Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4832/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyətinin əvəzinə maddi kompensasiyanın hesablanaraq ödənilməsi, 22 avqust 2017-ci il tarixdən 27 may 2021-ci il tarixədək artıq işlədiyi 4 saatın əmək haqqının hesablanıb ödənilməsi, ödənilməmiş pul vəsaitlərinin 1 %-i məbləğində vəsaitin hesablanaraq ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyətinin əvəzinə maddi kompensasiyanın hesablanaraq ödənilməsi, 22 avqust 2017-ci il tarixdən 27 may 2021-ci il tarixədək artıq işlədiyi 4 saatın əmək haqqının hesablanıb ödənilməsi, ödənilməmiş pul vəsaitlərinin 1 %-i məbləğində vəsaitin hesablanaraq ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 may 2021-ci il tarixli 228-k saylı əmrinin ləğv edilməsi, mal toplayan vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddətində orta aylıq əmək haqqının, istifadə etmədiyi əmək məzuniyyətinin əvəzinə maddi kompensasiyanın, 22 avqust 2017-ci il tarixdən 27 may 2021-ci il tarixədək artıq işlədiyi 4 saatın əmək haqqının və ödənilməmiş pul vəsaitlərinin 1 %-i məbləğində vəsaitin hesablanaraq Cavabdeh MMC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 may 2021-ci il tarixli 228-k saylı əmrinin ləğv edilməsi, mal toplayan vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddətində orta aylıq əmək haqqının, istifadə etmədiyi əmək məzuniyyətinin əvəzinə maddi kompensasiyanın hesablanaraq ödənilməsi, 22 avqust 2017-ci il tarixdən 27 may 2021-ci il tarixədək artıq işlədiyi 4 saatın əmək haqqının hesablanıb ödənilməsi, ödənilməmiş pul vəsaitlərinin 1 %-i məbləğində vəsaitin hesablanaraq ona ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış 22 avqust 2017-ci il tarixli əmək müqaviləsinə əsasən anbar şöbəsi – mərkəzi anbara fəhlə vəzifəsinə qəbul olunmuşdur. 26 dekabr 2019-cu il tarixdə həmin şöbəyə mal toplayan vəzifəsinə, 17 noyabr 2020-ci il tarixdə isə Mərkəz Departamentinin anbar əməliyyat şöbəsinə mal toplayan vəzifəsinə keçirilmişdir. Cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz bağlansa da, 27 may 2021-ci il tarixli 228-k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «b» bəndinə əsasən (əmək müqaviləsinin bitməsi ilə) əlaqədar əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Həmin müqavilənin 4.16cı bəndinə əsasən gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi göstərilsə də, onu qanunsuz olaraq istirahətsiz gündə 12 saat işləməyə məcbur etmişlər. Həmin müqavilənin 4.26-cı bəndinə əsasən ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilməsi göstərilsə də, 22 avqust 2017-ci il tarixdən 27 may 2021-ci il tarixə qədər ona qanunsuz olaraq əmək məzuniyyəti verilməmiş, məzuniyyət haqqı ödənilməmişdir. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir göstərilsə də, 13 may 2021-ci il tarixdə briqadir şəxsi münaqişə zəminində onu kollektiv qarşısında nalayiq sözlərlə təhqir edərək və ona hədə-qorxu gələrək, onu qanunsuz olaraq işdən uzaqlaşdırmış, o, qanunsuz işdən uzaqlaşdırıldıqdan sonra hər gün işə gəlib işləməsini tələb etsə də, onu işə buraxmamışlar. Bu barədə o, Sabunçu RPİnin 14-cü PB-yə, Sabunçu rayon Prokurorluğuna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xəttinə zəng edərək şikayətlər etmişdir. Buna baxmayaraq, cavabdeh 19 may 2021-ci il tarixdə ona xəbərdarlıq məktubu göndərərək ona bildirmişdir ki, artıq neçə müddətdir ki, heç bir üzrlü səbəb göstərmədən bu günədək (19 may 2021-ci il) işə gəlməməsi müşahidə olunur. Ona xəbərdarlıq etmişlər ki, işə gəlmədiyi günlə bağlı 2 gün ərzində müvafiq sənəd təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə xəbərdarlıq etmişdir. Beləliklə, cavabdeh aralarında bağlanmış 22 avqust 2017-ci il tarixli əmək müqaviləsinin şərtlərini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələri ilə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozaraq, qanunsuz olaraq onu işdən azad etmiş, işlədiyi müddətdə gündə 12 saat işləməyə məcbur etmiş, ancaq 8 saatın əmək haqqını ödəmiş, qanunla nəzərdə tutulmuş qaydada məzuniyyət verilməmiş, məzuniyyət haqqı ödəməmişdir. Hesab edir ki, cavabdehin onu işdən azad etməsi barədə 27 may 2021-ci il tarixli 228-k saylı əmri qanunsuz və əsassızdır. Buna görə də, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə 27 may 2021-ci il tarixli 228-k saylı əmri məhkəmə qaydasında ləğv edilməli, işə bərpa edilməli, məcburi iş buraxılmaya görə əmək haqqısı, işlədiyi müddət ərzində artıq işlədiyi 4 saatın əmək haqqı, işlədiyi müddət ərzində istifadə edilməyən məzuniyyət haqqı hesablanıb ona ödənilməlidir. Cavabdeh MMC-də iş vaxtından artıq işləməsini əmək müqaviləsinə uyğun tərtib olunan iş vaxtının uçotu qrafikləri yox, MMC-nin xüsusi aparatında barmaq izi ilə təsdiq edilir. Çünki, hər bir işçinin işə daxil olub çıxması saatları məhz o aparatda dəqiqliklə qeyd olunur. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə, 70-ci maddəsinə, 135-ci maddəsinin 2-ci hissəsinə, 144cü maddəsinin 2-ci hissəsinə, 172-ci maddəsinin 5-ci hissəsinə, 177-ci maddəsinin 2-ci hissəsinə, 99-cu maddəsinin 1-ci hissəsinə, 165-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, MPM-in 4.1-ci maddəsinə istinad edən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən təqdim olunmuş ərizədə iddiaçı əlavə olaraq göstərmişdir ki, işlədiyi dövr ərzində 15 gün gecə növbəsində, 15 gün isə gündüz növbəsində işləməklə hər iş günü 12 saat müddətində əmək sərf etmişdir. Ştat vahidi üzrə rəsmi maaşı 280 manat kimi qeyd edilib. Bunu cavabdeh ona görə edib ki, məcburi dövlət ödənişlərindən, yəni vergi, sosial müdafiə və digər ödənişlərdən yayınsın. Əslində isə hər ay üzrə nağd olaraq ona əlavə 752 və 800 manata kimi pul verilib. Onların arasında belə razılıq əldə edilmişdir. Əlavə işlədiyi və gecə növbəsində işlədiyi vaxtlara görə ona ikiqat əmək haqqı ödənilməli olduğu halda cavabdeh bunları yerinə yetirməyib. Müdiriyyətlə onun arasında bağlanmış müqavilə müddətsiz bağlanıb. Bundan əlavə, işəgötürən müqavilənin tələblərini pozaraq birtərəfli qaydada müqaviləni müddətli hesab edərək, müqavilə üzrə müddətin bitməsini qeyd etməklə onu bu formada işdən azad etmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsinə istinad edən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X3 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili X4 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 22 avqust 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır və müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə müddətsiz bağlanmışdır. Əmək qanunvericiliyi müddətsiz bağlanmış əmək müqaviləsinin iddiaçının razılığı olmadan müddətli əmək müqaviləsi ilə əvəz olunmasını qadağan edir (Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsinin imperativ göstərişi). Cavabdeh tərəfindən müddətsiz bağlanmış əmək müqaviləsinin iddiaçının razılığı ilə müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İşəgötürənin 27 may 2021-ci il tarixli 228-k saylı əmrindən görünür ki, işəgötürən işçi ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən Əmək Qanunvericiliyinin tələbləri və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. İş materiallarına əlavə olunmuş 19 may 2021-ci il tarixli İR-550 saylı xəbərdarlıq məktubundan və işin faktiki hallarından görünür ki, iddiaçıya işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə bu və ya digər şəkildə xitam verilməsi üçün təsir (təzyiq, təhdid və s. bu kimi üsullarla) göstərilmişdir. Çünki, iddiaçının iş vaxtı işdə olmaması hər hansı mötəbər sübutlarla təsdiq olunmur, əksinə, xəbərdarlıq məktubunda göstərilən əsasla (işçinin bir müddət işə gəlməməsi) və əmək müqaviləsinə xitam verilməsinin əsasları (əmək müqaviləsinin müddətinin bitməsi, halbuki əmək müqaviləsi müddətsiz bağlanmışdır) fərqlidir. İşçi doğrudan da iş vaxtı üzürsüz səbəblərdən işə gəlməsə idi, işçi ilə bağlanmış əmək müqaviləsinə ayrı əsaslarla bağlı Əmək Məcəlləsinin digər maddəsinə istinadən xitam verilərdi. Hakimin sərbəst daxili inamına əsasən, iddiaçının iddia ərizəsinə onun işdən uzaqlaşdırılması ilə bağlı qeyd etdiyi məqam işin həqiqi halıdır. Bu baxımdan da, işəgötürən tərəfindən Əmək Qanunvericiliyinin tələbləri və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Göründüyü kimi, iddiaçıya münasibətdə əmək qanunvericiliyinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı – İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında 27.05.2021-ci il tarixli 228-k saylı əmr ləğv edilməli, İddiaçı mal toplayan vəzifəsinə işə bərpa edilməli və ona 27.05.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddianın qalan hissədə əsaslı olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı – İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında 27.05.2021-ci il tarixli 228-k saylı əmr ləğv edilsin. İddiaçı mal toplayan vəzifəsinə işə bərpa edilsin. İddiaçı 27.05.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4832/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4832/2021
25.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver