Məhkəmə qərarları › İş №2(006)-5097/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5097/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5097/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi Bakı şəhəri 24 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi "miras payın qəbulu müddətinin ötürülməsinə dair" ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 24 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi "miras payın qəbulu müddətinin ötürülməsinə dair" ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair paylı mülkiyyətlə mərhum anası Sara Babayevaya məxsus miras payın qəbulu üçün müəyyənənləşdirilmiş müddəti gecikdirmənin səbəbini üzürlü sayaraq uzatma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin qeydiyyat vəsiqəsinə əsasən onun və mərhum anası X2 mülkiyyətində olmuşdur. Anası mərhum Sara Babayeva xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O isə mərhum anası sağ olan vaxtlardan və vəfat etdikdən sonra həmin mənzilin mülkiyyətçisi və istifadəçisi olduğuna baxmayaraq miras payını rəsmi olaraq qəbul etməmişdir. Bir ay əvvəl o, müvafiq notariusa miras payının qəbulu üçün müraciət etdikdə orada ona müddətin ötürülməsi və məhkəməyə müraciət etmək hüququ izah edildi. Onun həmin evin paylı mülkiyyətçisi və istifadəçisi olduğuna dair yetərincə şahidləri də vardır ki, həmin şəxsləri məhkəməyə təqdim edə bilər. Anası vəfat edəndə ölkədə "Covid-19" pandemiyası ilə bağlı karantin olduğundan o, miras payın qəbulu ilə məşğul ola bilmədi. Çünki o, həmin vaxt Rusiya Federasiyasında işlədiyi üçün mərhum anası həyat yoldaşı və oğluyla bərabər yuxarıda göstərilən ünvanda yaşayırdılar. Ölkədə karantin müddəti bitdikdən sonra ölkəyə qayıtsa da müddətin ötürülməsi ilə əlaqədar məsələni həll edə bilməmişdi. Ərizəçi nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305 maddəsinə əsasən məhkəmə, həmin məcəllənin 305.1.1-305.1.17 və 305.2-ci maddələrində göstərilmiş işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbi iddia icraat qaydasında baxımalı olduğundan Ərizəçi Bakı şəhəri 24 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi "miras payın qəbulu müddətinin ötürülməsinə dair" ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi iddia icraatı qaydasında baxımalı olduğundan Ərizəçi Bakı şəhəri 24 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi "miras payın qəbulu müddətinin ötürülməsinə dair" ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar