Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5113/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçı Qanuni nümayəndə, İddiaçı2 iştirakları ilə, iddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanuni sahibliyində olmuş ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırımışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı2 anası X6 tərəfindən xx.xx.1980-ci il tarixində mülkün sahibi X4 14.000 manat nəğd pul ödənilməklə alınmışdır. Ələsgərova Z\rifə Bağır qızı həmin mənzili aldıqdan sonra orada yaşamağa başlamış, 1980-ci ildə yaşayış yeri üzrə qeydiyyata düşmüş və xx.xx.2013-cü ildə vəfat edənə qədər bu mənzildə yaşamışdır. X7 vəfat edəndən sonra bu mənzildə İ qrup əlil olan oğlu İddiaçı1 yaşamağa başlamışdır. Bildirir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1591/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan, 1-ci qrup ömürlük əlil, ruhi xəstə hesab edilmiş və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 42 saylı xx.xx.2020-ci il tarixli Sərəncamı ilə İddiaçı1 üzərinə Qanuni nümayəndə qəyyum təyin edilmişdir. 2022-ci ilin may ayının ortalarında o – İddiaçı2, qardaşı X8, gəlini X5 və qızları X9, oğulları İddiaçı1 yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə gələrək gördülər ki, Cavabdeh həmin mənzildədir. Gördülər ki, bu qadın məznilin açar yerini sındıraraq (qıfıl) məznilə daxil olmuş və orada yaşamağa başlamışdır. Onlar ondan nə əsasla özgənin mənzilinə daxil olmasını soruşdular, o bildirdi ki, ev onundur. Onlar ondan evə dair hər hansı sənədi olub olmadığı soruşdular, o, heç bir sənəd təqdim edə bilmədi və evdən də çıxmaq istəmədi. O, bu evin əvvəlki sahibi olan X2 gəlini olduğunu bildirdi. Lakin yenə də hər hansı sənəd təqdim etmədi. Ona görə də onlar məcbur olaraq DİN-nin 102 xidmətinə müraciət etdilər. Bundan sonra 21-ci Polis Bölməsinə ərizə verdilər. Lakin 21-ci Polis Bölməsi heç bir araşdırma aparmadı və özünün xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə etdi. Onlar Nəsimi rayonu 21-ci Polis Bölməsinə müraciət etdilər, müraciətlərinə Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis mayoru Surxay Ağakişiyev HK-1/742 saylı materiallar əsasında baxmış, lakin xx.xx.2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qanunsuz qərar qəbul etmişdir. 6(006)-111/2022 saylı, xx.xx.2022-ci il tarixində Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Surxay Ağakişiyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. Qeyd edir ki, anası X6 1980-ci ildə bu mənzili alandan sonra bütün kommunal xidmət orqanları ilə, o cümlədən, rayon Qaz İstismar İdarəsi ilə müqavilələr bağlayaraq və qazdan istifadəyə görə haqqı ödəmişdir. Bundan əlavə adı çəkilən ünvanda anası X1 adına olan ***-**-** saylı telefon olmuşdur ki, həmin telefondan istofadə haqqını da o, ödəmiş, ondan sonra isə onlar ödəmişlər. Məhkəmə iclasında iştriak edən iddiaçılar Qanuni nümayəndə və İddiaçı2 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkməsinin 2(006)-3467/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Qanuni nümayəndə və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş mahiyyəti üzrə həll edilmiş və məsələyə hüquqi qiymət verilmişdir. Həmin qətnamə iddianın təmin edilməməsi qət edilmiş və qərar qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar mülki iş üzrə icraata xitam verilməsinə etiraz etdiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5113/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5113/2022
15.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver