Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4929/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdeh Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin ünvan 2qayıt Avtomobil Məktəbinə qarşı “Könüllü Hərbi X2 Cəmiyyətinin ünvan 2qayıt Avtomobil Məktəbi tərəfindən 2006- 2012-ci illərdə işlədiyi dövrdə təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqqına görə sosial sığorta fonduna ödəniş barədə hesabatların verilməməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin ünvan 2qayıt Avtomobil Məktəbinə qarşı “Könüllü Hərbi X2 Cəmiyyətinin ünvan 2qayıt Avtomobil Məktəbi tərəfindən 2006-2012-ci illərdə işlədiyi dövrdə təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqqına görə sosial sığorta fonduna ödəniş barədə hesabatların verilməməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək tərəflərin mediasiya prosesində iştirakını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsindən müəyyən edildiyi kimi iddiaçı cavabdeh məktəb tərəfindən ona 2006-cı ildən 2012-ci ilə qədər adına pensiya fonduna ödənilməmiş sığorta haqqının tam ödənilməsini tələb edir və bu tələb işçi və işəgötürən arasında olan münasibətlərə aiddir ki, qeyd edilən mübahisə də əmək mübahisəsi hesab edilir. Mülki Prosessual Məcəllənin, istərsə də, “Mediasiya haqqında” qanununun tələbləri baxımından hazırki halda əmək mübahisəsi üzrə tərəflərin məhkəməyəqədər mərhələdə mediasiya prosesindən keçmələri zəruridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 152.1.6-1.-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı tərəfindən cavabdehin müəyyən edilməsi zamanı iddia ərizəsində qeyri-müəyyənliyə yol verilmişdir. Belə ki, iddia ərizəsinin başlıq hissəsində və “xahiş edirəm” hissəsində cavabdeh olaraq müəyyənləşdirilmiş Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin ünvan 2qayıt Avtomobil Məktəbinin hüquqi ünvanı ünvan 2qayıt şəhəri, məh., 7, 8, 12, ev S.Vurğun 1 olaraq göstərilmişdir. İddia ərizəsinin mətnində isə tələbin yönəldiyi şəxs kimi göstərilən X1 qeydiyyat ünvanının isə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olmasına baxmayaraq, ərizənin “xahiş edirəm” hissəsindəki tələb ona qarşı deyil, hüquqi şəxs kimi rəsmi qeydə alındığı ünvanı ünvan 2qayıt şəhərində yerləşən Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin ünvan 2qayıt Avtomobil Məktəbinə ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, iddiaçının ilk növbədə cavabdeh şəxsi dəqiq müəyyənləşdirməsi və müvafiq ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi, həmçinin iddia ərizəsində qeyd olunan tələb əmək mübahisələrinə aid olduğundan mediasiya prosesində iştirak etməsi barədə sənədləri müvafiq məhkəməyə təqdim etməsi zəruridir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin ünvan 2qayıt Avtomobil Məktəbinə qarşı “Könüllü Hərbi X2 Cəmiyyətinin ünvan 2qayıt Avtomobil Məktəbi tərəfindən 2006-2012-ci illərdə işlədiyi dövrdə təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqqına görə sosial sığorta fonduna ödəniş barədə hesabatların verilməməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4929/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4929/2023
03.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver