Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5149/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə və mülkiyyət hüququnun məhdudlaşdırılması, cavabdehə iddiaçının ziyanına olan müəyyən hərəkətlərin edilməsinin qadağan olunması və kompensasiya ” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildən istifadə və mülkiyyət hüququnun cavabdehə məhdudlaşdırılması, aidiyyatı ərazidə kirayə haqqını nəzərə almaqla nikah pozulduğu gündən əşyalı 2 otaq üçün və mənzilin mülkiyyət hüququ 3-cü şəxsə keçən günə kimi aylıq kirayə haqqının 1/2 hissəsi üçün kompensasiya, təmir də nəzərə alınaraq ümumi köhnəlmə dəyərinin və mənzildə olan yeni əşyaların köhnəlməsini nəzərə alaraq, ümumi köhnəlmə dəyərinin 1/2 hissəsi müqabilində kompensasiyanın Cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və cavabdehə qapı çipinin iddiaçıya verilməməsi, bloka və mənzilə daxil olmağına imkan verməmə hərəkətlərinin qadağan olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mülkiyyət hüquqlarının pozulmasını mübahisələndirdiyindən, sonuncu tərəfindən aidiyyət qaydalarına riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Və eyni zamanda həmin məcəllənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd olunan mənzilə paylı mülkiyyətçidir və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının, yəni, onun bloka, mənzilə daxil olmağına imkan verməmə kimi hərəkətlərinin qadağan olunmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş reyestr nömrəsi **********32- 05301-093054 olan çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 6, cv 14 ünvanında yerləşən 16 saylı, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Elvin İsmayılov küçəsi, 36, M6, m1 nömrəli mənzildə İddiaçı və Cavabdeh ½ pay hüququ tanınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Beləliklə, iddiaçı hazırki mübahisə predmeti olan daşınmaz əmlakla bağlı mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan müəyyən hüquqlarının pozulmasının aradan qaldırılmasını cavabdehdən tələb etdiyindən və həmin əmlak Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyindən mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə mübahisəli daşınmaz əmlakın yerləşdiyi yer üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə və mülkiyyət hüququnun məhdudlaşdırılması, cavabdehə iddiaçının ziyanına olan müəyyən hərəkətlərin edilməsinin qadağan olunması və kompensasiya ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, aidiyyəti üzrə mübahisəli daşınmaz əmlakın yerləşdiyi yer üzrə Yasamal Rayon Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə xx.xx.2025-ci il tarixdə (qəbz nömrəsi **********) dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-5149/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5149/2025
18.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver