Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4847/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qıznın sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə İddiaçı X4 cavabdeh X3rşı «mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh X3rşı «mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə, həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil 27.02.2020-ci il tarixdən etibarən vərəsəlik üzrə X1 sonuncunun mülkiyyətindədir. Hazırda X13 Azərbaycan Respublikası hüdudlarından kənarda yaşayır. Belə ki, X13 ataları X14 04.08.2019-cu ul tarixində rəhmətə getdikdən sonra ona çatası miras payından iddiaçının xeyrinə imtina etmişdir. Cavabdeh mənzildən qısa müddət ərzində qeydiyyatdan çıxacağını bildirsə də hazırki vaxta kimi qeydiyyatdan çıxmamış və bu hal X4 mülkiyyətində olan mənzilə dair hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxartmışdır. Belə olan halda cavabdehin ona məxsus mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçı X10 iddianı müdafiə edib, X2 ögəy bacısı olduğunu bildirərək, mənzilin əvvəlki mülkiyyətçisi, rəhmətdik ataları X14 cavabdehi həmin mənzilə qeydiyyata salsa da cavabdeh heç vaxt həmin mənzildə yaşamamış, hatta uzun müddətdir ki, Rusiya Federasiyasına daimi əsaslarla köcub gedərək orada məskunlaşmış və Rusiya Federasiyası Şimali Osetiya, X9 prospekti, 227/135 ünvanında yaşadığını qeyd etmişdir. X6 iddiaçıya məxsus olan mənzildə qeydiyyatda olması onun mənzilə dair mülkiyyət hüquqlarının məhdudlaşdırır. Eyni zamanda iddiaçı qeyd etdi ki, qeyd edilən mənzilin yerləşdiyi bina sökülmüş və hazırda yerində yeni bina inşa edilməkdədir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də cavabdeh X13 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 16 saylı MKİS-nin arayışından görünür ki, X11 ünvan 1 ünvanında yerləşən mənzildə 2003-cü il tarixdən qeydiyyatdadır. Mülki işin materiallarında olan Şimalı Osetiya Respublikası Alaniya Vladiqafqaz notariat dairəsinin notariusu tərəfindən təsdiq edilmiş X6 ərizəsindən görünür ki, o, 04.08.2019-cu il tarixdə vəfat etmiş atası X5 ona çatası miras payından X4 xeyrinə imtina etmişdir. Mülki işin materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 16 saylı MKİS-nin 28.07.2021-ci il tarixli arayışından görünür ki, X11 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, həmin mənzildə yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, X10 onun qonşusudur. O 27 ildən artıqdır ki, ünvan 2 ünvanında yerləşən mənzildə yaşayır. X6 ünvan 1 ünvanında yerləşən mənzildə yaşadığını görməmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirdi ki, X10 onun qonşusudur. O 1990-cı ildən ünvan 3 ünvanında yerləşən mənzildə yaşayır. X6 ünvan 1 ünvanında yerləşən mənzildə yaşadığını görməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********85- 05101-093029 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə X4 adına 27.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, cavabdeh X13 mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan X4 bacısı olmaqla yaxın qohumudur. Cavabdeh X13 sözügedən mənzildə 2003-cü il tarixdən qeydiyyatda olsa da faktiki olaraq orada yaşamamışdır, formal olaraq qeydiyyatdadır. Həmçinin X13 vəfat etmiş atası X5 ona çatası miras payından, eləcə də ünvan 1 ünvanında yerləşən mənzildən X4 xeyrinə imtina etmişdir. Beləliklə cavabdeh qeyd edilən mənzildə yaşamadığından, habelə atası rəhmətə getdikdən sonra öz miras payından iddiaçının xeyrinə imtina etdiyindən, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus olan mənzildən istifadə hüququ yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 2003-cü il tarixdən, cavabdehin mübahisəli mənzilə qeydiyyata alındığı tarixdə yarandığından, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 228.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun həmin maddəsinin məzmununa görə şəxs yaşayış yeri üzrə qeydiyyatdan həmin Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati Prosessual Məcəllənin) 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmaması müəyyən edildiyindən, mənzilin mülkiyyətçisi olan iddiaçıya izah edilməlidir ki, o, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya, müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın hərəkət (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.4, 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X4 cavabdeh X3rşı «mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması» iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı X10 tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4847/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4847/2021
30.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver