tutaraq Əmək Məcəlləsinin tələblərini pozaraq iddiaçını işdən azad etmişdir. Eyni zamanda bildirir ki, bu kimi hallar üçun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli qərarında şərh verilərək göslərilmışdir ki, «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibatı xətalara görə işçini aşağıdakı hallarda ozünun əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b)Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibatı xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə». Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baaş İdarəsi xx.xx.2022-ci il tarixli qərarı ilə cinyət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir ki, bu qərarın 4-cü bəndində göstərilmişdir ki, «İddiaçı əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan material hüquqi qiymət verilməisndən ötrü aidiyyəti üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraat idarəsinə göndərilsin». Bu qərar, eləcə də inzibati həbs barədə yuxarıda qeyd etdiyi məhkəmə qərarları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarının «b» bəndində göstərilən haldır. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixindən işdən azad edilməsi barədə işəgötürənin əmri ləğv edilərək öz əvvəlki işinə inzibati həbsdən sonra məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə bərpa olunması və əmək kitabçasının bərpa olunması barədə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbini tam müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçının vəkili vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili həmçinin göstərmişdir ki, İddiaçı 2015-2017-ci illərdə cavabdeh təşkilat tərəfindən qanunsuz olaraq işdən azad olunmuş və bununla bağlı iddiaçı iddia qaldırmış Bakı şəhəri Nəsimi rayon Məhkəməsi və Bakı apellyasiya Məhkəməsinin qətnamələri əsasında işinə bərpa olunmuşdur. X11 çıxardığı qərara əsasən isə inzibati qaydada 3 ay müddətində həbs olunmuş, iddiaçı bundan Apellyasiya Məhkəməsinə şikayət vermiş və həmin məhkəmənin qərarı ilə şikayəti qismən təmin olunaraq həbs müddəti 2 aya endirilmişdir. Qeyd edilən qərarlardan istifadə edərək cavabdeh təşkilat iddiaçı ilə bağlanılan əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam vermişdir. AR ƏM-nə əsasən işçinin himayəsində 1-ci qrup əlilliyi olan ailə üzvü varsa onun əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsi ilə xitam verilməsi yolverilməzdir. Bundan başqa, qarşı tərəfindən məhkəməyə təqdim etdiyi sənədlərə əsasən işçinin işdən çıxarılması ilə bağlı razılıq verilməsi üçün həmkarlar ittifaqına müraciət olunmuş və həmkarlar ittifaqı əmək müqaviləsinə xitam verilməsini tam əsaslı hesab etmişdir. Ancaq tərəflərdən təqdim olunmuş iş materiallarından da görünür ki, iddiaçı həmkarlar ittifaqının üzvü olmamış, ərizə verərək üzvlükdən çıxmışdır. Belə olan halda həmkarlar ittifaqının belə bir razılıq verməsi tam əsassızdır. Bundan başqa, Əmək qanunvericiliyinin tələblərinə və Ali Məhkəmənin müəyyən etdiyi qaydalara əsasən işçinin əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilərkən buna səbəb olan hallar qeyd olunmalı və əmr əsaslandırılmalıdır. Ancaq cavabdeh tərəfindən buna riayət olunmamışdır. Həmçinin AR NK-nın 1996-cı il tarixli qərarına əsasən işdən çıxan işçiyə işdən çıxdığı gün onun əmək kitabçası və əmrdən çıxarış şəxsən verilməlidir. Bu sənədlərin poçt vasitəsi ilə verilməsinə yalnız işçinin razılığı ilə yol verilir. Ancaq cavabdeh təşkilat buna riayət etməmiş və işçinin həmin vaxt inzibati qaydada həbs olunmasına və iddiaçının həmin sənədlərn ona şəxsən təqdim olunması barədə cavabdeh təşkilata ünvanlanan ərizəsinə məhəl qoymadan həmin sənədləri poçt vasitəsi ilə göndərmişdir. Həmin sənədlərin təqdim olunması barədə cavabdeh təşkilata iddiaçı tərəfindən dəfələrlə müraciət etsə də sənədlər təqdim olunmamış və ona bildirilmişdir ki, sənədləri tapmaq mümkün deyildir. Həmin sənədlər bu günə kimi təqdim olunmamışdır. Nəticədə iddiaçının əmək hüquqları kobud surətdə pozulmuşdur. Bütün bu qeyd olunan hallardan əlavə onu da qeyd edir ki, iddiaçı 25 ildir tibb sahəsində çalışır və bütün bu illər ərzində öz peşə borcunu layiqincə yerinə yetirmiş və bununla bağlı dəfələrlə fəxri fərmanlar, təşəkkürnamələr almışdır. Belə bir işçinin AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxmaq onun bütün karyerasının sonu deməkdir. Cavabdehin vəkili həmçinin göstərmişdir ki, işçiyə əmək kitabçası indiyənədək təqdim olunmamış və tərəflərdən bununla bağlı cavabdeh təşkilata müraciət olunduqda onlara bildirilmişdir ki, əmək kitabçasını tapmaq mümkün deyil. Əgər əmək kitabçası hazırda onlardadırsa, iddiaçıya qaytarılmasını, itirilmişdirsə cavabdeh tərəfindən bərpa olunmasını tələb edirlər. Göstərilənlərə əsasən cavabdehin vəkili iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi (poliklinikanın rəisi) Asəf Məmmədovun iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, DTX-nın əməkdaşları tərəfindən əməliyyat keçirilmiş və nəticədə İddiaçı tutularaq barəsində istintaq işi aparılmış, bundan sonra iş aidiyyatı üzrə Korrupsiya ilə mübarizə Baş İdarəsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə o, təqsirli bilinərək barəsində inzibati həbs seçilmişdir. Buna səbəb isə iddiaçının 4 gün ərzində Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasında həkim səviyyələrindən istifadə edərək 26 nəfərdən ümumilikdə 1300 manat qədər qanunsuz pul alması olmuşdur. Adı çəkilən məhkəmə qərarları barəsində təşkilat tərəfindən məlumat əldə olunduqdan sonra həmin qərarların qanuni qüvvəsini alması gözlənilmiş və bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işdə yol verdiyi kobud pozuntularla bağlı xitam verilmiş və bu barədə qanunvericiliyə uyğun olaraq ona məlumat verilmişdir. Əlavə olaraq qeyd edir ki, iddiaçının himayəsində 1-ci qrup əlil valideynin olması barədə məlumatları olmuş və buna uyğun olaraq iddiaçının natamam iş rejimində çalışmasına şərait yaradılmışdır. Qeyd etdiyi hallara əsasən tərəflərdən bütün hüquqi prosedurlar tam olaraq həyata keçirilmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

6. Cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək və iddiiya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın Laboratoriya bölməsınin həkimmütəxəssisi (biokimyəvi üzrə) İddiaçı Qadır qızı iş vaxtı ərzində işdə olmamışdır. Bununla bağlı daxili araşdırma aparılıb və məlum olmuşdur ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın Laboratorıya bölməsinin həkim-mütəxəssisi İddiaçı Qadır qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibatı xəta haqqında iş üzrə başlanılmış icraat aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət olduqdan sonra, məlum olmuşdur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Qadır qızı Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli şəxs kimi bilindi və ona 3 ay müddətinə inzibati həbs tətbiq edildi.Eyni zamanda bildirilir ki, İddiaçı Qadır qızı appellyasıya şikayəti vermişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq həkim-mütəxəssis biokimyəvi üzrə İddiaçı işdən kənar edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasıya Məhkəməsinin qərarı ilə İddiaçı şikayəti qismən təmin edilib və ona təyin edilmiş 3 ay müddətə inzibati həbs növündə inzibati tənben 2 ay müddətə endirilmişdir. Hər iki qərarlar xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikaya daxil olunmuşdur. Nəsimi rayon Məhkəməsinin qərarı ilə tanış olakən məlum olmuşdur ki, İddiaçı Qadır qızı tərəfindən iş vaxtı ərzində bilavasitə is yerində inzibati xətalara yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi tam sübuta yetirilir və buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xətanın törədilməsi ilə bağlı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsini, ozunün əmək funksiyasını və onunla bağlanmış əmək müqaviləsi üzrə öndəliklərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərini yerinə yetirmək məqsədi ilə işəgötürən, İddiaçı Qadır qız ilə bağlı Həmkarlar İttifaqının Komitəsinin sədrinə müraciət edib və məlum olmuşdur ki, İddiaçı öz arzusu ilə Həmkarlar İttifaqı Komitəsindən çıxmışdır və komitənin üzvü deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddənin 4-cü hissəsini, 186-cı maddənin 1 və 2-ci maddəsini rənbər tutaraq, gələcəkdə belə neqativ halların qarşısını almaq məqsədi ilə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın Laboratoriya bölməsinin həkim-mütəxəssisi (Biokimyəvi üzrə) İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərim yerinə yetirmək məqsədi ilə İddiaçı məxsus əmək kitabçası və əmrin surəti xx.xx.2022-ci il tarixdə onun ünvanına göndərilmişdir. Eyni zamanda həmin sənədlər poçtalyon xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı binanın komendantına təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-7435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin 183 saylı, xx.xx.2015-ci il tarixli əmri İddiaçı aidə hissədə ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi) vəzifəsinə işə bərpa edilmiş, İddiaçı xx.xx.2015-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmiş, iddia müddəti qalan hissədə təmin edilməmişdir.

9. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2797/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiyya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3617/2916 saylı, xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının nümayəndəsi Quliyeva Elnarə Tahir qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. İş materiallarında olan Fəxri Fərmanların surətlərindən görünüri ki, Laboratoriya bölməsinin həkim-mütəxəssisi İddiaçı xx.xx.2014-cü il tarixdə, xx.xx.2015-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə müalicə diaqnostika işindəki nailiyətlərinə, yaralı və xəstələrə qayğıkeş, nöqsansız əməllərinə görə, həmçinin vəzifə borclarının öhdəsindən layiqincə gəldiyinə görə Fəxri Fərmanlarla tərtif olunmuşdur.

12. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi İddiaçı qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material üzrə araşdırma aparılmışdır. Daxil olmuş materialdan görünür ki, İddiaçı tərəfindən Müdafiə Nazirliyinin təlim kurslarında iştirak etmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin Nazirliyin Mərkəzi Hərbi Poliklinikasında müayinələrdən keçmiş hərbi qulluqçu və mülki şəxslərdən qan nümunələrinin biokimyəvi göstəricilərinin cavablarının müsbət yazılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti tələb edilərək alınmışdır. Aparılmış araşdırma zamanı alınmış izahatlar və digər mötəbər sübutlarla İddiaçı Mərkəzi Hərbi Poliklinikadan müayinələrdən keçmiş hərbi qulluqçu və mülki şəxslərə guya qanda şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində hər bir şəxsdən 15 manatdan 50 manatadək məbləğdə pul vəsaitlərini aldatma yolu ilə tələb edərək alması təsdiq edilmişdir. Lakin göstərilən aldatma yolu ilə alınmış məbləğlərin miqdarının cinayət məsuliyyətinə cəlb etmə həddindən az olması səbəbindən İddiaçı əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi yaranmır. Belə ki, cinayət qanunvericiliyinə əsasən aldatma yolu ilə özgənin əmlaknı ələ keçirmə cinayəti üzrə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bundan başqa, dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli cinayət məsuliyyətinə səbəb olmadıqda Azəröaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati xəta hesab edilir. Göstərələnlərə əsasən 02/2-98c-22 nömrəli topalnmış material üzrə əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qərar barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə məlumat verilmiş, İddiaçı əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan material hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinə göndərilmişdir.

13. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)- 1624/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və ona 03 ay müddətində inzibati həbs tətbiq edilmiş, inzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 17.50-dən hesablanmışdır.

14. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1164/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin İddiaçı AR İXM-nin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmiş, İddiaçı təyin edilmiş 03 ay müddətə inzibati həbs növündə inzibati tənbeh 02 ay müddətə endirilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhəri şöbəsi tərəfindən verilmiş 131197 nömrəli vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2004-cü il tarixdən ömürlük 1-ci qrup əlildir.

16. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanda, himayəsində olan anası X3 ilə birlikdə yaşayır.

17. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Gərargah rəisi Kərim Vəliyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi İddiaçı qanunsuz hərəkətləri barədə toplanmış material əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı İddiaçı Mərkəzi Hərbi Poliklinikada müayinələrdən keçmiş hərbi qulluqçu və mülki şəxslərə guya qanda şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitlərini tələb edərək alması müəyyən edilmişdir. Araşdırma nəticəsində İddiaçı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati xətasının tərkib əlamətləri aşkar edilmiş və bu səbəbdən toplanmış material hüquqi qiymət verilməsindən ötrü Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinə təqdim edilmişdir. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq oxşar qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi və bu barədə bir aydan gec olmayaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsinə dair müvafiq göstəriş verilməsi xahiş olunur.

18. İş materiallarında olan Mərkəzi Hərbi Poliklinikasının rəisinə İdarə komandanlığın hüquq məsləhətçisi X7 tərəfindən yazılmış laboratoriya bölməsinin həkimmütəxəssisi (biokimyəvi üzrə) İddiaçı işdə olmamasının səbəbləri barədə araşdırma haqqında xx.xx.2022-ci il tarixli arayış-məruzənin surətindən görünür ki, Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) İddiaçı Qədir qızının iş vaxtı ərzində işdə olmamasının səbəbləri barədə araşdırma aparmışdır. Həmin gün tibb xidməti mayoru H.V.Hüseynovla söhbət zamanı məlum oldu ki, onunla Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən əlaqə saxlanılmış və Mərkəzi Hərbi Poliklinikanın laboratoriya bölməsinin həkim-mütəxəssisii İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə başlanılmış icraat aidiyyatı üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdən İddiaçı barəsində 3 ay müddətində inzibati həbs növündə tənbeh seçilməsi barədə qərar qəbul edilmişdir. Laboratoriya bölməsinin rəisi tibb xidməti mayoru X8 və tərəflərindən İddiaçı daimi istifadəsində olan mobil telefona zəng olunsa da, mobil nömrəsinə zəng çatmadığı üçün onunla əlaqə yaratmaq mümkün olmadı. Bununla əlaqədar Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və İddiaçı barəsində seçilmiş qərarın surətini Mərkəzi Hərbi Poliklinikaya təqdim edtlməsini xahiş etmişdir. Hakim köməkçisi ona bildirdi ki, İddiaçı tərəfindən Apellyasiya instansiya Məhkəməsinə şikayət olmayacağı təqdirdə onun barəsində qəbul edilmiş qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini alacaqdır. Odur ki, Mərkəzi Hərbi Poliklinikanın Laboratoriya bölməsinin həkim-mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62,70,72-ci maddələrinə əsasən işdən kənar edilməsi zərurəti yarandığından onun barəsində qəbul edilmiş qərar qanuni qüvvəsini aldıqdan sonra işdən kənar edilməsi məqsədəmüvafiqdir.

19. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2022-ci il tarixli, 86 nömrəli əmrindən çıxarışından görünür ki, Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) İddiaçı Azərbaycan Respubliasının Əmək Məcəlləsinin 62-ci maddəsinin «c» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən işdən kənar edilmişdir. Əsas: hüquq məsləhətçisi R.C.Lətifovun xx.xx.2022-ci il tarixli ərizəsi.

20. İş materiallarında olan Mərkəzi Hərbi Poliklinikasının rəisinə İdarə komandanlığın hüquq məsləhətçisi X7 tərəfindən yazılmış laboratoriya bölməsinin həkimmütəxəssisi (biokimyəvi üzrə) İddiaçı işdə olmamasının səbəbləri barədə araşdırma haqqında xx.xx.2022-ci il tarixli arayış-məruzənin surətindən görünür ki, Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) İddiaçı barədə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul olmuşdur. Həmin qərara əsasən inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, iş materiallarının araşdırıb və kassasiya şikayəti qismən təmin edilməli qərar qəbul olunmuşdur. Bununla bağlı İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən tətbiq edilmiş 3 ay müddətinə inzibati həbs 02 ay müddətinə endirilmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş qərar qətidir, qərardan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz. Yuxarıda göstərilənləri və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olmuş qərarı MN Mərkəzi Hərbi Poliklinikaya xx.xx.2022-ci il tarixdə daxil olmasını nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsini nəzərə alaraq İddiaçı işdən çıxması ilə əlaqədar olaraq Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırmaq və bundan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndini rəhbər turaraq Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) İddiaçı ilə bağlanmış müqavilənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi məqsədə müvafiqdir.

21. İş materiallarında olan kadrlar üzrə mütəxəssis Azər Sarıvəliyev tərəfindən Mərkəzi Hərbi poliklinikasının Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Laboratoriya bölməsində həkimmütəxəssis (biokimyəvi üzrə) İddiaçı barədə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul olmuşdur. Həmin qərara əsasən inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, iş materiallarının araşdırılıb və kassasiya şikayəti qismən təmin edilməli qərar qəbul olunmuşdur. Bununla bağlı İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən tətbiq edilmiş 3 ay müddətinə inzibati həbs 2 ay müddətinə endirilmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş qərar qətidir, qərardan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz. Bununla əlaqədar İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndində göstərilən halları nəzərə almaqla Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsini rəhbər tutaraq M.Q.Məmmədovanın əmək müqaviləsinə xitam verilməsi barədə münasibət bildirməsini xahiş etmişdir.

22. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının ilk HİK-nin 32 saylı, xx.xx.2022-ci il tarixli protokolundan çıxarışına əsasən MN Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim- mütəxəssisi (biokimyəvi üzrə) İddiaçı xx.xx.2017-ci il tarixdə HİK-nə ərizə ilə müraciət edərək, MN MHP-ın Həmkarlar İttifaqı Komitəsinin üzvlüyündən çıxmaqn istəyini bildirmişdir. Müraciət ərizəsinə baxılaraq, komitə üzvləri arasında müzakirə olunduqdan sonra, İddiaçı MN MHP-ın HİK-si üzvlüyündən xaric edilmişdir. Həmən zaman, HİK-si üzvü olduğu müddət ərzində əmək hqqından tutulan üzvlük haqqları, özünün tələbinə əsasən İddiaçıəmək haqqı artına geri qaytarılmışdır.

23. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmrindən çıxarışına əsasən İddiaçı Laboratoriya bölməsində həkim-mütəxəssis (biokimyəvi üzrə), Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndində (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən, xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilməsi, İddiaçı Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əvvəlcədən istifadə etmədiyi (xx.xx.2022-xx.xx.2022-ci iş ili üçün) əsas məzuniyyətə görə 30 güqvim günü üçün pul əvəzinin və son haqq-hesabının ödənilməsi əmr edilmişdir. Əsas: tibb xidməti mayoru H.V.Hüseynovun xx.xx.2022-ci il tarixli 1358 nömrəli raportu, Hüquq məsləhətçisi R.C.Lətifovun xx.xx.2022-ci il tarixli, 1404 nömrəli və xx.xx.2022-ci il tarixli 1438 nömrəli arayış-məruzəsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 3(006)-1624/2022 qərarı və Bakı Apellyasiya Məhkəməsintin xx.xx.2022-ci il tarixli iş № 3(103)-1164/2022 qərarı.

24. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Asəf Məmmədov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndinə (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək funksiyasını üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və ona məxsus olan əmək kitabçasını ünvanına göndərir.

25. İş materiallarında olan poçtalyon Şamilli Şamil tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli D**********00629 nömrəli çatdırma vərəqəsinin surətindən görünür ki, ünvançı Məmmədova»ya ünvanlanmış SS770491875AZ göndəriş nömrəsi məktubu xx.xx.2022-ci il tarixdə «Nəbiyev» soyadlı şəxs almışdır.

26. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Asəf Məmmədov tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi (biokimya üzrə) İddiaçı barəsində Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının inzibati tənbeh tətbiq edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.

27. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Asəf Məmmədov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus olan əmək kitabçası və işdən azad olması barədə əmrindən çıxarışı xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə onun ünvanına göndərilmişdir.

28. İş materiallarında olan ünvan 2ndən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklifdə təsvir edildiyi kimi, yəni əmrin ləğvi, məcburi işburaxma üçün pul tələbi, işə bərpa və əmək kitabçasının bərpası tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci ildə 17.40 saatında keçirilməsi nəzərə tutulan ilkin mediasiya sessiyasında AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının nümayəndəsi iştirak etməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

29. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında Laboratoriya bölməsinə həkim-mütəxəssis (biokimyəvi üzrə) vəzifəsində işləmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və ona 03 ay müddətinə inzibati həbs tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı təyin edilmiş 03 ay müddətə inzibati həbs növündə inzibati tənbeh 02 ay müddətə endirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2022-ci il tarixli 94 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndində (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Çünki, onun öhdəsində orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan anası vardır. Bu səbəbdən iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmrinin ləğv edilərək öz əvvəlki işinə inzibati həbsdən sonra məcburi işbüraxma dövrü üçün əmək haqqı ödənilməklə işə bərpa olunmasını və əmək kitabçasının bərpa olunmasını xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

30. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.

31. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).

32. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərar).

33. Məhkəmələrdə müraciətlərə (şikayətlərə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır.

35. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.

36. Beləliklə, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin bibaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir.

37. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2022-ci il tarixli 94 saylı əmri ilə iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndində (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən Laboratoriya bölməsində həkim-mütəxəssis (biokimyəvi üzrə) vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

38. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.

39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

40. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

41. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

42. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

43. Göstərilən Məcəllənin 79-cu maddəsinin 2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

44. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən ailə üzvləri -ər-arvad, valideynlər və uşaqlar hesab edilirlər

45. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin «Qeyd» hissəsinə əsasən bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülür.

46. Məhkəmə qeyd edir ki, iddiaçının himayəsində 1-ci dərəcə əlil olan anası vardır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin arayışı və qanuni qüvvəsini almış Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 1-ci qrup əlil olan X1 iddiaçının anası və ailə üzvü olması, iddiaçı ilə birlikdə yaşaması və iddiaçının öhdəsində olması faktı öz təsdiqini tapmışdır.

47. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının «Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 «ç», 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair» xx.xx.2016-cı il tarixli qərardadına əsasən isə həmçinin müəyyən edilmişdir ki, qeyd olunan norma konkret müəyyən edilmiş (Əmək Məcəlləsi 79), genişləndirilməsi mümkün olmadığından icraata qəbuldan imtina edilmişdir.

48. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.

49. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cu maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71,76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əmək etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

50. Məhkəmə iddiaçının inzibati həbsdən sonra məcburi işburaxmaya dövrü üçün əmək haqqını hesablanıb ödənilməsi tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir.

51. Məhkəmə iddia tələbinin əmək kitabçasının bərpa olunması tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir.

52. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»nın xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir.

54. Məhkəmə qeyd edir ki, hazır ki mülki işin materiallardan görünür ki, cavabdeh tərəf işçinin əmək kitabçasını onun razılığı olmadan ( həbsdə olduğunu bilə-bilə özü ilə həbsdən çıxdıqdan sonra əlaqə yaratmadan) ünvana göndərmiş, bu səbəbdən əmək kitabçasının kim tərəfindən alınması (verilməsi) müəyyən edilməmişdir.

55. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əmək kitabçasının bərpa olunması hissəsində əsaslıdır və təmin edilməlidir.

56. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı məxsus əmək kitabçası bərpa edilərək (geri qaytarılması mümkün olmadıqda) İddiaçı qaytarılmalıdır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

59. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı məxsus əmək kitabçası bərpa edilərək (işə götürən tərəfindən geri qaytarılması mümkün olmadıqda) İddiaçı qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar