Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5097/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov Fəxrəddin oğlu, İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı oğlu cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsindən aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 nömrəli, 10.02.2014-cü il tarixli icra sənədinə əsasən “E1.SƏ.Nİ” Məhdud Məhsuliyyətli Cəmiyyətindən və X1 8.547.750 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq tələbkar İddiaçı oğlunun xeyrinə ödənilməlidir. Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 04.06.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 nömrəli, 10.02.2014-cü il tarixli icra sənədinə xitam verilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsi öhdəliyinin Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, tələbin mahiyyəti icra sənədinin icraatına xitam verilməsinə dair qərarın ləğv edilməsi ilə bağlı ərizə olsa da, iddiaçı tərəfindən verilmiş olan ərizə “iddia ərizəsi” formasında verilmişdir. Halbuki həmin ərizəyə iddia icraatında baxılması yolverilməzdir. Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 04.06.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 nömrəli, 10.02.214-cü il tarixli icra sənədinə xitam verilmişdir. Bununla bağlı olaraq, iddiaçı Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 04.06.2021-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdeh Nəsimi rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulmasının təmin edilməsi ilə bağlı məhkəməyə “ərizə” formasında müraciət etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, qərardad ərizəyə əlavə edilmiş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməsi, ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra və probasiya şöbəsinə qarşı «icra sənədinə xitam verilməsi barədə qərarın ləğv edilməsi öhdəliyinin qoyulması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, o, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) ərizə ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, o icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5097/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5097/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver