Məhkəmə qərarları › İş №2(006)-505/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-505/2023

16.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-505/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmağı barədə Cavabdeh xx.xx.2021-ci il tarixli, 485/K №-li və xx.xx.2021-ci il tarixli, 805/K №-li əmrlərinin ləğv edilməsi, onun Cavabdeh məhkəmə təbabəti kafedrasına dossent vəzifəsinə xx.xx.2023-cü il tarixə kimi bərpa olunmağı və xx.xx.2022-ci il tarixdən məcburi iş buraxmağa görə əmək haqqının və 50 manat mediasiya xərcinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1991-ci ildə Cavabdeh tibbi profilaktika fakultəsinə daxil olmuş, 1997-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. Dövlət komissiyası tərəfindən ona 1997-ci ildə məhkəmə-tibb eksperti ixtisası verilmiş və bir il müddətində 1997-1998-ci illərdə Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyində tam internatura kursu keçərək, həmin kursu müvəffəqiyyətlə bitirmişdir. 1998-2000-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Məhkəmə Tibb Ekspertiza Mərkəzində məhkəmə tibb eksperti vəzifəsində leytenant rütbəsində hərbi xidmətdə olmuşdur. 2000-2003-cü illərdə Cavabdeh aspirantura şöbəsində məhkəmə təbabəti ixtisası üzrə aspiranturanı müvəffəqiyyətlə bitirmiş, dissertasiya müdafiə etdiyinə görə 2004-cü ilin fevralın 20-də Cavabdeh məhkəmə təbabəti kafedrasına assisent vəzifəsinə təyin olunmuşdur. Həmin vaxtdan azadlıqdan məhrum olunana kimi həmin universitetdə müsabiqə yolu ilə davamlı olaraq seçilərək müəllim vəzifəsində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında X1 Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasını bitirmişdir. Yekun dissertasiya işini müvəffəqiyyətlə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2008-ci il tarixli qərarı ilə ona tibb elmləri namizədi dərəcəsi verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh məhkəmə təbabəti kafedrasına elan olunmuş vakant yerə müsabiqədə Universitetin Elmi şurasının qərarı ilə təsdiq olunmuş və həmin qərara uyğun olaraq Cavabdeh xx.xx.2018-ci il tarixli, 435/K saylı əmrinə əsasən, müsabiqədən keçməyi ilə əlaqədar 5 il müddətinə qeyd etdiyi kafedraya dossent vəzifəsinə keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020ci il hökmünə əsasən, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 08 noyabr –Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən, 6 ay azaldılmış, üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən kassasiya protesti təmin edilməmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmağı barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə hökm və qərarına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 485/K və xx.xx.2021-ci il tarixli, 805/K əmrləri ilə cavabdeh təşkilatla olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. xx.xx.2022-ci ildə Cavabdehnə müraciət edərək işdən azad olunmağı barədə əmrləri və əmək kitabçasını götürmüş və əvvəlki vəzifəsinə təyin olunmağı barədə Cavabdeh rektoruna ərizə ilə müraciət etmiş, lakin Cavabdeh xx.xx.2022-ci il tarixli, xx-xx/1577 saylı rəsmi cavabı ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın ərizəsinə verdiyi imtina cavabı əsassız və qeyri-qanunidir. Çünki, qeyd etdiyi kimi o, Cavabdeh xx.xx.2018-ci il tarixli, 435/K saylı əmrinə əsasən, müsabiqədən keçməyi ilə əlaqədar 5 il müddətində həmin universitetin məhkəmə təbabəti kafedrasına dossent vəzifəsinə təyin olunmuşdur. 5 il müddəti isə xx.xx.2023-cü ildə bitir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən, iradəsindən və istəyindən asılı olmayan səbəbə görə işdən çıxarıldığına görə xx.xx.2023cü il tarixə kimi Cavabdeh məhkəmə təbabəti kafedrasına dossent vəzifəsinə bərpa olunmalıdır. Belə ki, hökmlərdə onun əmək fəaliyyəti ilə əlaqədar hər hansı bir məhdudiyyət qoyulmamışdır. Eyni zamanda işə bərpa olunmağı ilə əlaqədar hər hansı bir hüquqi maneə də yoxdur. İşə bərpa ilə əlaqədar Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmiş, lakin xx.xx.2022-ci il, saat 13:45-14:00-a təyin edilmiş mediasiya sessiyasında cavabdeh tərəfin nümayəndəsi mübahisənin orada həllinə razılıq verməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, onun işdən çıxarılmağı barədə Cavabdeh xx.xx.2021-ci il tarixli, 485/K №-li və xx.xx.2021-ci il tarixli, 805/K №-li əmrlərinin ləğv edilməsi, onun Cavabdeh məhkəmə təbabəti kafedrasına dossent vəzifəsinə xx.xx.2023-cü il tarixə kimi bərpa olunmağı və xx.xx.2022-ci il tarixdən məcburi iş buraxmağa görə əmək haqqının və 50 manat mediasiya xərcinin cavabdeh təşkilatdan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh məhkəmə təbabəti kafedrasında dosent vəzifəsində işləmiş İddiaçı xx.xx.2020-ci il tarixində azadlıqdan məhrum edilmişdir. Mevliyevin azadlıqdan məhrum edilməsi barədə hökmün qanuni qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(105)-231/2021 saylı qərarını əsas tutaraq universitet rektorunun xx.xx.2021-ci il tarixli, 805/K əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci “ç” maddəsinə müvafiq olaraq onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Mevliyevin işə bərpa olunması ilə bağlı müraciətlərinə dəfələrlə bildirilmişdir ki, işə bərpası ancaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) təqsirli bilinərək onun barəsində azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmü ilə bağlı bəraət verildikdə mümkün ola bilər. Hal-hazıradək bəraətlə bağlı heç bir məhkəmə qərarı yoxdur. Bundan irəli gələrək, Mevliyevi məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbi də əsassızdır. Halhazırkı vəziyyətdə Mevliyev ancaq ümumi qaydada işə qəbul oluna bilər. Cavabdehndə digər ali təhsil müəssisələrində olduğu kimi professor-müəllim heyətinin işə qəbulu Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 401 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə əsasən müsabiqə yolu ilə həyata keçirilir. Mevliyevə dəfələrlə bildirilmişdir ki, Cavabdehndə müvafiq vəzifə üzrə müsabiqə elan olunduqda onunda müsabiqədə iştirak hüququ vardır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, iddiaçının şikayəti əsasında onlar tərəfindən yoxlama aparılmış və işçinin Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndi ilə işdən çıxarılması halı öz təsdiqini tapmışdır. İşçinin yenidən Cavabdehndə işləməsinə heç bir məhdudiyyət yoxdur. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada işçi müsabiqələrdə iştirak edərək, yenidən işləmək hüququ vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilən 05 dekabr 2018-ci il tarixli, 435/K №-li Əmrdən çıxarışdan görünür ki, İddiaçı TEN, Məhkəmə təbabəti kafedrasının assistenti, müsabiqədən keçməsi ilə əlaqədar xx.xx.2018-ci il tarixindən 5 il müddətinə dosent vəzifəsinə keçirilmişdir. Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020ci il tarixli, 1(101)-393/2020 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, İddiaçı ibtidai araşdırma dövründə tutulduğu 2 gün təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, İddiaçı cəzaçəkmə müddətinin başlanğıcının 06 noyabr 2020-ci il tarixdən hesablanması, İddiaçı barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, İddiaçı ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı hazırkı cinayət işi üzrə X4 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddət ərzində 122.874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilən 16 sentyabr 2021-ci il tarixli, 485/K №-li Əmrdən çıxarışdan görünür ki, Məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xx.xx.2021-ci il tarixindən xitam verilmiş, əsas kimi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 31/104 №-li məktubu və Azərbaycan Respublikasının adından Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-393/2020 saylı Hökmü olmuşdur. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 1(105)-231/2021 saylı Qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmündən dövlət ittihamçısı X12 tərəfindən verilmiş apellyasiya protestinə, təqsirləndirilən şəxs İddiaçı, onun müdafiəçisi X13 və zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılaraq, apellyasiya protestinin təmin edilməməsi, apellyasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 1(101)-393/2020 saylı Hökmünün dəyişdirilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmü ilə İddiaçı təyin olunmuş 02 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının 08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən 06 ay azaldılması, onun üzərində qəti olaraq, 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilən 27 dekabr 2021-ci il tarixli, 805/K №-li Əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(105)-231/2021 saylı qərarı əsas tutularaq, Cavabdeh üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrə dəyişiklik edilmiş, məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xitam verilməsi tarixi xx.xx.2021-ci il hesab edilmiş, əsas kimi isə Azərbaycan Respublikasının Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(105)-231/2021 saylı qərarı olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1(102)-871/2022 saylı Qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan İddiaçı məxsus ******* №-li Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 435/K saylı əmrlə müsabiqədən keçməsi ilə əlaqədar 5 il müddətinə dosent vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrlə Əmək müqaviləsinə AR ƏM-nin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, xx.xx.2021-ci il tarixli, 805/K saylı əmrlə ATU-nun xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrinə dəyişiklik edilərək əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2021ci il hesab edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 7(003)-1622/2022 saylı Qərarına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkum İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsi təmin edilmiş, məhkum İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilən, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarı ilə 01 il 11 ay 28 gün həddində müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 29 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 522 №li Arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, 17 saylı Cəzaçəkmə müəssisəsində xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək cəza müddətini çəkib və Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmuşdur. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmü ilə azadlıqdan məhrum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən onun cəza müddəti azaldılsa da, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və qərar həmin andan qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən, universitetin rektorunun əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, ona universitetdə müvafiq vəzifə üzrə müsabiqə elan olunduqda müsabiqədə iştirak etmək hüququ bildirilmişdir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən AR ƏƏSMN DƏMX Bakı şəhər İdarəsinin rəis müavini Araz Bayramzadəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı azadlığa çıxandan sonra müraciət edən kimi (xx.xx.2022ci il tarixində) ona əmək kitabçası verilmişdir. Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən 11 noyabr 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, tərəflər qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirak etmiş, lakin onlar arasında razılıq əldə edilməmişdir (Mediator: Z.Əmrahov). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı müsabiqədən keçməsi ilə əlaqədar 05 dekabr 2018-ci il tarixli, 435/K №-li Əmrlə Cavabdehndə xx.xx.2018-ci il tarixindən 5 il müddətinə dosent vəzifəsinə keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 1(101)-393/2020 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin müvafiq maddəsi ilə xitam verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 1(105)-231/2021 saylı Qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmünün dəyişdirilməsi, ona təyin olunmuş 02 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının 08 noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən 06 ay azaldılması, 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra cavabdeh tərəfindən əvvəlki əmrə dəyişiklik edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2021-ci il hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1(102)-871/2022 saylı Qərarına əsasən isə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarından verilmiş kassasiya protesti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 7(003)- 1622/2022 saylı Qərarına əsasən, İddiaçı azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 29 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İddiaçı hazırda onu mübahisələndirir ki, xx.xx.2018-ci il tarixli, 435/K saylı əmrinə əsasən müsabiqədən keçməyi ilə əlaqədar 5 il müddətinə dosent vəzifəsinə təyin olunmuşdur. 5 il müddəti isə xx.xx.2023-cü ildə bitir. Hesab edir ki, onun iradəsindən və istəyindən asılı olmayan səbəbə görə işdən çıxarıldığına görə, xx.xx.2023-cü il tarixə kimi Cavabdeh məhkəmə təbabəti kafedrasına dosent vəzifəsinə bərpa olunmalıdır. Belə ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qərar və hökmündə onun əmək fəaliyyəti ilə əlaqədar hər hansı bir məhdudiyyət qoyulmamışdır. Cavabdehin nümayəndəsi etiraz edərək bildirdi ki, iddiaçı barəsində hal-hazıradək bəraətlə bağlı heç bir məhkəmə qərarı olmadığından Cavabdeh tərəfindən verilən əmrlər qanuni şəkildə olmuşdur. Məhkəmə ilk növbədə iddiaçının işdən çıxarılmağı barədə Cavabdeh xx.xx.2021-ci il tarixli, 485/K №-li və xx.xx.2021-ci il tarixli, 805/K №-li əmrlərinin ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Həmin Məcəllənin) 11ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 50-ci maddəsinin 6-cı bəndinə əsasən, müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinə əsasən, tərəflərin iradəsindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsinin bir sıra halları vardır ki, onlardan biri də işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmünün qanuni qüvvəyə minməsi halıdır. Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə onun azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olması əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmü ilə İddiaçı barəsində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, hökmdən elan olunduğu, İddiaçı isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bildiyi qeyd edilmişdir. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş 16 sentyabr 2021-ci il tarixli, 31/104№-li məktubdan göründüyü kimi hökmün çıxdığı vaxtdan 10 ay keçdikdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli Hökmün surəti xx.xx.2021-ci il tarixdə 31/104№-li məktubla Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna göndərilmişdir. Bundan sonra cavabdeh tərəfindən 16 sentyabr 2021-ci il tarixli, 485/K №-li Əmrlə məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xx.xx.2021-ci il tarixindən xitam verilmişdir. Sonradan İddiaçı və eyni zamanda dövlət ittihamçısı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmündən apellyasiya şikayəti və apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarına əsasən, İddiaçı cəzası 06 ay azaldılmış, qalan 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Elə bundan sonra cavabdeh tərəfindən 27 dekabr 2021-ci il tarixli, 805/K №-li Əmrlə xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrə dəyişiklik edilmiş, məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xitam verilməsi tarixi xx.xx.2021-ci il hesab edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən 16 sentyabr 2021-ci il tarixli, 485/K saylı əmr Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmü əsasında, xx.xx.2021-ci il tarixli, 805/K saylı əmr isə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Qərarı əsasında verilmişdir. İddiaçının bu məsələdə istinad etdiyi dəlillər isə məhkəmə tərəfindən əsassız hesab edilir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Tibb Universiteti tərəfindən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdir. Bu səbəbdən iddiaçının xx.xx.2021-ci il tarixli, 485/K №-li və xx.xx.2021-ci il tarixli, 805/K №-li əmrlərinin ləğv edilməsi, onun Cavabdeh məhkəmə təbabəti kafedrasına dosent vəzifəsinə xx.xx.2023-cü il tarixə kimi bərpa olunması və xx.xx.2022-ci il tarixdən məcburi iş buraxmağa görə əmək haqqının tutulması barədə iddia tələbi əsassızızdır və təmin edilməməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Ali Təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə əsasən, ali təhsil müəssisələrində professor-müəllim heyətinin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Odur ki, İddiaçı Cavabdehndə müvafiq vəzifə üzrə müsabiqə elan olunduqda həmin müsabiqədə iştirak etmək hüququ vardır. Məhkəmə iddia tələbinin “50 (əlli) manat mediasiya xərcinin cavabdeh təşkilatdan alınıb ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələbin bu hissəsi məhkəmə xərcləri ilə bağlı olduğundan və iddia təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar