Məhkəmə qərarları › İş №2(006)-5008/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5008/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5008/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “evə köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onun övladları xx xxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2009-cu il təvəllüdlü X3 ilə birlikdə cavabdehlərin yaşadığı Nəsimi rayonu, 4-cü kərpic döngəsi, 8 saylı 5 otaqlı, bir mətbəx və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onunla cavabdehlərdən biri olan Cavabdeh3 arasında xx xxxxxx 2005-ci il tarixdə Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 408 saylı rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahlarından xx xxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2009-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə rəsmi nikahları Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan dünyaya gəlmiş xx xxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 onun yanında saxlanılması qət edilmişdir. Ailə qurduğu gündən Nəsimi rayonu, 4-cü kərpiç döngəsi, 8 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Onun özünə və uşaqlarına məxsus geyim və digər şəxsi əşyaları da mübahisəli fərdi yaşayış evində qalmışdır.Artıq neçə vaxtdır ki, iki övladı ilə birlikdə valideynlərinin yanında qalmağa məcbur olmuşdur. Neçə müddətdir ki, bu halın düzələcəyinə və 15 il köçüb yaşadığı evə yenidən qayıdacağına ümid etsə də, bu hal düzəlməmiş və cavabdehlər ona iki övladları ilə birlikdə həmin evə köçüb yaşamağına imkan verməmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərk iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olanAZ-İ 755997 və AZ-İİ 300132 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh3 və İddiaçı xx xxx 2006-cı il təvəllüdlü X2 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(012)- 488/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında Nəsimi rayon VVADQ Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2005-ci il tarixdə 408 saylı qeydə alınmış nikahın pozulması, xx xxx 2006-cı il təvəllüdlü X2 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi, Cavabdeh3 xx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxx 2006-cı il təvəllüdlü X2 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi ev 8, 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1252 nömrəli reyestr kitabının 114012 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi ev 8, 1 nömrəli mənzil xx.xx.2016-cı il tarixindən iş üzrə cavabdeh olan Cavabdeh2 mülkiyyətindədir. İddiaçı Cavabdeh3la xx.xx.2005-ci il tarixində rəsmi nikaha daxil olaraq həmin evə gəlin köçmüşdür. xx.xx.2017-ci il tarixində onların nikahı İddiaçı iddiası əsasında məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən, tərəflərin arasında yaranmış mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası MM-nın 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı mənzilin mülkiyyətçisi Cavabdeh2 ilə aralarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmasına və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair məhkəməyə heç bir sübut təqdim etmədi. Halbuki, MPM-nin 77.1-ci maddəsi əsasən, həmin halları sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ilə Cavabdeh3 arasında olan ailə münasibətlərinə xitam verilmiş və artıq uzun müddətdir ki, iddiaçı mübahiləsi mənzildə yaşamır. Odur ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün Qanunla müəyyən edilmiş əsasların mövcudluğu müəyyən edilmir. Belə olduğu halda, iddiaçının həmin mənzilə köçürülməsinı dair tələbi də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “evə köçürülmə tələbinə dair” iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaç ıİddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “evə köçürülmə tələbinə dair” iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar