Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-515/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh Ramiz oğluna və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı “notariat kontorunda bağlanılan icarə müqaviləsinin xx.xx.2021-ci il tarixinədək uzadılmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh Ramiz oğluna və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı “notariat kontorunda bağlanılan icarə müqaviləsinin xx.xx.2021-ci il tarixinədək uzadılmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı xx xxxxxx 2021-ci il tarixə, saat 16:00-a təyin olunmuş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Həmin vaxtda tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyindən İddiaçı MMC-nin cavabdehlər Cavabdeh Ramiz oğluna və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı “notariat kontorunda bağlanılan icarə müqaviləsinin xx.xx.2021-ci il tarixinədək uzadılmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh Ramiz oğluna və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı “notariat kontorunda bağlanılan icarə müqaviləsinin xx.xx.2021-ci il tarixinədək uzadılmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-515/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-515/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver