Məhkəmə qərarları › İş №2(006)-5101/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5101/2021

30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5101/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 1 Saylı Bakı “Asan Xidmət” X9 cəlb etdiyi “doğum akt qeydinin bərpası” haqqında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində 1 Saylı Bakı Maraqlı şəxs cəlb edilməkə “doğum akt qeydinin bərpası” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 01.01.1967-ci il təvəllüdlü X1 doğum akt qeydində düzəliş edilməsi və 01.01.1967-ci il təvəllüdlü X6 əvəzinə X2 olaraq qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum X1 həyat yoldaşı olmuşdur. Məhəndis Nağıyev 16.12.2020-ci il tarixdə ölmüşdür. Ölümündən sonra vərəsəlik işinin açılması ilə M.Nağıyevin doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Lakin Ərizəçi mərhum ərinin doğum haqqında şəhadətnaməsini tapa bilməmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməni əldə etmək üçün 1 saylı Bakı ASAN Xidmət Mərkəzində yerləşən Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, Qeydiyyat Şöbəsinin 16.06.2021-ci il tarixli arayışından məlum olur ki, Nağıyev Məhəndis barəsində Şirvan Şəhər Qeydiyyat Şöbəsi və Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində doğum akt qeydi aşkar olunmamışdır. Ona görə də yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhəndis Nağıyev 01.01.1961-ci il tarixdə keçmiş Əli-Bayramlı şəhərində doğulmuşdur. Ata adı X7, ana adı isə X10 olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş 1 saylı Bakı ASAN Xidmət Mərkəzi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, 19 iyul 1956-cı il tarixdə anadan olmuşdur. 4 qardaş idilər. Onlardan ikisi ölmüşdür. Mirzə onun babasıdır. Nağıyev Məhəndis 1961-ci il tarixdə anadan olmuşdur. Ona babaları Mirzənin adını heç vaxt qoymamışlar. Onun adı Məhəndisdir. Məhkəmədə şahid qismində dindirilən X14 ifadə verərək bildirdi ki, o, Nağıyev Məhəndisi 1981-ci il tarixdən tanıyır. Onun təhsilinin hər bir mərhələsində də adı Məhəndis olaraq qeyd edilmişdir. Ona heç vaxt Mirzə adı ilə müraciət edilməmişdir. Sinif yoldaşları da onu Məhəndis olaraq tanıyırlar. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli Arayışdan görünür ki, Ərizəçi Azərbaycan, Əli-Bayramlı şəhərində qeydiyyatdadır. İş materiallarında olan AZE 08989006 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 01.01.1961-ci il tarixdə Azərbaycan Əli-Bayramlı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İİ 139902 nömrəli Ölüm haqqında Şəhadətnamənin surərindən görünür ki, X2 16.12.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.04.2021-ci il tarixdə 322 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 307665 saylı, 22 sentyabr 1990-cı il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 arasında 22 sentyabr 1990-cı il tarixdə 359 nömrə ilə qeyd edilmiş rəsmi nikahla evlənmişlər. İş materiallarında olan 1 saylı Bakı Maraqlı şəxs tərəfindən 16 iyun 2021-ci il tarixdə verilmiş arayışa əsasən X2 barəsində Şirvan şəhər qeydiyyat şöbəsi və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli 1 saylı Bakı “ASAN Xidmət” X15 müraciətə əsasən bildirimişdir ki, Ərizəçi əri X1 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan AZ-İ 383732 saylı 25.12.2009-cu il tarixli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 20.12.2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 423 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan fərdi uçot kartoçkasından görünür ki, X2, 01.01.1961-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş X5 doğum haqqında akt qeydindən görünür ki, o, 01.01.1961-ci il təvəllüdlə qeydə alınmışdır. Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 13-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadığı ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş qeydin bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, 01.01.1961-ci il təvəllüdlü X1 doğum aktı qeydində düzəliş edilməli və 01.01.1961-ci il təvəllüdlü X5 əvəzinə X2 qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 307, 311, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. 01.01.1961-ci il təvəllüdlü X1 doğum aktı qeydində düzəliş edilsin. 01.01.1961-ci il təvəllüdlü X5 əvəzinə X2 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar