Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5040/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Rəhimova Rövşanə Vaqif qızının iştirakı ilə İddiaçı cavabdeh «X3 ve X1»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «aylıq ödənişin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X3 ve X1»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «aylıq ödənişin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X3 ve X1»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ona xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmaqla, hər ay 400 manat məbləğində aylıq ödənişin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixə kimi «USTAY» podrat müqaviləsi əsasında X2 parkında «Sumqayıt Polimer» zavodunun inşasını həyata keçirir. Həmin zavodun tikintisində elektrik ustası kimi boruların çəkilməsində iştirak etmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə, zavodda baş verən bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Xəsarət faktı üzrə Sumqayıt şəhər Prokurorluğunun xx xxxxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, ona maddi təzminat və müavinat almaq hüquqları izah edilmişdir. Onun həmin məsələ ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və həmin idarənin xx xxxxx 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə yaradılmış komissiya tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il, 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na müvafiq olaraq onun əmək vəzifələrinin icrası zamanı xəsarət alması ilə əlaqədar bədbəxt hadisə təhqiq edilmiş, hadisə istehsalatda baş vermiş hadisə kimi İZ formalı aktla rəsmiləşdirilərək «X3 ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı nümayəndəliyində uçota alınmışdır. Təhqiqatın gedişində işəgötürən tərəfindən onun «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tikinti-quraşdırma şirkətində elektrik ustası vəzifəsində işləmişdir. «Ustay» şirkəti haqqında Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanununun tələblərinə müvafiq qaydada icbari sığorta olunmadığı müəyyən edilmiş və bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda Komissiya tərəfindən «X3 ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərliyinə bədbəxt hadisə ilə bağlı zərərə görə ödəncin verilməsi barədə məktub göndərilmişdir». Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin «X3 ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanlanmış məktubuna dair onlar tərəfindən edilmiş müvafiq sorğuya cavab məktubunda şirkət bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə şirkət tərəfindən ona 2.470 manat məbləğində maddi yardım edildiyindən, ona hər hansı əlavə ödənişin olunması nəzərdə tutulmur. Bildirmək istəyir ki, işlədiyi şirkətdə baş vermiş bədbəxt hadisə nəticəsində ona 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. Əmək qabiliyyətini itirmə faizi isə 40 % müəyyən edilmişdir. Müayinə zamanı həkimlər də ona bildirmişlər ki, bir-neçə il müddətində ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul ola bilməyəcək. Vaxtilə işlədiyi şirkətin rəhbərliyi onu əmin etmişdir ki, ona ödədikləri 2.470 manatdan əlavə yenə də yardımlar edəcəklər, aylıq müavinat belə təyin edəcəklər. Əfsuslar olsun ki, onlar verdikləri sözə əməl etməmişlər. Nəticədə o, çox acınacaqlı və çətin vəziyyətdə qalmışdır. 3-cü qrup əlilliklə bağlı aldığı pensiya onun və ailə üzvlərinin tələbatını ödəmir. Hazırda başqa işlə də, məşğul ola bilmədiyindən çox acınacaqlı vəziyyətdədirlər. İşlədiyi şirkət isə vaxtilə ona yalan vədlər verərək, onlara etibarından sui-istifadə etmişlər. Edilən müraciətlərə cavabda isə verdikləri sözü danaraq, formal cavab verirlər. Ona birdəfəlik verdikləri 2.470 manat pulla nə qədər müddətə davam gətirə bilərlər? O, işləyə bilmədiyinə görə, evə başqa maddi gəlir gətirən yoxdur. Şirkət isə ona qanunla ödəməli olduğu aylıq müavinəti cəməkdən imtina edir. Onun həmin şirkətdə aylıq əmək haqqı 1.000 manat olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 24cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin - hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 3 nömrəli qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılınası barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərər çəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərər çəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərər çəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər «pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.2-ci maddəsinə əsasən zərər çəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə - mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. Həmin Qərarın 3.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərər çəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərər çəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə heesablanır. Zərər vurulanadək zərər çəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərər çəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Rəhimova Rövşanə Vaqif qızı məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, şirkət tərəfindən iddiaçıya maddi yardım edilməsi səbəbi ilə birdəfəlik ödəniş həyata keçirilmişdir, bununla da şirkətin iddiaçı qarşısında hərhansı öhdəliyi qalmamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli istehsalatda bədbəxt hadisə haqqında 3 saylı aktdan görünür ki, İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdə saat 17.00-da iş yerində «Bilediq Sillo» sahəsində turbin borularını bir-birinin içərisinə keçirərkən sol əli sürüşərək həmin boruya dəymiş və nəticədə sol əlindən xəsarət almışdır. İş yoldaşlarının köməkliyi ilə zərər çəkən tikinti sahəsinin həkiminə çatdırılmış, orada ilkin yardım göstərildikdən sonra Sumqayıt şəhərində yerləşən «Unikal Klinika»sına aparılmışdır. İstehsalatda bədbəxt hadisə nəticəsində zərər çəkmiş – xəsarət almış İddiaçı müayinə və müalicəsi ilə bağlı müvafiq tibbi sənədlər, həmçinin TSEK-də şəxsi müayinənin nəticələrinə görə iddiaçıya üçüncü əlillik dərəcəsi təyin edilmişdir. Əlillik müddətsiz təyin edilmişdir. İddiaçı əmək qabiliyyətinin 40 %-ni itirmişdir. İddiaçı hüququ çatan aylıq ödənişin ona verilməsi üçün cavabdehə rəsmi şəkildə müraciət etmiş, ona 2.470 manat maddi yardım edilməsi səbəbi ilə aylıq ödəniş verilməsindən imtina edilmişdir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 3 nömrəli qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılınası barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərər çəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərər çəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərər çəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər «pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.2-ci maddəsinə əsasən zərər çəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə - mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. Həmin Qərarın 3.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərər çəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərər çəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə heesablanır. Zərər vurulanadək zərər çəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərər çəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Göründüyü kimi, iddiaçıya hər ay əmək haqqının 40 %-i həddində ödəniş verilməlidir. İddiaçı ona 1.000 manat əmək haqqı verildiyini iddia etsə də, məhkəməyə təqdim edilmiş əmək müqaviləsindən göründüyü kimi, iddiaçıya hər ay 450 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. 450 manat əmək haqqının 40 %-i 180 manat təşkil etməklə, qeyd olunan məbləğin hər ay iddiaçıya verilməsi qanunvericiliyə əsasən təmin edilməlidir. Ödənişlərin verilməsi xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, iddiaçıya verilməli olan aylıq ödəniş iddiaçının əmək haqqı məbləğinə mütənasiblik təşkil edir və iddiaçının rəsmi əmək haqqı 1.000 manat deyil, 450 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 180 manat ödəniş (zərər çəkənin 450 manat aylıq əmək haqqının 40 %-i həddində) cavabdeh «X3 ve X1»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 180 manat ödəniş (zərər çəkənin 450 manat aylıq əmək haqqının 40 %-i həddində) cavabdeh «X3 ve X1»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5040/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5040/2020
26.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver