Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-504/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı5 nümayəndəsi və vəkili (eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı3, Aslanova (Ələkbərova) Səbinə Kamal qızının vəkili) Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Aslanova (Ələkbərova) Səbinə Kamal qızı və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Aslanova (Ələkbərova) Səbinə Kamal qızı və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 43 paylı mülkiyyət hüququ əsasında iddiaçılara və cavabdehlərə məxsusdur. Buna dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış da mövcuddur. Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 43 nömrəli evdə iddiaçıların hər birinin 1/60 hissə payı vardır. İddiaçılara məxsus ev ayrıca hasar daxilində yerləşmişdir. Sənəd üzrə bir həyət göstərilsə də, faktiki olaraq qonşuların evi bölünmüşdür və hər biri ayrıca olaraq öz həyətinə və evinə malikdir. Belə olan halda ayrı-ayrı şəxslərə mənsub evlər bir ünvan kimi qeyd olunur. Hansı ki, bu da bütün mülkiyyətçilər üçün problem yaradır. Göstərilənlərə əsasən ünvan 1 ünvandakı iddiaçılara məxsus payda yerləşən fərdi yaşayış evinin naturada ayrılması və yeni ünvanın verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçılar iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvandakı onlara məxsus payda yerləşən fərdi yaşayış evinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı5 nümayəndəsi və vəkili (eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı3, Aslanova (Ələkbərova) Səbinə Kamal qızının vəkili) Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onların həmin ünvanlarda yaşamamaları səbəbindən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh6 və Cavabdeh7 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 43 Cavabdeh1 adına 1/24 hissə, Cavabdeh2 adına 3/12 hissə, Cavabdeh3 adına 1/12 hissə, Cavabdeh4 adına 3/12 hissə, İddiaçı1 adına 1/60 hissə, İddiaçı2 adına 1/60 hissə, İddiaçı3 adına 1/60 hissə, X1 adına 1/60 hissə, İddiaçı5 adına 1/60 hissə, Cavabdeh5 adına 1/12 hissə, Cavabdeh6 adına 1/24 hissə, Cavabdeh7 adına 1/12 hissə, Cavabdeh8 adına 1/12 hissə kimi daşınmaz əmlakın dövlət reyestr kitabında qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli, H/06-PLS saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 43 ünvanında yerləşən mənzilin tərəflərin paylarına münasib real bölgüsü texniki cəhətdən mümkündür. Ekspert tətqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 43 iddiaçılar ilə cavabdehlərin paylı mülkiyyətindədir, hazırda iddiaçılar yaşayış sahəsinin real bölgüsünün aparılmasını tələb edir, ekspert rəyinə əsasən həmin mənzilin tərəflərin paylarına uyğun bölünməsi (faktiki olaraq bölünmüş vəziyyətdədir) texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Eyni Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilin tərəflər arasında paylarına uyğun real bölgüsü texniki cəhətdən mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1, İddiaçı2, İddiaçı3, Aslanova (Ələkbərova) Səbinə Kamal qızı, İddiaçı5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tərəflərin paylarına uyğun naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza haqqı olan 200 (iki yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Aslanova (Ələkbərova) Səbinə Kamal qızı və İddiaçı5 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respüblikası MPM-nin 216-220-ci maddələrin rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, Aslanova (Ələkbərova) Səbinə Kamal qızı, İddiaçı5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tərəflərin paylarına uyğun naturada bölünsün. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza haqqı olan 200 (iki yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Aslanova (Ələkbərova) Səbinə Kamal qızı və İddiaçı5 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-504/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-504/2021
02.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver