Məhkəmə qərarları › İş №2(006)-5089/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5089/2025

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5089/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X24 qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində 1 saylı Bakı “ASAN Xidmət” X3 cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 1 saylı Bakı “ASAN Xidmət” X3 cəlb etdiyi “doğum faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin Bakı şəhərində xx.xx.2018-ci il tarixdə və xx.xx.2024-cü il tarixdə iki oğlan uşağı doğmağını müəyyən etməklə, onlara doğum haqqında şəhadətnamə verərkən adının xx.xx.2018-ci il tarixdə doğulan uşağın Uğur və xx.xx.2024-cü il tarixdə doğulan uşağın adı Tuncay, soyadlarının Yusibov, atalarının adının X13, olması, analarının adının Ərizəçi olması, atasının, anasının və uşaqların milliyyətinin azərbaycanlı, uşaqların adının soyadının ata adının xx.xx.2018-ci il təvəllüdlü X17 və xx.xx.2024-cü il təvəllüdlü X14 qeyd etməklə doğum faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1991-ci tarixində Bakı şəhərində anadan olmuşdur. X10 ilə qeyri-rəsmi nikahla ailə qurmuşlar. Bu nikahdan xx.xx.2018-ci il təvəllüdlü X17 və xx.xx.2024-cü il təvəllüdlü X14 anadan olmuşdur. Çox təəssüf ki, yaranan müəyyən problemlərdən dolayı övladlarına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Yaranan problemlərdən biri də X10 atalığın müəyyən edilməmişdir. Tək anadır. Uşaqları tək böyüdür. Buna görə də bu vaxta qədər doğum haqqında şəhadətmanə alınmasında gecikmişdir. Böyük oğlu xx.xx.2018-ci il təvəllüdlü X17 məktəb fəaliyyətinə başlayır. Bu səbəbdən dolayı uşağın məktəb fəaliyyətinə başlaması üçün övladının doğum haqqında şəhadətnaməsi tələb edilir. Uşaqların doğumu ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Doğum evinin Xəstəxanasının doğum şöbəsinin doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X17 üçün xəstəxana tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Halbuki övladı X12 Respublika xəstəxanasında doğulmuşdur. Sənədlərin verilməməsinə səbəb olaraq ana adı düzgün qeyd edilməməsidir. Ərizəçinin adını Ərizəçi qeyd edilmə əvəzinə X2 qeyd etmişlər. X12 Respublika xəstəxanasına müraciət etdikdə ərizəçiyə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi X26 Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X26i 25 avqust 2025-ci il tarixli 18-1-312-Y- 1125-42-649\2025 saylı cavabda bildirmişdir ki, ərizəçinin övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X26in Ümumi şöbəsinin Arxiv bölməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixində stasionar müayinə və müalicə olunmağı haqqında Arxiv qeydiyyat kitablarına baxış keçirilmiş, lakin heç bir məlumat aşkar edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X26in Ümumi şöbəsinin Arxiv bölməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciəti aidiyyəti üzrə baxılmışdır. İkinci övladı xx.xx.2024-cü il təvəllüdlü X14 doğumu ilə bağlı sənədlər təqdim edilmişdir. Lakin doğum haqqında şəhadətnamə verilməməsinə səbəb olaraq göstərilmişdir ki, ərizəçinin, yəni Ərizəçi doğum tarixində xx.xx.1991-ci il təvəllüd əvəzinə xx.xx.1995-ci il təvəllüd qeyd edilmişdir. Ərizəçi övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı "Asan Xidmət" X4 müraciət etdikdə imtina cavabı olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il təvəllüdlü oğlu və xx.xx.2024-cü il təvəllüdlü oğlunun doğumunun qeydə alınması ilə bağlı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 N-li qərarı ilə təsdiq edilmiş "X5nın dövlət qeydiyyatı Qaydası" doğumun qeydə alınması bölməsinin 2.5.3 bəndinə əsasən doğumun dövlət qeydiyyatına alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və 2.5.4 bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Həmçinin, ərizəçi yuxarıda göstərilən sənədləri təqdim edə bilmədiyinə görə, bu Qaydanın 2.6 bəndinə müvafiq olaraq, doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Doğum haqqında şəhadətnamənin olmasını şəhadətnaməni görən şahidlər də təsdiq edə bilərlər. Böyük oğlu xx.xx.2018-ci il təvəllüdlü X17 Bakı şəhərində anadan olmuşdur. Adının Uğur soyadının Yusibov kimi yazılmasını, ata adının X10, ananın isə Ərizəçi atanın milliyyəti azərbaycanlı, ananın milliyyəti, azərbaycanlı yazılmasını və doğulmağı ilə bağlı doğum haqqında şəhadətnamənin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İkinci oğlu xx.xx.2024-cü il təvəllüdlü X14 Bakı şəhərində anadan olmuşdur Adının Uğur soyadının Yusibov kimi yazılmasını, ata adının X10, ananın isə Ərizəçi atanın milliyyəti azərbaycanlı, ananın milliyyəti azərbaycanlı yazılmasını və doğulmağı ilə bağlı doğum haqqında şəhadətnamənin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmənin əvvəlki iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi bildirdi ki, o, hər iki doğuşu xəstəxanada keçirmişdir, lakin birinci dəfə onun adı, ikinci dəfə isə doğum tarixi xəstəxanaya qohumları tərəfindən səhv bildirilmişdir. Həmin vaxt şəxsiyyətini təsdiq edən sənəd olmamışdır. Sonradan isə şəxsiyyət vəsiqəsi əldə etmişdir. Hazırda iki övladı sağlamdır və uşaq poliklinikasında qeydiyyatdadır. Lakin heç kim ona sənəd vermir. Uşağı məktəbə getməlidir, sənədi yoxdur. Maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Müvəqqəti qeydiyyat vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, xx.xx.2025-ci il tarixədək yoxlanılmış arxiv məlumatlarına əsasən Ərizəçi anadan olan oğlan övladı barəsində “X5” X1 Sistemində və 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydləri aşkar olunmamışdır. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 N-li qərarı ilə təsdiq edilmiş "X5nın dövlət qeydiyyatı Qaydası"nın doğumun qeydə alınması bölməsinin 2.5.3. bəndinə əsasən doğumun dövlət qeydiyyatına alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və 2.5.4 bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Yuxarıda göstərilən sənədləri təqdim edə bilmədiyinə görə, bu Qaydanın 2.6 bəndinə müvafiq olaraq, doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X26 "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X19 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əvəzləmə kartının (doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatı) surətindən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə oğlan uşağı dünyaya gətirmişdir. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X6 təvəllüdü xx.xx.1195-ci il olaraq qeyd edilmişdir. Uşağın immunizasiya pasportundan görünür ki, X14 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. Həmçinin xəstəlik tarixinə dair sənədlərdə hamilənin şəxsiyyətini təsdiq edən sənədin olmadığı və bu barədə polisə məlumat verildiyi, habelə xəstənin 8-ci hamiləliyi və 2-ci doğuşu olması qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X26 "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X19 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Yusibova (Yusubova) Könül Namiq qızının xx.xx.2018-ci il tarixində “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X26inə müraciət etməsi haqqında Arxiv qeydiyyat kitablarına baxış keçirilmiş, lakin heç bir məlumat aşkar edilməmişdir. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 4 nömrəli şəhər poliklinikasının xx.xx.2026-cı il tarixli 18- 1-1-87/3-65/2026 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanda qeydiyyatsız (kirayə) yaşayan vətəndaş Ərizəçi xx.xx.2018-ci il təvəllüd övladı Uğur Nərimanov rayonu 4 nömrəli şəhər poliklinikasında tibbi qeydiyyatda alınmamış və müraciəti olmamışdır. Digər övladı xx.xx.2024-cü il təvəllüd X14, xx.xx.2025-ci il tarixdə 4 nömrəli şəhər poliklinikanın pediatriya şöbəsində sahə həkim pediatr tərəfindən tibbi qeydiyyata alınmış və həmin gün uşağa yaşına uyğun peyvənd vurulub. Təkrarı olaraq xx.xx.2025-ci il tarixində müayinədə olub və uyğun peyvəndlərini almışdır. Qeyd olunan müddət ərzində və ondan sonrakı dövrlərdə dəfələrlə sahə həkim pediatr tərəfindən ünvana gediş olsa da, evdə heç kim olmamışdır. Telefon bağlantısı zamanı ana Ərizəçi müvəqqəti olaraq həmin ünvanda yaşamadığını bildirmişdir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizənin təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və X5nı qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun X5nı qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə, araşdırma zamanı təhlil edilmiş sübutlara və işin digər hallarına qiymət verərək hesab edir ki, ərizəçinin övladlarının doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin bildirməsinə görə onun hər iki övladı xəstəxanada doğulmuşdur. Lakin ilk övladının doğumu zamanı onun adı qohumları tərəfindən yalnış olaraq bildirildiyi və həmin an özünün şəxsiyyət vəsiqəsi olmadığı üçün ona xəstəxanadan heç bir sənəd verilməmişdir. İkinci doğuş zamanı isə onun təvəllüdü səhv göstərilmişdir. Hər iki uşaq onun himayəsindədir. Ancaq 2024-cü il təvəllüdlü oğlunun xəstəxana sənədləri olduğundan onu ərazi üzrə poliklinikaya apara bilsə də, digər uşağın sənədi olmadığından onun ərazi üzrə sahə pediatr tərəfindən müayinəsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, X11 xx.xx.2018-ci il tarixdə və X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmalarını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd - yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X11 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğum faktı müəyyən edilsin. X16 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Yusibov”, adı “Uğur”, ata adı “Elvin”, doğum tarixi “xx.xx.2018-ci il”, doğum yeri “Bakı”, ata qrafasında “atası X13, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası Ərizəçi, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə həvalə edilsin. X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğum faktı müəyyən edilsin. X9 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Yusibov”, adı “Tuncay”, ata adı “Elvin”, doğum tarixi “xx.xx.2024-cü il”, doğum yeri “Bakı”, ata qrafasında “atası X13, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası Ərizəçi, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar