Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-492/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci m/r, 20 Yanvar küçəsi, ev 6, mənzil 48 ünvanında icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur və “Premier Computers” adlı mağazanı işlədir. 25 may 2020-ci il tarixdə gecə saatlarında Cavabdeh1 məxsus 3-cü mərtəbədə yerləşən 54 saylı mənzildən su axması nəticəsində mağazada olan daşınar əmlaklara, eləcə də icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə ciddi maddi ziyan dəymişdir. Bu kimi hal ilk dəfə deyil. Əvvəllər də bu kimi hal olmuşdur. Lakin həmin vaxt mağazada olduqlarından vaxtında müdaxilə edə bilmişdilər. Buna baxmayaraq, cavabdehlərin səhlənkarlığı nəticəsində iddiaçıya ciddi ziyan dəymişdir. İddiaçı bu barədə dəfələrlə 31 saylı MKİS-nə məlumat vermişdir ki, bu kimi halların qarşısının alınması üçün tədbirlər görsünlər. Lakin heç bir nəticə olmamışdır. Su axması nəticəsində iddiaçının əmlakına ciddi ziyan dəydiyindən, bu barədə dərhal 31 saylı MKİS-nə məlumat verdi. Onlar da səlahiyyətli nümayəndələrinin iştirakı ilə həm mənzilə, həm də qeyri-yaşayış sahəsinə baxış keçirdilər. Baxış zamanı məlum oldu ki, həqiqətən Cavabdeh1 məxsus 3-cü mərtəbədə yerləşən 54 saylı mənzildən iddiaçının istifadəsində olan mağazaya su axmışdır. İddiaçıya ziyan dəymişdir. ünvan 1 ünvanından axan su iddiaçının mağazasında olan malların üzərinə tökülmüş və nəticədə mağazada olan texnoloji mallar, notebooklar, digər avadanlıqlar, ehtiyyat hissələri, birləşdirici naqillər, pul sayan, kassa aparatları yararsız hala düşmüşdür. Bunun nəticəsində də iddiaçıya ciddi ziyan dəymişdir. Cavabdehlərin hərəkət və hərəkətsizlikləri nəticəsində iddiaçıya 38058 manat məbləğində maddi ziyan dəymişdir ki, həmin dəymiş ziyan mütəxəssis və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçı dəfələrlə cavabdehlərdən ona dəymiş ziyanı ödəmələrini tələb etsə də, dəymiş ziyanı ödəmirlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və 31 saylı Mənzil- Kommunal İstismar Sahəsindən 38058 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 38088 manat məbləğinin müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.02.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, «İcarəyəverən» X4 ilə «İcarəçi» İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, 5-ci m/r, 20 Yanvar küçəsi, ev 6, mənzil 48-in icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Nəsimi rayon MKTB-in 31 saylı MKİS-in rəisi V.Həsənov, mühəndisi E.Ədilov, mühasibi F.Zeynalova tərəfindən 25 may 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, tərəflərindən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci m/r, 20 Yanvar küçəsi, ev 6, mənzil 48 ünvanına baxış keçirən zaman məlum olmuşdur ki, göstərilən ünvanda 3-cü mərtəbə 54 saylı mənzilin mülkiyyətçisi vətəndaş Cavabdeh1 məxsusdur. Səhlənkarlıq nəticəsində təkrarən, yəni mətbəxdə su kranın açıq qalması nəticəsində 48 saylı qeyri-yaşayış sahəsinə və kompyuter, kompyuter hissələrinə ziyan dəymişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş Ə-086 №-li mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvandakı əşyalara ümumilikdə 38058 manat ziyan dəymişdir. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/2886 nömrəli, 27 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., 20 Yanvar küçəsi, ev 6, mənzil 48 ünvanında yerləşən qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 830 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4234 nömrəli, 05 mart 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan “xxxx” MMC-nin tərtib etdiyi 26.05.2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən iddia ərizəsində göstərilən malların istifadədə olması nəzərə alınmaqla, normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 27809 manat müəyyən edilir. Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı istifadəsində olan ünvan 3 ünvandakı əşyalara - notbuklar, notbuk platalar, platalar, printerlər, monitorlar, blokpitaniyalar, videokartlar, aksessuarlar, playstation, security sistem, xaplar, ramlar, mağazanın müşahidə sistemi (müşahidə kameraları, yaddaş kartı, birləşdirici naqil və ləvazimatlarla birlikdə), mağazanın elektrik xətləri, asma tavanda lampalar, lampaların yuvaları, divarlarda razetkalar, açarlar və divar kağızlarına Cavabdeh1 məxsus ünvan 4 ünvanından su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, Cavabdeh1 su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 28.639 manat (830 + 27809 = 28.639) məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi cavabdeh Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinə aid hissədə təmin edilməməlidir . Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 38.058 manat miqdarında olmasını, habelə vurulmuş ziyanın məhz Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən baş verməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Ekspert rəylərindən görünür ki, ünvan 3 ünvandakı əşyalara susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görüməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq cəmi 28.639 manat məbləğində olduğu müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh1 maddi zərərin əvəzi kimi 28.639 (iyirmi səkkiz min altı yüz otuz doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 28.669 (iyirmi səkkiz min altı yüz altmış doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə və cavabdeh Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 maddi zərərin əvəzi kimi 28.639 (iyirmi səkkiz min altı yüz otuz doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 28.669 (iyirmi səkkiz min altı yüz altmış doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə və cavabdeh Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinə münasibətdə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-492/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-492/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver