Məhkəmə qərarları › İş №2(006)-480/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-480/2022

06.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-480/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45,2 kvadrat metr olan mənzilin mülkiyyətçisidir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12.08.2017-ci il tarixdə çıxarış verilmişdir. İddiaçının oğlu X3 27 noyabr 2017-ci il tarixli, 3997 N°-li akt qeydi ilə Cavabdeh ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra cavabdeh və iddiaçının oğlu həmin mənzildə yaşamışdırlar. Həmin nikahdan 15.11.2018-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Qeyd olunan nikah Abşeron Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(012)-1569/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehin dəfələrlə şifahi şəkildə xəbərdarlıq olunmasına baxmayaraq, o, iddiaçının mülkiyyətində olan mənzili tərk etmir. Cavabdeh iddiaçıya məxsus olan mənzildə qeydiyyata alınmamışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45,2 kvadrat metr olan mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1 ədəd “hoffman” markalı soyuducu, 1 ədəd “Hoffman” markalı paltaryuyan, 1 ədəd güzgülü paltar şkafı, 1 ədəd yataq dəsti, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd kamot, 1 ədəd servant, 1 ədəd çaynik, 4 ədəd balaca stəkan, 5 ədəd su stəkanı, 16 ədəd nəlbəki, 2 ədəd qəndqabı, 1 ədəd ikimərtəbəli qab, 1 ədəd külqabı, 1 ədəd ədviyyat qabı dəsti (cəmi 8 ədəd), 3 ədəd bulud (böyük boşqab), 5 ədəd salat qabı, 1 ədəd fincan, 20 ədəd dərin boşqab, 23 ədəd salat boşqabı, 2 ədəd kasa, 5 ədəd formalı boşqab, 12 ədəd kofe fincanı, 1 ədəd böyük vaza, 22 ədəd kofe fincanı nəlbəkisi, 1 su qabı, 6 ədəd rəngli stəkan, 2 ədəd ayaqlı mürəbbə qabı, 6 ədəd şərab qədəhi, 2 ədəd kanfet qabı, 1 ədəd böyük içki qabı və 4 ədəd stəkanı, 2 ədəd qızılı rəngli qədəh, 3 ədəd balaca qədəhcehiz əşyalarının iddiaçıya məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37 a, mənzil 121 İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1569/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X5 ilə Cavabdeh arasında 27 noyabr 2017-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 3997 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 15.11.2018-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması, 15.11.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26.01.2021-ci il tarixdən başlayaraq cavabdeh X1 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay 100 (bir yüz) manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının oğlu ilə cavabdeh birgə nikaha daxil olaraq ailə qurmuşlar və cavabdeh iddiaçıya məxsus mənzilə köçmüş, iddiaçının oğlu ilə cavabdeh arasında ailə münasibətləri pozulduqdan sonra cavabdeh həmin mənzili tərk etmişdir. Hazırda iddiaçı cavabdehə məxsus əşyaların ona məxsus mənzildən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Göründüyü kimi iddiaçının mənzilində olan əşyalar cavabdehin cehiz əşyaları olmaqla, ona məxsusdur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehə məxsus əşyaların iddiaçının evində qalması iddiaçının mülkiyyətçi kimi öz mənzilindən istifadə etməsində məhdudiyyətlər yaradır. Nəticədə bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus olan -1 ədəd “hoffman” markalı soyuducu, 1 ədəd “Hoffman” markalı paltaryuyan, 1 ədəd güzgülü paltar şkafı, 1 ədəd yataq dəsti, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd kamot, 1 ədəd servant, 1 ədəd çaynik, 4 ədəd balaca stəkan, 5 ədəd su stəkanı, 16 ədəd nəlbəki, 2 ədəd qəndqabı, 1 ədəd ikimərtəbəli qab, 1 ədəd külqabı, 1 ədəd ədviyyat qabı dəsti (cəmi 8 ədəd), 3 ədəd bulud (böyük boşqab), 5 ədəd salat qabı, 1 ədəd fincan, 20 ədəd dərin boşqab, 23 ədəd salat boşqabı, 2 ədəd kasa, 5 ədəd formalı boşqab, 12 ədəd kofe fincanı, 1 ədəd böyük vaza, 22 ədəd kofe fincanı nəlbəkisi, 1 su qabı, 6 ədəd rəngli stəkan, 2 ədəd ayaqlı mürəbbə qabı, 6 ədəd şərab qədəhi, 2 ədəd kanfet qabı, 1 ədəd böyük içki qabı və 4 ədəd stəkanı, 2 ədəd qızılı rəngli qədəh, 3 ədəd balaca qədəh- cehiz əşyaları iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37 a, mənzil 121-dən Cavabdeh tərəfindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus olan -1 ədəd “hoffman” markalı soyuducu, 1 ədəd “Hoffman” markalı paltaryuyan, 1 ədəd güzgülü paltar şkafı, 1 ədəd yataq dəsti, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd kamot, 1 ədəd servant, 1 ədəd çaynik, 4 ədəd balaca stəkan, 5 ədəd su stəkanı, 16 ədəd nəlbəki, 2 ədəd qəndqabı, 1 ədəd ikimərtəbəli qab, 1 ədəd külqabı, 1 ədəd ədviyyat qabı dəsti (cəmi 8 ədəd), 3 ədəd bulud (böyük boşqab), 5 ədəd salat qabı, 1 ədəd fincan, 20 ədəd dərin boşqab, 23 ədəd salat boşqabı, 2 ədəd kasa, 5 ədəd formalı boşqab, 12 ədəd kofe fincanı, 1 ədəd böyük vaza, 22 ədəd kofe fincanı nəlbəkisi, 1 su qabı, 6 ədəd rəngli stəkan, 2 ədəd ayaqlı mürəbbə qabı, 6 ədəd şərab qədəhi, 2 ədəd kanfet qabı, 1 ədəd böyük içki qabı və 4 ədəd stəkanı, 2 ədəd qızılı rəngli qədəh, 3 ədəd balaca qədəh- cehiz əşyaları iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37 a, mənzil 121-dən Cavabdeh tərəfindən çıxarılsın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar