Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4799/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4 MR, M.Cəlal küçəsində yerləşən 20 saylı evin 20 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olmuşdur. X5 23.03.2019-cu il tarixdə vəfat etmiş, onun sağ qalan birinci növbəli 2 vərəsəsi var. Həmin vərəsələrdən iddiaçı miras əmlakın ¾ hissəsini qəbul edərək ona 24.09.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, ¼ hissəsi isə digər vərəsə Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilmiş, lakin həmin miras payı vərəsə tərəfindən rəsmiləşdirilmədiyindən açıq qalmışdır. Hazırda isə miras əmlakın ¾ hissəsi paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. X3 məxsus açıq qalan ¼ hissədən isə faktiki olaraq Cavabdeh istifadə edir. Belə ki, bu fakt Nəsimi rayon İcra Hakimiyyətinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsinin 30.09.2019-cu il tarixli arayışı ilə təsdiq olunur. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqlarını həyata keçirməyə qərəzli maneələr yaradır. Belə ki, iddiaçı nə həmin evdə yaşaya bilir, nə də öz payına düşən payın pulunu ala bilir. Bu isə iddiaçının mülkiyyət hüququnun kobud surətdə pozulmasıdır. İddiaçının Bakı şəhərində yaşamağa yeri olmadığı üçün müxtəlif yerlərdə kirayə qalmağa məcbur olur. Bu isə onun maddi vəziyyətini daha da çətinləşdirir. Buna görə də iddiaçı cavabdehə qarşı paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4 MR, M.Cəlal küçəsi, 20 saylı evin, 20 nömrəli mənzilinin naturada bölünməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(006)-649/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh mənzilin ¾ hissəsinin iddiaçıya məxsus olduğu bildirsə də, hər hansı bir formada razılaşma aparmır. Odur ki, Bakı şəhəri, Nəsimi rayonu, 4 MR, M.Cəlal küçəsində yerləşən 20 saylı evin 20 nömrəli mənzilin açıq hərracdan satılaraq, dəyərinin paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4 MR, M.Cəlal küçəsində yerləşən 20 saylı evin 20 nömrəli mənzilin açıq hərracdan satılaraq, dəyərinin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, məhkəmə prosesinin mübahisə predmeti olan mənzil barədə Nəsimi rayon Məhkəməsində onun və iddiaçının tələblərinə əsasən 2(006)-1170/2018 saylı (hakim Natəvan Tağıyeva), 2(006)-5731/2019 saylı (hakim Pərviz Hüseynov) və 2(006)-649/2020 saylı (hakim Rəşid Səmədov) mülki işlərə bğaxılmışdır. Həmn işlər üzrə məhkəmə qərarları mövcuddur. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsində qeyd olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq etirazını qəbul edərək qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 25.09.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, bina 20, mənzil 20-nin 3/4 hissəsi İddiaçı, açıq qalmış 1/4 hissəsi X2 mülkiyyətindədir. İş materiallarında olan iddiaçı Cavabdeh X3 qarşı mənzilin naturada ayrılması sahibliyinə və istifadəyə verilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş üzrə Nəsimi rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(006)-649/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı «vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia tələbinin təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia tələbinin təmin edilməməsi, məhkəmə xərcləri iddiaçılara aid edilməsi, "xxxx" MMC tərəfindən aparılmış hesabatın haqqı olan 300 manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh ünvanlanmış 16.11.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-649/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia tələbi təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. Mülki Məcəllənin 220.3 və 220.4-cü maddəsinin tələblərinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 20 saylı evin 20 saylı mnəzilin ¾ hissəsinə İddiaçı payı müəyyən edildiyindən həmin mənzilin hazırki real zabar qiymətinə uyğun olaraq ¾ hissədə məbləğin kompensasiya şəklində ödənilməsi xahiş olunur. Əks halda qanunvericilikdə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mirkrorayon, M.Cəlal küçəsi, 20 saylı evin 20 saylı mənzili açıq hərracdan satılması tələbi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. "xxxx" MMC-nin 18.10.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 20 saylı evin 20 saylı mənzilinin satış (likvid) qiyməti 47.000 manat, hazırki bazar qiyməti 52.000 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsində yerləşən 20 saylı evin 20 saylı mənzilin keçmiş mülkiyyətçisi X1 ikən ona məxsus olan bütün əmlakını övladı İddiaçı vəsiyyət etmişdir. 23.03.2019-cu il tarixdə X5 vəfat etmiş, onun vərəsələrindən İddiaçı miras əmlakın Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsində yerləşən 20 saylı evin 20 saylı mənzilin ¾ hissəsini qəbul edərək ona 24.09.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, ¼ hissəsi isə digər vərəsə Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilmiş, lakin miras payı vərəsə Cavabdeh tərəfindən rəsmiləşdirilmədiyindən açıq qalmışdır. Mübahisəli evin 3/4 hissəsi iddiaçının, açıq qalmış 1/4 hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14.09.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia tələbi təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o paylı mülkiyyətdə olan mübahisəli mənzilin naturada bölgüsünün aparılmasının qeyri-mümkün olmasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilməsini nəzərə alaraq evin açıq hərracdan satılmasını və əldə olunmuş pulun paylara mütənasib şəkildə bölünməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. AR Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə iddiaçının payına uyğun olaraq ona kompensasiya veirlməsi təklif edilsə də, sonuncu tərəfindən onun bu təklifinə hər hansı müsbət cavab verilməmişdir. AR Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 04.04.2014-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsində yerləşən 20 saylı evin 20 saylı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada ayrılması mümkün olmadığından və cavabdeh iddiaçının payına münasib olaraq müvafiq əvəz (kompensasiya) ödənilməsi təklif olunsa da, həmin təklifə hər hansı cavab verilmədiyindən, həmin evin açıq hərracdan satılması ilə bağlı tələb tam əsaslıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Mir Cəlal küçəsində yerləşən 20 saylı evin 20 saylı mənzili açıq hərracdan satılmalı, həmin mənzilin ilkin satış ( bazar) qiyməti 52.000 (əlli iki min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunmuş pul mülkiyyətçi X4 və Cavabdeh arasında paylarına uyğun bölüşdürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh tutulub "xxxx" MMC-nin VÖEN: **********, bank: "xxxx" ASC-nin Yasamal filialı, kod: 512565, VÖEN: ********** (bankın VÖENi), H/h: AZ30AZRT********************, M/h: AZ02NABZ********************, SWİFT: AZRT AZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Mir Cəlal küçəsində yerləşən 20 saylı evin 20 saylı mənzili açıq hərracdan satılsın, həmin mənzilin ilkin satış (bazar) qiyməti 52.000 (əlli iki min) manat məbləğində müəyyən edilsin və satışdan əldə olunmuş pul mülkiyyətçi X4 və Cavabdeh arasında paylarına uyğun bölüşdürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh tutulub "xxxx" MMC-nin VÖEN: **********, bank: "xxxx" ASC-nin Yasamal filialı, kod: 512565, VÖEN: ********** (bankın VÖENi), H/h: AZ30AZRT********************, M/h: AZ02NABZ********************, SWİFT: AZRT AZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov