Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4963/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “xəbərdarlıq və töhmətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona 91/K nömrəli əmrlə verilmiş töhmətini və xəbərdarlığını ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının üzvü, Rəssamlar İttifaqının üzvü, Jurnalistlər Birliyinin üzvü və tanınmış rəssam, heykeltaraş, sənətşünas, onun dörd Elmi kitabı Akademiyada və Universitetlərdə tədris olunur, ictimayyətdə tanınmış bir insandır. Onun Azərbaycan Respublikasının xalqın qarşısında elmi və kulturologiya üzrə çəkdiyi zəhmətlərinin sayı hesabı yoxdur. ONun tərəfindən bir neçə rayonlarda Ulu Öndər Heydər Əliyevin heykəlləri hazırlanmışdır. Onun artıq qırx il Mədəniyyət üzrə Elmi-Metodiki və ixtisasartırma Mərkəzində çalışmağına və bu illərdə əldə etdiyi naliyətlərə baxmayaraq, işlədiyi idarə başqa idarə ilə birləşəndə onu şöbə müdiri vəzifəsindən çıxardaraq aşağı vəzifəyə, metodist olaraq təyin etmişdilər. Bu onun üçün qırx il işlədiyi və zəhmət çəkdiyi idarənin rəhbərliyi tərəfindən ilk xoşa gəlməz hərəkəti idi. Həmkarlar İttifaqı tərəfindən ona təqdim etdiyi cavab məktubundan görünür ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 181/X nömrəli akta əsasən, xx.xx.2020-xx.xx.2020-c il tarixlərində, onun tərəfindən əməkdaşların işə davamiyyət tabelində olan imzaları mobil telefon vasitəsi ilə fotosunu çekdirdiyini bildirmişdilər. Bundan əlavə olaraq xx.xx.2020-ci il tarixli Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, o, araşdırmalar və təminat şöbəsinin baş metodisti olaraq iş saatı başlayandan 10:00- dək nizam-intizam və etik davranış qaydasını kobudcasına pozaraq, çalışdığı şöbədə səs tonunu qaldırdığını, etikadan kənar nalayiq ifadələr işlətmiş və normal iş fəaliyyətinə mane olmuşdur. Bundan əlavə olaraq, “facebook ” sosial şəbəkəsi vasitəsilə işlədiyi idarayə xələl gətirən çağırışlar etdiyini və kollektivdə ictimayyət tərəfindən qəbul olunmayan nalayiq hərəkətləri yol verdiyini bildirmişdilər. İşdə verdiyi izahatda da qeyd olunur ki. işə davamiyyət tabelində olan imzaları mobil telefon vasitəsi ilə fotosunu çekməyi ilə yalnız bir məqsəd güdürdü, işdə qanunun qaydalarına əməl olunmasını və qanuna əməl olunamsmda ictimai nəzrətini həyəta keçirilməsini. Qeyd etmək istəyir ki, cənab Prezident çoxsaylı çıxışlarındada qeyd edir ki, dövlət üzrələrinin işçiləri tərəfindən qanuna əməl edilməsində həmən idarənin işçiləri və vətəndaşlar ictimai nəzərət etməlidilər. Bundan əlavə olaraq, qanuna əməl olunması ilə bağlı işə davamiyyət tabelində olan imzalara nəzarət edən şəxsə bir neçə dəfə qanuna əməl olunması barədə xəbardarlıq etmişdir. Səs tonunu qaldırılması ilə bağlı qeydlər ümumiyyətlə yalan məlumatdı və həqiqəti əks etdirmir. O, artıq qırx ildi işlədiyi idarədə bütün əməkdaşlara hörmətlə yanaşır, düşünür ki, işçinin özünü müdafiə etməyi qəbahət sayılmır, bu ona qarşı haqqsızlıqdır. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının üzvü olaraq o, heçvaxt özünə imkan verməz ki, kimisə qarşı nalayıq ifadələr işltsin, səs tonunu idarədə qaldırsın və digər onu nüfuzdan aşağı salan xoşa gəlməz hərəkətləri etsin. Qeyd etmək istəyir ki, güyə ki onun xoşa gəlməz hərəkətlərimi təsdiqliyən idarə işçiləri tərəfindən akt tərtib edilmiş və həmin aktı işçilər tərəfindən imzalanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin aktı imza atanlar işçiləri yalnız 3-4 nəfəri tanıyır digər işçiləri heç tanımır. Bu akt rəhbərlik tərəfindən qurulma işdi və onun nüfuzunu aşağı salmaq məqsədi daşıyır. İmza atan işçilər hamısı öz imzalarını rəhbərliyin təziqi altında atıblar. İdarənin rəhbərliyi tərəfindən qeyd olunur ki, güyə ki, o, “facebook” sosial şəbəkədə idarəyə və idarənin fəaliyyətini ləkəliyən negativ rəy bildirməmişdir. O, heçvaxt idarənin fəaliyyəti ilə bağlı və bu gün ki, idarənin rəhbərliyi ilə bağlı hər hansı bir neqativ fikir paylaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq çərarı ilə Covid-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi (XKR) tətbiq olunmuşdur. №91/K/A nömrəli akta Mərkəz faəliyyətini fasiləsiz təmin olunması məqsədilə virtual platformada işini davam etmişdir. XR-nin 20 iyun-5 avqust dövründə onun virtual platformaya səbəbsiz qoşulmadığını bildirmişdir və haqqında xəbərdarlıq elan edilmişdir. Həmin müddətdə o, evdə qalaraq evə verilən bütün tapşırıqları yerinə yetirmiş, evdə qal yarat layihəsində “Koronovirusdan qorun” əsəri yaratmış və ictimayyətə təqdim etmişdir. № 104 nömrəli xx.xx.2020-ci il tarixli Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika komitəsi tərəfindən göndərilən məktuba əsasən xx.xx.2020-ci il tarixli 91/K/A №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcələsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdaqlıq elan edilmişdir. Bundan əlavə olaraq bir gün öncə, yəni xx xxxx 2020ci il tarixli 91/K/A №-li əmrlə Əmək Məcələsinin 186-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Qeyd etmək istəyir ki, çalışdığı idarənin rəhbərliyi tərəfindən ona verilən “töhmət” və ondan sonra “xəbərdarlıq” qanunvericiyi uyğun olaraq verilməyib. Belə ki, əmək məcəlləsinin 186.3- maddəsinə əsasən “İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır." Bundan əlavə olaraq həmin madədə qeyd edilib ki, “Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.” Lakin göründüyü kimi ilk öncə ona “töhmət” verilmişdir, sonra isə intizam tənbehi sayılmayan “xəbardarlıq” edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Mərkəzin rəhbərliyi bütün halları nəzərə alaraq, müvafiq əmri ilə AR Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən, intizam qaydaların pozduğuna görə İddiaçı "töhmət" verilməsini qərara almışdır. Bütün dünyada yayılmış mövcud pandemiya ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş karantin qaydalarına uyğun olaraq cari ilin aprel ayından 5 may və 20 iyun tarixindən 5 avqust tarixinə qədər Mərkəz digər dövlət qurumları kimi onlayn formatda fəaliyyətini davam etdirmişdir. Mövcud vəziyyətlə bağlı Mərkəzin bütün şöbələrinin əməkdaşları tərəfindən 2020-ci ilin iş planına uyğun olaraq metodiki tövsiyələrin videotəqdimatlarının hazırlanması və Mərkəzə məxsus sosial şəbəkələrdəki təbliğat davam etdirilmişdir. Bu dövr ərzində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Mərkəz tərəfindən təşkil edilmiş bütün tədbirlər "Zoom" rəqəmsal proqramı vasitəsilə həyata keçirilmişdir. Əməkdaşların cari ilin 22 iyun-30 iyul tarixlərini əhatə edən fəaliyyətini təhlil edən zaman məlum olmuşdur ki, rəhbərlik tərəfindən dəfələrlə səsləndirilməsinə baxmayaraq iddiaçı həmin dövr ərzində öz əmək fəaliyyətlərini lazımi şəkildə tam və ya qismən icra etməmiş, onlayn formatda təşkil edilmiş tədbirlərdə iştirak etməmişdir. Bununla bağlı, müvafiq əmri ilə 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, Mərkəz tərəfindən İddiaçıya xəbərdarlıq elan edilmişdir. İddiaçı qeyd edir ki, ona ilk öncə "töhmət" verilməsi və daha sonra isə "xəbərdarlıq" edilməsi qanunvericiliyin tələblərinə ziddir. Lakin bununla bağlı qeyd etmək istəyir ki, AR Əmək Məcəlləsinin 186-ci maddəsinə əsasən, müəssisədaxili intizam qaydalarını işçi tərəfindən pozduqda işəgötürən ona intizam tənbehlərindən birini və yaxud intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Qanunvericilik həmin tədbirlərin görüməsi ilə əlaqədar işəgötürən üçün məcburi olan hər hansı bir ardıcılığını müəyyən etmir. Bundan əlavə, iddiaçı öz iddia ərizəsində qeyd edir ki, o, heç vaxt "facebook" sosial şəbəkədə idarəyə və idarənin fəaliyyətini ləkəliyən negativ rəy bildirməmişdir. Bununla bağlı onlar İddiaçı "facebook" sosial şəbəkəsində öz şəxsi profili ilə paylaşdığı x xxx 2020-ci il tarixli paylaşımının ekran görüntüsünü hazırkı etiraza əlavə edirlər. İddiaçı həmin paylaşımda qeyd edir ki, "Zəhmət olmasa DTX Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinə gəlin". Açıq aşkar görünür ki, İddiaçı Mərkəzinin kollektivi ilə yola getmir və bu cür hərəkətlər ilə idarənin fəaliyyətini ləkələməyə çalışmışdır. İddiaçı əvvələr də analoji intizam pozuntularına yol vermiş və Mərkəzin əməkdaşları münasibətdə nalayıq ifadələrdən istifadə etmişdir. Bunu sübut edən xx.xx.2016-ci il tarixli aktı hazırki ərizəyə əlavə edirlər. Qeyd etmək istəyir ki, rəhbərlik 2016-cı ildə İddiaçı bu cür hərəkətlərinə göz yummuşdur. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 91/k saylı xx xxxx 2020-ci il tarixli əmrinə əsasən, əmək müqaviləsi üzrə həvalə olunmuş əmək funksiyasını lazımı şəkildə icra etmədiyinə və icra intizamını pozduğuna görə “Elmi təminat və araşdırmalar” şöbəsinin Elmi ekspertiza sektorunun baş metodisti İddiaçı “töhmət” verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 91/k/a saylı xx xxxx 2020-ci il tarixli əmrinə əsasən, Mərkəzin carı ilin aprel-5 may və 20 iyun-5 avqust tarixləri ərzində müvafiq əmri ilə tənzimlənən fəaliyyətində iştirak etmədikləri və qanunvericiliklə tənzimlənən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını icra etmədikləri üçün siyahıda (əlavə olunur) adları göstərilən əməkdaşlara xəbərdarlıq elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin işçiləri tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli aktlardan görünür ki, Mədəniyyət üzrə Elmi-Metodiki və msasartırma Mərkəzinin Elmi araşdırmalar və təminat şöbəsinin baş metodisti İddiaçı x xxxx 2020-ci il tarxində iş saatı başlayandan 10:00-dək nizam-intizam və etik davranış qaydalarını kobudcasına pozaraq, çalışdığı şöbədə səs tonunu qaldırmış, etikadan kənar nalayiq ifadələr işlətmiş və bununla da Mərkəzin işgüzar mühitini pozmuş və normal iş fəaliyyətinə mane olmuşdur. Bundan başqa 2020-ci ilin 1 və 3 iyun tarixlərində Mərkəzinin Elmi araşdırmalar və təminat şöbəsinin baş metodisti İddiaçı əməkdaşların işə davamiyyət tabelində olan imzalarımızın mobil telefon vasitəsi ilə fotosunu çəkmişdir. İmza sahibləri kimi onlar, öz imzalarının kollektivdə hörmət qazanmayan və əməkdaşlara kifayət qədər mənfi münasibət bəsləyən bir şəxs tərəfindən imzalarının təxribat məqsədilə istifadə olunacağından narahatlıq duyur və Azərbaycan Respublikasının “Fərdi Məlumatlar” haqqında qanunu ilə konfedesiallığı qorunan məlumatın üçüncü şəxslər tərəfindən bu cür istifadəsinə etirazlarını bildirirlər. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Quliyev X1 üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzinin elmi təminat və araşdırmalar elmi ekspertiza sektorunda baş metodist vəzifəsində işləmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 91/k saylı xx xxxx 2020-ci il tarixli əmrinə əsasən, əmək müqaviləsi üzrə həvalə olunmuş əmək funksiyasını lazımı şəkildə icra etmədiyinə və icra intizamını pozduğuna görə “Elmi təminat və araşdırmalar” şöbəsinin Elmi ekspertiza sektorunun baş metodisti İddiaçı “töhmət” verilmiş və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 91/k/a saylı xx xxxx 2020-ci il tarixli əmrinə əsasən, Mərkəzin carı ilin aprel-5 may və 20 iyun-5 avqust tarixləri ərzində müvafiq əmri ilə tənzimlənən fəaliyyətində iştirak etmədikləri və qanunvericiliklə tənzimlənən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını icra etmədikləri üçün siyahıda (əlavə olunur) adları göstərilən əməkdaşlara xəbərdarlıq elan edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.3-cü maddəsinə əsasən İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflər əüzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı əmək müqaviləsi üzrə həvalə olunmuş əmək funksiyasını lazımı şəkildə icra etmiş və heç bir icra intizamını pozmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsaslı olduğuna görə təmin edilərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən İddiaçı 91/K nömrəli əmrlə verilmiş töhmət və xəbərdarlıq ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən İddiaçı 91/K nömrəli əmrlə verilmiş töhmət və xəbərdarlıq ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4963/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4963/2020
12.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver