Məhkəmə qərarları › İş №2(006)-5120/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5120/2020

13.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5120/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı «yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı «yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh ilə Bakı şəhəri, 51 saylı notariat kontorunda daşınmaz əmlakın alğı-satqı müqaviləsini bağlayaraq ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 151.4 kv.m, yaşayış sahəsi 100.7 kv.m, yardımçı sahəsi 50.7 kv.m sahədən ibarət olan 4 otaqlı mənzili 250.000 manat ödəyərək almışdır. Mənzil əldə edilərkən cavabdeh ailə üzvü kimi notarial qaydada mənzilin satılmasına razılıq vermişdir. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi alğı-satqı müqaviləsinin hüquqi qeydiyyatını apararaq dəyərini tam ödəyərək aldığım mənzilə dair xx.xx.2019-cu il tarixdə onun adına Daşınmaz əmlakın dövlət reyestrində 1482 №-li reyestr kitabının 130800 №-li vərəqində qeydiyyata alınaraq çıxarış verilmişdir. Mülkiyyətçisi olduğu mənzilin alğə-satqısına dair Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı Cavabdeh ona üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən mənzildə Cavabdeh oğlu-X3 qeydiyyatda olmuşdur. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı C.Fətullayevi müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 2 ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxarmağı öhdəsinə götürmüşdür. Lakin bu günədək cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, aralarında müqavilə bağlandığı vaxtdan artıq 1 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışdır. Bunun nəticəsi olaraq mülkiyyətçi kimi onun həmin mənzilə olan hüquqlarını məhdudlaşdırır.Odur ki, o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 125, 80 saylı mənzilə olan istifadə hüquqlarının xitam verilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş bildiriş cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışa əsasən, X3 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-İ № ******* alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı mübahisə predmeti olan mənzili Cavabdeh 250.000 manata almışdır. İş materiallarında olan notariat işinə əlavə edilmiş X3 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına razıdır və üçüncü şəxslər tərəfindən alınmasına etiraz etmir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətidir və cavabdeh iddiaçının qohumu və ya ailə üzvü deyildir. Cavabdeh iddiaçının ailə üzvləri olmadığından həmin mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, mövcud olmayan istifadə hüququn itirilməsi mülki məhkəmə icraatı qaydasında həyata keçirilə bilməz. Belə kİ, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət etməli və həmin müraciəti təmin olunmadığı təqdirdə, imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı «yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı «yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi» tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar