Məhkəmə qərarları › İş №2(006)-5063/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5063/2020

05.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5063/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Ərizəçi2 Qorxmaz qızının və Ərizəçi1 Qorxmaz qızının nümayəndəsi X1 iştirakı ilə, ərizəçilər Ərizəçi1 Qorxmaz qızı və Ərizəçi2 Qorxmaz qızının Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə "doğum haqqında akt qeydləri kitabında müvafiq düzəlişlərin aparılması" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 Qorxmaz qızı və Ərizəçi2 Qorxmaz qızı məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydində müvafiq düzəliş edilməsinə - Ərizəçi1 Qorxmaz qızının və Ərizəçi2 Qorxmaz qızının doğum tarixinin "xx.xx.1996" kimi, soyadlarının isə “Araz” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar - əkiz bacılar Ərizəçi1 Qorxmaz qızı və Ərizəçi2 Qorxmaz qızı 1996-cı il yanvar ayının 1-də anadan olmuşlar. Onların doğum haqqında şəhadətnamələrində, şəxsiyyətlərini təsdiq edən sənədlərdə və digər sənədlərdə soyadları və doğum tarixləri düzgün yazılmışdır. Ərizəçi1 Qorxmaz qızı “İrəli” İctimai Birliyinin həyata keçirdiyi proqram çərçivəsində Birliyin nümayəndəsi qismində xx xxxxxxx 2020-ci ildə Avstriya Respublikasına getməlidir. Sənədlərinin hazırlanması prosesində aydın olmuşdur ki, Avstriyada müvəqqəti oturum icazəsi üçün doğum şəhadətnaməsinin apostilinə ehtiyac var. Avstriya Respublikası kağız daşıyıcıda olan şəhadətnamənin deyil, bərk örtüklü şəhadətnamənin apostilini qəbul edir. Onun doğum şəhadətnaməsi kağız formatda olduğundan apostil üçün onu dəyişdirmək zərurəti yarandı. Onlar müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin aydın olmuşdur ki, doğum haqqında akt qeydində - Ərizəçi1 Qorxmaz qızının doğum tarixi kimi 1996-cı ilin oktyabr ayı, Ərizəçi2 Qorxmaz qızının doğum tarixi kimi 1997-ci ilin iyun ayı, bacıların soyadları isə “İbrahimova” kimi yazılmışdır. Qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamələrini dəyişdirə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 Qorxmaz qızı və Ərizəçi1 Qorxmaz qızının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan XX-JQ seriyalı, 289083 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında qeydiyyat Şamaxı rayon İHB Meysəri kənd üzrə nümayəndəliyi tərəfindən xx.xx.1996-cı il tarixdə 14 nömrəsi ilə aparılmışdır. İş materiallarında olan XX-JQ seriyalı, 289084 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında qeydiyyat Şamaxı rayon İHB Meysəri kənd üzrə nümayəndəliyi tərəfindən xx.xx.1996-cı il tarixdə 15 nömrəsi ilə aparılmışdır. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1996-cı il tarixində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1996-cı il tarixində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1996-cı il tarixli, 14 №-li akt qeydinin surətindən görünür ki, X3 xx.xx.1996-cı il tarixində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1997-cİ il tarixli, 06 №-li akt qeydinin surətindən görünür ki, X4 xx.xx.1997-ci il tarixində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, ərizəçilərin soyadının “Araz”, doğum tarixinin isə xx.xx.1996-cı il olması məhkəmə araşdırması zamanı tədqiq edilmiş müxtəlif sənədlərlə təsdiq edilmişdir. Buna baxmayaraq Ərizəçi1 məxsus doğum akt qeydi kitabında ərizəçinin soyadı səhvən İbrahimova, doğum tarixi barədə məlumatlar qrafasında isə doğum tarixi “xx xxxxxxx 1996-cı il” kimi, Ərizəçi2 məxsus doğum akt qeydi kitabında ərizəçinin soyadı səhvən İbrahimova, doğum tarixi barədə məlumatlar qrafasında isə doğum tarixi “xx xxxx 1997-ci il” kimi göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi1 Qorxmaz qızı barədə Şamaxı rayon İHB Meysəri kənd üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 1996-cı il tarixdə, Ərizəçi2 Qorxmaz qızı barədə isə Şamaxı rayon İHB Meysəri kənd üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 1997-ci il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilməli, Ərizəçi1 məxsus doğum haqqında akt qeydində ərizəçinin soyadı “İbrahimova”dan “Araz”a, doğum tarixi isə “xx xxxxxxx 1996-cı il”dən “xx xxxxxx 1996-ci il”ə, Ərizəçi2 məxsus doğum haqqında akt qeydində isə ərizəçinin soyadı “İbrahimova”dan “Araz”a, doğum tarixi isə “xx xxxx 1997-ci il”dən “xx xxxxxx 1996-ci il”ə dəyişdirilməli, edilmiş düzəliş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydə alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi1 barədə Şamaxı rayon İHB Meysəri kənd üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 1996-cı il tarixli doğum haqqında akt qeydində düzəliş edilsin və doğum haqqında akt qeydində Ərizəçi1 soyadı “İbrahimova”dan “Araz”a, doğum tarixi isə “xx xxxxxxx 1996cı il”dən “xx xxxxxx 1996-ci il”ə dəyişdirilsin. Ərizəçi2 barədə Şamaxı rayon İHB Meysəri kənd üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 1997-ci il tarixli doğum haqqında akt qeydində düzəliş edilsin və doğum haqqında akt qeydində Ərizəçi2 soyadı “İbrahimova”dan “Araz”a, doğum tarixi isə “xx xxxx 1997-ci il”dən “xx xxxxxx 1996-ci il”ə dəyişdirilsin. Edilmiş düzəliş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar