Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4908/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə , Ərizəçi maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 2 saylı Sumqayıt Ərazi İdarəsini cəlb etməklə "hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" barədə ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb: Ərizəçi maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 2 saylı Sumqayıt Ərazi İdarəsini cəlb etməklə "hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və xx.xx.2004-cü il tarixli JN-363H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən “Ərizəçi Qəfər oğlu” eyni bir şəxs olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Xızı bələdiyyəsindən 2004-cü ildə alqı-satqı yolu ilə 0,12 ha həyətyanı torpaq sahəsi almışdır və Xızı rayon İcra Hakimiyyətinin 14 sentyabr 2004-cü il tarixli, 150 saylı sərəncamı ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Keçən müddət ərzində istifadəsində olan torpaq sahəsinə kommunal xidmətlərlə bağlı lazım olan su, elektrik xətti və s. xətlərin çəkilişini həyata keçirmişdir. Torpaq sahəsinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin çıxarışla dəyişdirilməsinə dair DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, şəhadətnamədə ata adı Qafar əvəzinə səhvən “Qəfər” kimi qeyd edilmişdir, yəni Ərizəçi əvəzinə “Ərizəçi Qəfər oğlu” kimi qeyd edilmişdir. Digər bütün sənədlərdə isə düzgün yazılmışdır və bu səbəbdən şifahi olaraq sənədləri qəbul etmədən geri qaytardılar, məhkəməyə müraciət etmək tövsiyə olundu. Hesab edir ki, Ərizəçi və xx.xx.2004-cü il tarixli JN-363H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən “Ərizəçi Qəfər oğlu” eyni bir şəxsə aid olması faktı müəyyən edilməlidir, bu yalnız məhkəmə yolu ilə həll edilə bilər. Daha sonra məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili iddiaya dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən “Ərizəçi Qəfər oğlu” eyni bir şəxsə aid olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatı: Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizədə göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-363H saylı, KOD3060001 şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Xızı rayonu, Xızı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə satılmış 0,12 hektar sahə fərdi mənzil tikintisi üçün Ərizəçi Qəfər oğlunun mülkiyyətinə verilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-3229/2023 saylı məktubdan görünür ki, onun daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Xızı rayonu İcra Hakimiyyəti Başçısının 150 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamından görünür ki, Bakı şəhər sakini Ərizəçi, Xızı qəsəbəsində fərdi yaşayış evi inşa etdirmək məqsədi ilə Xızı bələdiyyəsinin torpaq fondundan alqı-satqı yolu ilə 0,12 ha həyətyanı torpaq sahəsi almışdır. "xxxx" ASC-nin "xxxx" MMC Xızı rayonu Sukanal idarəsinin xx.xx.2010-cu il tarixli məktubundan görünür ki, Ərizəçi Xızı şəhərində inşa etdiyi fərdi yaşayış evinin 1100 metr məsafədən keçən mərkəzi su xəttinə qoşulması üçün texniki şərt verilmişdir. Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin ata qrafasında X1 qeyd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı № 18572323 şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1951-ci il təvəllüdlü X1 ünvan 4 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarını 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, təqdim olunmuş sənədlərlə, iş materialları təsdiq olundu ki, Xızı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə satılmış 0,12 hektar torpaq sahəsinin fərdi mənzil tikintisi üçün mülkiyyətə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN – 363H saylı, KOD 30600001 şəhadətnamədə “Ərizəçi” əvəzinə yanlışlıqla “Ərizəçi Qəfər oğlu” qeyd edilmişdir. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən hüquqmüəyyənedici sənəd hesab edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən səhvə yol verilmiş, ərizəçinin atasının adı qeyri-düzgün yazılmışdır. Hüquqmüəyyənedici sənəd üzrə hüquqların həyata keçirilməsi istiqamətində ərizəçi tərəfindən müvafiq səlahiyyətli orqana müraciət edilsə də, qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktın digər qaydada həlli mümkün olmadığından, ərizəçi həmin faktın məhkəmə qaydasında həllini xahiş edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Xızı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə satılmış 0,12 hektar torpaq sahəsinin fərdi mənzil tikintisi üçün mülkiyyətə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN – 363H saylı, KOD 30600001 şəhadətnamənin xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi aid olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Xızı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə satılmış 0,12 hektar torpaq sahəsinin fərdi mənzil tikintisi üçün mülkiyyətə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN – 363H saylı, KOD 30600001 şəhadətnamənin xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4908/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4908/2023
06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver