Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4770/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx.xx.2020ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqı və əvvəlki aylara nisbətlə dəyən bonus zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müddətli əmək müqaviləsi əsasında Cavabdeh ASC-nin Yevlax rayon filialının Satış üzrə mütəxəssis vəzifəsində çalışmışdır. xx.xx.2020 tarixində əmək müqaviləmə Cavabdeh ASC-nin İdarə Heyətinin sədri Allahverdiyev Rövşən Şamil oğlu tərəfindən Əmək, Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşəgötürən tərəfindən əmək hüquqları aşağıda qeyd edilənlərə əsasən pozulmuşdur. Belə ki, əmək məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Ancaq işəgötürən onunla Əmək məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq müddətli müqavilə bağlamışdır. Azərbaycan Respublikasının Banklar haqqında qanunun 1-ci maddəsindəki 1.0.1 Bank və 1.0.8 Bank lisenziyası bəndlərdəki əsas anlayışlardan göründüyü kimi bankın əsas fəaliyyəti depozit, kredit əməliyyatları üzərindən formalaşır. Cavabdehda Satış bölməsinin əmək funksiyaları da bu əməliyyatları əhatə etdiyindən işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Hüquq adət-ənənələrindən məlum olduğu kimi işə qəbul zamanı işəgötürən və işçi arasında hüquq bərabərliyi olmur. Bunu öz üzərindən də onunla izah edir ki, magistratura təhsilinin, bundan əvvəl 3 il bank sektorunda stajının olması və son iş yerində rəhbər vəzifədə olmağınabaxmayaraq bankda ən aşağı vəzifə olan “kiçik mütəxəssis” vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsində də əmək müqavilələrinə işçilərin hüquqları qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsinin, yolverilməz olduğu göstərilmişdir, ancaq, işəgötürən öz xeyrinə daimi xarakterli işə görə müddətli müqavilə bağlamışdır və bankda hüquqlarını məhdudlaşdıran bu haldan sui-istifadə edib səbəbsiz işdən uzaqlaşdırmışdır.Əmək müqaviləsinin xitamı zaman və iş fəaliyyəti zamanı bir neçə fərqli yöndə hüquqlarıpozulmuşdur. Belə ki, Nazirlər Kabinetinin pandemiya ilə əlaqədar işçilərin 50%nin işə çıxarılmasıyla bağlı qərarına görə karantin dövründə “Bank” işçiləri 2 həftəlik növbəlilik rejimiylə yarı-yarı işə dəvət edirdi. xx.xx.2020-xx.xx.2020 tarixlərində məzuniyyətdə olduğu üçün xx.xx.2020 tarixindən növbəliliyə uyğun olaraq işdə olmalı idi. Lakin ayrı-seçkilik edilərək və səbəb bildirilməyərək işə çıxmağı təmin edilməmişdir, banka bununla bağlı dəfələrlə şifahi və yazılı müraciətinə baxmayaraq, ağlabatan cavab verməmişdir. Daha əvvəlki 2 həftə işə dəvət olunmuş digər iki əməkdaş onun əvəzinə növbəti həftə də işə dəvət edilmişdir, bu ayrı-seçiliyin niyə və hansı kriteriyalara görə edildiyi müraciətlərində cavabsız qoyulmuşdur. Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı əsas gətirdikləri halda xx.xx.2020 tarixində işçilərin 80%-i işə çıxarılmışdır. Deməli, işə dəvət edilməməyi pandemiya ilə əlaqədar deyildir. Əlaqədar olsa belə digər işçilərə yanaşıldığı kimi o də öz növbəsində işə çıxarılmalı idi. Azərbaycan Respublikasının Konstitusiyası 25-ci maddəsinin 3-cü bəndində hər kəsin bərabərliyinə təminat verir. Əmək Məcəlləsi 16-cı maddəsinin 1-ci bəndində əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməsi və hüquqların məhdudlaşdtnlmasmı qadağan edir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “f” bəndində işəgötürənin işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq, “g” bəndində isə eyni işİə məşğul olan işçilərə eyni şəraiti yaratmaq, ayrı-seçkiliyin qarşısmı almaq vəzifələri və məsuliyyəti nəzərdə tutulur. İşəgötürən ona qarşı bu vəzifə və məsuliyyətlərində pozuntu edərək, eyni işlə məşğul olduqları halda işçilərlə münasibətdə ona qarşı ayrı-seçkilik etmişdir. İşəgötürənin ayrı-seçkilik edərək işə dəvət etməməsinə baxmayaraq xx.xx.2020 tarixində əmək funksiyalarımı yerinə yetirmək üçün banka getmişdir. İşə tez getdiyi üçün 1.5 saat komputerindən istifadə edərək işdə olmadığı vaxtda olan yeniliklərlə tanış olmaq və rəhbərliyə yenidən müraciət etmək üçün iş komputerindən istifadə etmişdir. Daha sonra saat 10 radələrində filial müdiri işə gəldiyi zaman işə gəlməyinin və komputerdən istifadə etməyinin qanunsuz olduğunu bildirərək əmək funksiyalarını yerinə yetirməyinə mane olmuş və biraz sonra komputeri filial müdiri və ya bankın baş ofisi tərəfindən blok edilmişdir. Bundan soma öz şəxsi e-maili vasitəsilə İdarə heyəti sədri və bir neçə departament rəhbərinə komputerinin niyə bloklanmasıyla və digər məsələlərlə bağlı müraciət ünvanlamışdır. Bu müraciətinə əsasən İnsan Resursları departametinin direktoru Məmmədova Fərqanə xanım tərəfindən növbəti gün ona cavab verilmişdir. Cavabda deyilirdi ki, məzuniyyətdə olanlarla bağlı “daxili qaydalara” əsasən hər kəsə komputerin blok edilməsi qaydası tətbiq edilir. O, xx.xx.2020 tarixində rəsmən məzuniyyətdə olmağına, xx.xx.2020 tarixində məzuniyyətdən sonrakı ilk iş günü olmasına baxmayaraq komputerindən istifadə edərək maillər yazmış və bu hallar rəhbərliklə olan yazışmalarda öz əksini tapır. Bu tarixlərdə deyilən “qayda” tətbiq edilməmişdi. Belə bir qayda olmuş olsa belə xx.xx.2020 tarixindən rəsmi işdə olduğuna görə bu qayda ona tətbiq edilə bilməzdi. İşəgötürən Əmək məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinin tələbi olan işçilərin əmək funkiyalarının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin vaxtmda verilməsinə dair öhdəliyini pozaraq iş komputerindən istifadəyə imkan verməmiş və bankdan kənarlaşdırılmışdır. İşçinin işdən kənarlaşdırılması bu məcəllənin 62-ci maddəsi ilə tənzimləndiyi halda, buna uyğun olmayan səbəblərdən işəgötürənin və ya filial müdirinin qərəzli münasibətinə görə əsassız olaraq işdən kənar edilmişdir.X1 direktoru maillə yazışmalarında əqidəsinə və dəyərlərinə uyğun iş tapmağını tövsiyyə edir. Konstitusiyanın 25-ci maddəsinin 3-cü hissəsindədövlətin əqidəsinə görə hər kəsin hüquqlarının bərabərliyinə təminat verməsi və əqidəyə görə hüquqların məhdudlaşdırılmasının qadağan edilməsi deyilir. Eyni maddənin 4-cü hissəsində isə 3-cü hissədə göstərilən əsaslara görə kiməsə zərər vurma qadağan edilir. 71-ci maddənin 4-cü hissəsində deyilir: Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. Ancaq yuxarıda sadalananlardan da göründüyü kimi əmək müqaviləmə xitam verilməsi hansısa əmək funksiyalarına bağlı deyildir. Sırf ayrı-seçkilik və qərəzlilikdən bu addım atılmışdır. Əqidəsinin icra etdiyi işlə hansı ziddiyyətlər təşkil etdiyi sualına cavab verilməmişdir.İşəgötürənə xx.xx.2020 tarixində ünvanladığı müraciətdəki: Cavabdehda onun vəzifəsinə uyğun hansı əmək funksiyaları yerinə yetirilir ki, əqidə fərqi qoyulur və əqidəsinə uyğun iş tapmağı tövsiyyə olunur? İşçilər növbəliliklə işə dəvət edildiyi halda o, xx.xx.2020-xx.xx.2020 tarixlərində nəyə əsasən işə dəvət edilməmiş, hansı əsaslarla ayrı-seçkilik edilmişdir?Bu tarixlərdə komputeri hansı əsasla blok edilmişdir? tipli sualları cavabsız buraxılmışdır. Beləliklə, ona qarşı Əmək Məcəlləsinin daha bir-12-ci maddəsinin 1-ci hissəsinin “e” bəndinin işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq tələbi pozulmuş hələ də cavab verilməmişdir. İşəgötürənin vəzifəli şəxsininyazışmalarda müqaviləmin xitamına əsas kimi göstərdiyi məhsulların satışı əmək müqaviləsi və vəzifə təlimatıyla konkret tənzimlənmədiyinə görə bu tələb əsassızdır. Əmək məcəlləsinin 57-ci maddəsinin l-ci hissəsinin tələbinə görə işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Yazışmalarda göstərilən məhsulların satış sayı və vəzifə təlimatında İdarə heyətinin qəbul etdiyi hədəf və tələblərin icra edilməsi bəndi birmənalı olaraq qeyridəqiqdir. Bu tələblər Əmək Məcəlləsi ilə ziddiyyət təşkil etdiyinə görə də əsassızdır. Əsaslı olsa belə, qoyulan satış planları həmişə filial üçün təyin edilib, işçilərə qarşı belə tələb olmamışdır. İşçilərə isə yalnız müəyyən hədəflərə çatdıqda bonus tətbiqi nəzərdə tutulmuşdur.X2 yazışmalarda əmək müqaviləsinə xitam verilməsi səbəbini satışda effektivsizlik və qeyri-motivasiyasına bağlayır. Əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığı, işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə rəy səlahiyyətli orqan tərəfindən müvafiq qərarla verilə bilər. Belə bir qərann olmadığı, işlədiyi dövrdə isə haqqında heç bir halda intizam tənbehi olmadığı üçün, rəhbərliyin hansı kriteriyalarla bu qənaətə gəlməsi mübahisəlidir. Rəhbərliyin bu yanaşması isə bir daha müqaviləsinə xitam verilməsinin səbəbinin müqavilə müddətinin bitməsi ilə əlaqədar olmadığı və ona bu cür yanaşmanın qərəzliliyini göstərir. Bundan başqa Fərqanə xanım yaxın zamanda yerinə vakansiya elan ediləcəyi və filialın işçi ilə təmin ediləcəyini bildirir. Bu isə onu göstərir ki, müqaviləyə xitam verilməsi filialda işçi ixtisarına əsaslanmır, sadəcə ona qarşı bir fəaliyyətdir. Ona müqavilənin xitamıyla bağlı bildiriş verildiyi halda eyni zamanda filialın digər işçisinə müqavilənin vaxtından əvvəl, 5 il tamam olmadan müddətsiz edilməsi ilə bağlı bildiriş verilmişdir. Onunla əmək müqaviləsi ilkin olaraq 1 illik bağlandığı halda xx.xx.2020 tarixində əmək müqavilənin müddəti 3 aya endirilmişdir. Əmək şəraitində və işin xarakterində dəyişiklik edilmədiyi halda müqavilə müddəti qısaldılmış və bu halda da işəgötürən ona qarşı öz hüquqlarından sui-istifadə etmişdir. Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında Ali Məhkəməsinin Plenumun 1993-cü il 23 dekabr tarixli 5 nömrəli qərarının 32-ci bəndində əməyin təşkilində edilmiş dəyişikliklərlə əlaqədar olaraqedilən dəyişikliklər barəsində işçiyə azı iki ay əvvəldən məlumat verilməli olduğu şərh edilir. Əgər mübahisəyə baxılarkən, işçinin əmək şəraitində əhəmiyyətli dəyişikliklərin müdiriyyət tərəfindən müəssisədə, idarədə, təşkilatda istehsalın və əməyin təşkilində dəyişikliklərlə əlaqədar edilmədiyi müəyyən olunarsa, onda məhkəmə konkret halları nəzərə alıb belə dəyişikliyi qanunsuz sayaraq, müdiriyyətə əvvəlki iş şəraitini bərpa etmək vəzifəsini tapşıra bilər.Müqavilə müddəti azaldıldıqda isə ona əvvəlcədən belə bir xəbərdarlıq edilməmişdir. Müqavilə müddəti qısaldıldıqda isə işəgötürənin ondan üstün hüquqlu olması amilinə və müqaviləni yeniləməmək hüququnu özündə saxladığı səbəbindən etiraz etmək kimi bir imkanı olmamışdır. Bank isə əvvəlcədən xəbərdarlıq etmədiyi üçün etiraz şansını əlindən almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıdakı məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə Bank arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 1 il müddətinə bağlanmışdır.Həmin müqavilə əsasında Bankın xx.xx.2018-ci il tarixli, 09f-k nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən əmək müqaviləsi üzrə Bankın Yevlax rayon filialının Satış bölməsinə kiçik mütəxəssis vəzifəsinə təyin edilmişdir.Daha sonra iddiaçı ilə Bank arasında xx.xx.2019-cu il tarixdə xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə 3 nömrəli Əlavə bağlanmış, həmin Əlavənin 1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndi ilə müəyyən edilən müddət tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2020-ci il tarixinədək uzadılmışdır.Bankın xx.xx.2020-ci il tarixli 161 f-k nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixində bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.İddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 45.4-cü maddəsinə istinad edərək onunla bağlanılmış əmək müqaviləsinin müddətsiz olmalı olduğunu qeyd edir. Əmək Məcəlləsinin həmin maddəsində bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olunur. Yuxarıda qeyd olunduğu kimi tərəflə bağlanmış əmək müqaviləsində məhz Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunmuşdur.Həmçinin iddiaçı iddia ərizəsində onun işdən kənarlaşdırıldığını, bu halın Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimləndiyi halda, həmin maddədə qeyd olunmayan səbəblərləedildiyini bildirir. Məlum olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması qərara alınmışdır. Bu baxımdan iddiaçının işə gəlməməsi tövsiyə olunmuşdur. Həmçinin bu halda da ona faktiki işləmədiyi günlərin əmək haqqı da hesablanaraq verilmişdir. Bununla da iddiaçının hər hansı əmək hüququ pozulmamış, əksinə onun və digər işçilərin, həmçinin müştərilərin sağlamlığının qorunması məqsədilə müəyyən olunmuş karantin rejimi qaydalarının tələblərinə riayət olunmuşdur.Həmçinin iddiaçı iddia ərizəsində onun əqidəsinə görə qərəzli yanaşıldığını, həm bu səbəbdən, həm də bank məhsulları satışını həyata keçirməməsi səbəbilə əmək fəaliyyətinə xitam verildiyini bildirir. Lakin təqdimolunmuş sənədlərdən də göründüyü kimi iddiaçının əmək fəaliyyətinə hər hansı digər əsasla deyil, yalnız tərəflər arasında müqavilə ilə müəyyən olunmuş müddət bitdiyi üçün xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ASC tərəfindən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək işə qəbul edilərək onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli 3 №-li əlavənin surətindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 4 №-li əlavənin surətindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunanCavabdeh ASC-nin xx xxxx 2020-ci il tarixli 161 f-k saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, Bankın Yevlax rayon filialının satış bölməsinin mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqaviləsinin müddəti xx xxxx 2020-ci il tarixdə bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 00575715 saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2020-ci il tarixli, 161 f-k №-li əmrə əsasən, xx xxxx 2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən müqavilə müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı onunla bağlanan əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə başa çatdığı və xx.xx.2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı Cavabdeh ASC tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh ASC tərəfindən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək (bir il müddətinə) Bankın Yevlax rayon filialının satış bölməsinin mütəxəssisi vəzifəsinə qəbul edilərək onunla müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2019-cu il tarixli 3 №-li əlavəyə əsasən xx xxxxxx 2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixli 4 №-li əlavəyə əsasən xx xxxxx 2020-ci il tarixinədək və həmin müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (3 aya) - xx xxxx 2020-ci il tarixədək uzadılmış, nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə xx xxxx 2020-ci il tarixli əmrlə xx xxxx 2020-ci il tarixdən ləğv edilmişdir. Əmrin surəti xx xxxx 2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış, işəgötürən əmək müqaviləsinin müddəti başa çatdığından əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı işçini xəbərdar etmiş, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-4770/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4770/2020
09.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver