Məhkəmə qərarları › İş №2(006)-5190/2019

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5190/2019

18.10.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5190/2019 18.10.2019 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi faktın tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğulduğu tarix – xx.xx.1974-cü il, doğulduğu yer – Ermənistan Respublikası, Quqark rayonu, atası – X3, anası – X4 olması faktının müəyyən olunması barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onun doğulduğu tarix – xx.xx.1974-cü il, doğulduğu yer – Ermənistan Respublikası, Quqark rayonu, Heydərli kəndi, atası – X6, anası – X4 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdiki, o, xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuşdur və buna dair doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin həmin doğum haqqında şəhadətnamə itmişdir. Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət edilərək, təkrar doğum haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyat şöbəsi isə müraciətdən imtina etmişdir. İmtina əsası kimi itmiş yazının Qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının faktnın məhkəmə qaydasında müəyyən edildiyi göstərilmişdir. Buna görə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsibarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində bildirdi ki, o, Ərizəçi doğma qardaşıdır. Bacısı Ərizəçi 1974-cü il yanvar ayının 8-də Ermənistan Respublikası, Quqark rayonunda anadan olub. Özü də Ermənistanda anadan olmuşdur və doğum haqqında şəhadətnaməsi var. Atası bacısına ev bağışlamaq istəyir, ona görə də doğum haqqında şəhadətnamə lazımdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində bildirdiki, Ərizəçi onun bacısıdır. 1974-cü il yanvar ayının 8-də Ermənistan Respublikası, Quqark rayonu, Heydərli kəndində anadan olub. Ataları sağdır, anaları rəhmətə gedib. Atası bacısına ev bağışlamaq istəyir, onlar də razılıq vermişlər. Lakin doğum haqqında şəhadətnamə olmadığı üçün vermirlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizətəmin olunmalıdır. İş materiallarında olan ASAN 1 tərəfindən xx.xx.2013-cü ildə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ermənistan SSR, Quqark rayonu VVADQ şöbəsi tərəfindən xx xxxxxxx 1979-cu ildə verilmiş İ-SL seriyalı 424891 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,X6 ilə X8 arasında xx xxxxxx 1974-cü il tarixdə bağlanmış nikah 2 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xıdırov, arvada Xıdırova soyadı verilmişdir; İş materiallarında olan Ermənistan SSR, Quqark rayonu Allavar kənd soveti tərəfindən xx xxxxxx 1974-cü ildə verilmiş İİ-SL seriyalı 45922 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Quqark rayonu, Aydarli kəndində anadan olmuş, ata qrafasında X6, ana qrafasında X4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı-Nəsimi RPİ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 03220315 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1947-i ildə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ermənistan SSR, Quqark rayonu Allavar kənd soveti tərəfindən xx xxx 1986-cı ildə verilmiş V-SL seriyalı 324513 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1986-cı ildə Ermənistan Respublikası, Quqark rayonu, Heydərli kəndində anadan olmuş, ata qrafasında X6, ana qrafasında X4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-cü il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ermənistan SSR, Quqark rayonu Allavar kənd soveti tərəfindən xx xxxx 1982-ciı ildə verilmiş İİİ-SL seriyalı 448426 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1982-ci ildə Ermənistan Respublikası, Quqark rayonu, Heydərli kəndində anadan olmuş, ata qrafasında X6, ana qrafasında X4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1982-ci il tarixdə 78 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilə bilməsi izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda doğulmuşdur. Ərizəçi hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadır və bu ünvanda yaşayır. Doğum haqqında şəhadətnaməsini itirmişdir. Şəxsiyyət vəsiqəsinə əsasən atasının adı Əli, soyadı isə Xıdırovadır. X1, anası X2r. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmiş və ona məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə əldə edə bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin xx.xx.1974-cü il tarixdə, Ermənistan Respublikası, Quqark rayonu, Heydərli kəndində doğulması, milliyyətinin azərbaycanlı, atasının milliyətçə azərbaycanlı olan X6, anasının isə miliyyətçə azərbaycanlı olan X4 olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Quqark rayonu, Heydərli kəndində doğulması və bu barədə doğumun qeyd edilmə faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Xıdırova”, adı “Aidə”, ata adı “Əli”, doğum tarixi “xx xxxxxx 1974-cü il”, doğum yeri “Ermənistan Respublikası, Quqark rayonu, Heydərli kəndi”, ata qrafasında “X1, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X4, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Quqark rayonu, Heydərli kəndində anadan olması və bu barədə doğumun qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Xıdırova”, adı “Aidə”, ata adı “Əli”, doğum tarixi “xx xxxxxx 1974-cü il”, doğum yeri “Ermənistan Respublikası, Quqark rayonu, Heydərli kəndi”, ata qrafasında “X1, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X4, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar