Məhkəmə qərarları › İş №2(006)-5061/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5061/2025

30.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5061/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 1 saylı Bakı “Asan Xidmət” X2 maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. Ərizəçi babası Ağayev Abdurəhman (Abdurəhim) Əli oğlunun xx.xx.1990-cı il tarixli İV-JQ serialı 279087 nömrəli ölüm haqqında şəhadətnamədə “Abdurəhman” adının “Abdurəhim” olma faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

2. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, o, 1 saylı “Asan Xidmət” Mərkəzinə müraciət etmiş və ona ölüm şəhadətnaməsində adın səhv qeyd olunduğunu bildirmişlər. Ölüm haqqında şəhadətnamə hazırda onda yoxdur. Ərizəçi iş üzrə icraata xitam verilməsinə etiraz etmədi.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, maraqlı şəxs 1 saylı “Asan Xidmət” X1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

4. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları, məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

5. 1 saylı Bakı “Asan Xidmət” X2 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçinin müraciətinə aşağıdakı məzmunda cavab verilmişdir: “Sənədlərin yoxlanılması nəticəsində aşkar olunmuşdur ki, müraciətiniz zamanı təqdim etdiyiniz xx.xx.1990-cı il tarixli İV-JQ 279087 seriya və nömrəli ölüm haqqında şəhadətnamədə adı “Əbdürrəhim” kimi yazılmasına baxmayaraq Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1990-cı il tarixli 90 saylı ölüm haqqında akt qeydində adı “Abdurəhman” kimi qeyd edilmişdir. Eyni zamanda onun övladının doğum haqqında akt qeydində də ata adı “Abdurəhim” kimi qeyd edilmişdir. Sənədlərdəki ziddiyyətin mövcudluğunu və dəyişiklik üçün zəruri əsasların olmadığını nəzərə alaraq bildiririk ki, Ağayev Abdurəhman (Abdurəhim) Əli oğlunun ölüm haqqında akt qeydində adının “Abdurəhman”-dan “Abdurəhim”-ə dəyişiklik edilməsi tərəfimizdən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.”

6. Beləliklə, müəyyən edilir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarında yalnışlığa yol verilmişdir və bu aktlarda düzəliş edilməsi həmin aktların qeydiyyatını aparmış orqanların özləri tərəfindən həyata keçirilməlidir. b) Tətbiq edilən hüquq və iş üzrə gəlinən nəticə:

7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 307.1 və 307.2, 307.2.5. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarı: 2.2. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 15.4-cü bənd. İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1-ci maddə. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1-ci maddə. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”: İİ-İ bənd. Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti olan digər dövlət orqanları inzibati orqandır.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.1-ci maddə. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir;

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 261.0.1-ci maddə. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddə. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddə. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

14. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi 1 saylı Bakı “Asan Xidmət” X2 maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi faktının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Nəticə:

15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Ərizəçi 1 saylı “Asan Xidmət” X2 maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi faktının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul iddiaçı Ərizəçi geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah olunsun ki, hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir və işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar