Məhkəmə qərarları › İş №2(006)-5184/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5184/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5184/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı ASC-nin cavabdeh “xxxxxxxx” ASC-nə qarşı “xx.xx.2020-ci il tarixli, NDQ №007653 sayı aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdeh “xxxxxxxx” ASC-nə qarşı “xx.xx.2020-ci il tarixli, NDQ №007653 sayı aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəm əiddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesabedirki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin ilkin araşdırması zamanı müəyyən olundu ki, göstərilən tələbə ümumi məhkəmədə deyil, müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İddia ərizəsindən göründüyü kimi, hazırki mübahisə MPM-nin 25.1-ci maddəsinin tətbiqi dairəsinə daxil deyil. Belə ki, iş materiallaırndan görünür ki, İddiaçı ASC hüquqi şəxsdir, onun hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 1288-ci məhəllə göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-çi maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdeh “xxxxxxxx” ASC-nə qarşı “xx.xx.2020-ci il tarixli, NDQ №007653 sayı aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiacıya iddia ərizəsində irəli sürülmüş tələblə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı ASC-nin cavabdeh “xxxxxxxx” ASC-nə qarşı “xx.xx.2020-ci il tarixli, NDQ № 007653 sayı aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar