Məhkəmə qərarları › İş №2(006)-5190/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5190/2025

19.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5190/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin ikinci mərtəbəsinin öz hesabına yenidən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi məsələyə mülki məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin yolverilməzliyə görə icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı ərizəsində cavabdeh qismində Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyini qeyd etsə də, ərizənin tələb hissəsində ünvan 1 ünvanında yerləşən mənzilin ikinci mərtəbəsinin öz hesabına yenidən bərpa edilməsini göstərmişdir. Göründüyü kimi iddiaçının tələbi özünə yönəlmişdir, habelə iddiaçı cavabdeh qismində göstərdiyi şəxsə qarşı yönəlmiş tələbinin nədən ibarət olduğunu qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbində şəxsin özünə qarşı tələb irəli sürməsi yolverilməzdir. Hazırki halda isə iddiaçının cavabdehdən tələbinin nədən ibarət olması aydın deyildir. Hətta şəxsin cavabdehin onun müraciətinə dair cavabından razı olmayacağı təqdirdə cavabdehin inzibati orqan statusu müəyyən edildiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ belə nəzərə alınsa, qeyd edilən mübahisə mülki məhkəmə icraatının predmetini təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsəmaddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməli və iddiaçıya izah edilməlidir ki, iddiaçı cavabdehin inzibati orqan statusu müəyyən edildiyi halda onun hərəkətlərindən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Hökumət ödəniş portalı, mədaxil qəbzi: **********, tarix: xx.xx.2025, saat: 13:08:01) dövlət büdcəsindən İddiaçın Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar