Məhkəmə qərarları › İş №2(006)-4963/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4963/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4963/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25.05.2018-ci il tarixli, 126 nömrəli müqavilə üzrə öhdəliyin icra edilməsi vəzifəsinin qoyulması və öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 işlərin birləşdirilməsi barədə vəsatətlə müraciət edərək, icraatda olan 2(006)-4693/2021 saylı mülki işi həmin məhkəmənin hakimi Ceyhun Tağıyevin icraatında olan 2(006)-4097/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, tərəflərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ilə müraciət edilərək İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilinin söküldüyü 29 may 2020-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək hər ay üçün 400 manat kirayə haqqı məbləğinin ödənilməsi və 10.000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin 2(006)-4097/2021 saylı mülki iş məhkəmənin hakimi Ceyhun Tağıyevin icraatında olmaqla məhkəmə prosesi 22.07.2021-ci il tarixə saat 14:45-ə təyin edilmişdir. Eyni zamanda İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 nömrəli müqavilə üzrə öhdəliyin icra edilməsi vəzifəsinin qoyulması və öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən iddiaçına xeyrinə tutulması barədə iddia tələbimizə dair 2(006)-4693/2021 saylı mülki iş məhkəmənin icraatındadır. Göstərilən işlər bilavasitə bir-biri ilə əlaqəlidir, bir iş üzrə dəymiş zərər tələb edilir, digər iş üzrə öhdəliyin icrası. Göstərilənlərə əsasən hesab edir ki, Ceyhun Tağıyevin icraatında olan mülki iş daha əvvəl icraata götürüldüyündən icraatda olan 2 (006)-4693/2021 saylı mülki iş işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edəcəyindən həmin iş üzrə icraata birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili vəsatətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 vəsatətin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə müəyyən edilmiş kirayə haqqının ödənilməsi və s.” tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-4097/2021 saylı qərardadından (hakim Ceyhun Tağıyev) görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi 18.05.2021-cı il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası 31.05.2021-ci il tarixə, saat 17:25-ə təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın icraatına daxil olmuş 29.06.2021-ci il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2(006)-4963/2021 saylı qərardadından (hakim Cəmilə Musayeva) görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “Öhdəliyin icrası” tələbinə dair iddiası ərizəsi 29.06.2021-cı il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası 13.07.2021-ci il tarixə, saat 16:15-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçının işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, hazırda icraatda olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair 2(006)-4963/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə müəyyən edilmiş kirayə haqqının ödənilməsi və s.” tələbinə dair 2(006)-4097/2021 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair 2(006)-4963/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə müəyyən edilmiş kirayə haqqının ödənilməsi və s.” tələbinə dair 2(006)-4097/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərə 2(006)-4097/2021 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar