Məhkəmə qərarları › İş №2(006)-4922/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4922/2025

29.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4922/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli, 415/25 saylı əmrinin ləğv edilməsi, onun Cavabdeh sifariş toplayan vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ona ödənilməsi, mediasiya üçün ödənilən 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "Avromed Company” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək anbar işçisi, xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək sifariş toplayan vəzifəsində işləmiş, işlədiyi müddət ərzində heç bir əmək münasibətlərinin pozuntusuna yol vermədiyindən barəsində nə xəbərdarlıq, nə də hər hansı bir intizam tənbehi tətbiq edilməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 415/25 saylı əmri ilə iddiaçı, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və iddiaçı ilə bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Əmrdə qeyd edilmişdir ki, İddiaçı, yəni iddiaçı, xx.xx.2025-ci il tarixində regional anbar rəhbəri X2 tərəfindən aparılan yoxlama nəticəsində Cəmiyyətin Bakı şəhəri, Binə qəsəbəsində yerləşən anbarından Lənkəran regional anbarına artıq göndərilən dərman vasitələrinin dərman rəfində olmadığını və həmin dərman vasitələrinin digər işçinin masasının altında gizlədilməsini bilərək qəsdən müdirinə məlumat verməmişdir. Bununla bağlı, işçi vəzifə təlimatı ilə məhsulun düzgün sayının və növünün toplanmasını təmin etməmişdir. İddiaçı özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Sözügedən əmrin verilməsi üçün əsas olaraq həmin əmrdə xx.xx.2025-ci il tarixli regional anbar rəhbəri Sadıxlı Emilin təqdimatı, xx.xx.2025-ci il tarixli regional anbar meneceri Sadıxlı Elçinin izahatı, iddiaçının xx.xx.2025-ci il tarixli izahatı, Kamera görüntüləri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi qeyd olunmuşdur. Sonra iddiaçının müraciətinə X1 Xidməti Lənkəran-Astara regional şöbəsində baxılsa da, ona bildirilmişdir ki, cavabdeh tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən, onlar iş üzrə hər hansı bir nəticəyə gələ bilməmişlər. Cavabdehə dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, ona da əmrə əlavə edilən sənədlərin verilməsindən qanunsuz və əsassız surətdə imtina edilmişdir. Bundan sonra, iddiaçı qanunvericliyə müvafiq olaraq Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən, Bakı 21 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/21/2025-00107 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış almışdır. Bu zaman 50 manat mediasiya rüsumu ödəmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi ilə fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət edə bilmək müddəti üçün nəzərdə tutulmuş 1 aylıq müddət buraxılmamış hesab edilməlidir. Belə ki, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Aşağıda qeyd olunanlara əsasən cavabdehin xx.xx.2025-ci il tarixli 415/25 saylı əmri ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı və məcburi iş buraxma müddətində əmək haqqı hesablanaraq ona ödənilməlidir. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək və cavabdehlə birgə tərtib etdikləri barışıq sazişini təqdim edərək, təqdim edilən barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını, həmçinin məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanan barışıq sazişi təsdiq edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 29 sentyabr 2025-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən: 2.1. Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinin məzmununa uyğun olaraq, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olacaqdır. 2.1.1. Tərəflər razılaşırlar ki, cavabdeh xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndini dəyişdirərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-a bəndinə uyğun olaraq əvəz edəcək. 2.2. Cavabdeh xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin, dəyişdirib bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Əmək Müffətişliyə məlumat verilməsini öz öhdəsinə götürür. 2.3. İddiaçı Nəsimi rayon Məhkəməsinin icraatında olan Cavabdeh MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsindən imtina etməyi öz öhdəsinə götürür. 2.4. Bununla da Tərəflər bir daha təsdiq edirlər ki, gələcəkdə bir-birilərinə qarşı bu işlə əlaqədar əmək mübahisəsi və maddi ziyanın ödənilməsinə dair tələbləri olmayacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 2.1. Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinin məzmununa uyğun olaraq, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olacaqdır. 2.1.1. Tərəflər razılaşırlar ki, cavabdeh xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndini dəyişdirərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-a bəndinə uyğun olaraq əvəz edəcək. 2.2. Cavabdeh xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin, dəyişdirib bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Əmək Müffətişliyə məlumat verilməsini öz öhdəsinə götürür. 2.3. İddiaçı Nəsimi Rayon Məhkəməsinin icraatında olan Cavabdeh MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsindən imtina etməyi öz öhdəsinə götürür. 2.4. Bununla da Tərəflər bir daha təsdiq edirlər ki, gələcəkdə bir-birilərinə qarşı bu işlə əlaqədar əmək mübahisəsi və maddi ziyanın ödənilməsinə dair tələbləri olmayacaqdır. İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar