Məhkəmə qərarları › İş №2(006)-476/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-476/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-476/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzili xx xxxxxx 2018-ci il tarixli, seriya RX № ******* saylı çıxarışla mülkiyyətinə rəsmiləşdirmişdir. Həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Dövlət reyestrindən verilmiş Çıxarışına əsasən ona məxsusdur və həmin evin mülkiyyətçisidir. Cavabdeh onun keçmiş gəlini, oğlunun həyat yoldaşı olub. X1 ilə evləndikdən sonra onun mənzilinə qeydiyyata düşmüşdür. Lakin xx xxxxxxxx 2019-cu il tarixində 3 saylı Bakı “ASAN xidmət” mərkəzində oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh həmin vaxtdan onun mənzilini tərk etmişdir. Ona görə də, hal-hazırda cavabdehin harada yaşaması haqqında məlumatı yoxdur. Artıq xeyli müddət keçsə də, cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmaqda davam edir. Cavabdehin qeydiyyatda qalması, onun adına gələn poçt, su, zibil, kanalizasiya pulu və s. ödənişlərinin onun tərəfindən edilməsi ona, əmlakın mülkiyyətçisi olaraq maneçilik törədir, hüquqlarını pozur. Belə ki, onun yerinə adambaşına hesablanan komunal xərcləri ödəməli olur və poçt göndərişləri isə onun ünvanına gəlir ki, bu da onu narahat edir. Hazırda onunla əlaqəsi yoxdur. Hesab edir ki, cavabdeh artıq xeyli müddətdir ki, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnu itirmişdir. Artıq onun qeydiyyatı formal xarakter daşıyır. Hal-hazırda cavabdehin harada yaşaması barədə heç bir məlumatı yoxdur və onun mülkiyyətində olan mənzildə bu günə qədər formal olaraq istifadə hüququnun qalması onun mülkiyyətçi kimi mənzil üzərində mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 37, M8, m2 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətindədir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, AZ-İ № 337202 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 160 № ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 37, M8, m2 ünvanında Cavabdeh qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı X2 mülkiyyətində olan mənzilə Cavabdeh istifadə hüququ olmamışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, şəxsin mənzildən istifadə hüququ yaranmamışdır onun itirilmiş hesab edilməsinə də, münasibət bildirilə bilməz, yəni olmayan hüququn itirilmiş hesab edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddiaçı müvafiq tələbi ilə bağlı inzibati orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı X2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar