Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5191/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "kredit borcu üzrə restrukturizasiya tətbiq edilməklə güzəşt müqaviləsinin bağlanması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 147,62 manat qalıq kredit borcuna restrukturizasiya tətbiq edilməklə, cavabdeh “xxxx" ASC ilə aralarında güzəşt müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(075)-3063/2015 saylı əmri ilə cavabdeh İddiaçı cəmi 975.57 ABŞ dolları məbləğində borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu xərci alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında "xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Həmin Fərmanm 8.10-cu bəndinə görə məhkəmədə olan işlərin geri çağırılması dedikdə, vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar AR MPM-nin və "İcra haqqında" ARQ-nun tələbinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Onun kredit borcu Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşdüyündən və kredit borcu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bütün tələblərə cavab verdiyindən Palatada araşdırılmışdır. Nəticədə Palata tərəfindən 748,38 manat kompensasiya məbləği, 748,38 manat borcların ödənilməsinə yönəldilən hissə və 147,62 manat restrukturizasiya məbləği hesablanmışdır. Lakin buna baxmayaraq "xxxx" ASC tərəfindən 147,62 manat müqavilə üzrə qalıq borc məbləği restruturizasiya edilməmiş, onunla Prezidentin Fərmanına və Qaydaya uyğun olaraq güzəşt müqaviləsi bağlanmışdır. Bununla bağlı dəfələrlə “xxxx" ASC-yə müraciətlər etmiş, bankın Şəki filialına getmiş, lakin heç bir nəticəsi olmamışdır. Dəfələrlə banka getməyinə və müraciətlər etməyinə baxmayaraq, mövcud müqavilə üzrə qalıq borc məbləğinin restrukturizasiyası və güzəşt müqaviləsinin bağlanması dolayı yollarla həyata keçirilməmişdir. Bundan başqa, bu azmış kimi Şəki rayonu üzrə icra və Probasiya Şöbəsi tərəfindən DSMF-nin Şəki şəhər Şöbəsinin xx.xx.2019-cu il tarixli məktub göndərilmiş və bildirilmişdir ki, müvafiq qətnamə üzrə borclular və onlardan tələb olunan borc məbləği Prezident Fərmanının təsir dairəsinə düşmür və həmin icra sənədi üzrə hər hansı güzəştin tətbiq olunması nəzərdə tutulmur. Odur ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli 43/3 nömrəli məktubu üzrə tutulmanın davam etdirilməsi və həmin tutulmanın vəziyyəti barədə hər ay Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məlumat təqdim etməsi tələb olunur. Göründüyü kimi, onun kredit borcu Prezidentin Fərmanına və Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bütün tələblərə cavab verdiyi üçün kredit borcu barədə məlumat Palataya verilmiş, Palata tərəfindən 147,62 manat restrukturizasiya məbləği hesablanmış, lakin həmin qalıb borc məbləği dəfələrlə müraciətlərinə baxmayaraq bank tərəfindən restrukturizasiya edilməmiş, güzəşt müqaviləsi bağlanmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 4004tkSHEK/14 saylı kredit müqaviləsi üzrə sonuncunun Banka 147,62 manat əsas borc, 12,49 manat faiz borcu olmaqla, cəmi 160,11 manat borcu vardır. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında "xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmana əsasən iddiaçıya ödənilməli olan kompensasiya onun dollarla götürdüyü kredit borcuna yönəldilmiş və həmin kredit müqaviləsi üzrə borc bağlanmışdır. Qalan kompensasiya məbləği isə iddiaçının manatla götürdüyü kredit müqaviləsi üzrə borcuna yönəldilmiş və borcun bir hissəsi bağlanmışdır. Hazırda iddiaçının qeyd edilən sonuncu kredit müqaviləsi üzrə ödənilməmiş 160,11 manat borcu vardır. Həmçinin nəzərə alınmalıdır ki, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı 4004tkSHEK/14 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 147,62 manat əsas borc, 12,49 manat faiz borcu olmaqla, cəmi 160,11 manat borcu vardır. İş materiallarında olan pk.fimsa.az saytından çıxarışın surətindən görünür ki, İddiaçı cəmi hesablanmış 748,38 manat kompensasiya məbləği, 748,38 manat borcların ödənilməsinə yönəldilən hissə və 147,62 manat restrukturizasiya məbləği hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx xxxx 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməsi nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə X2 tapşırılmışdır. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı iddianı irəli sürməkdə haqlı deyil, belə ki,bank iddiaya cavab verməli şəxs deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Mülki Prosessual Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "kredit borcu üzrə restrukturizasiya tətbiq edilməklə güzəşt müqaviləsinin bağlanması" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "kredit borcu üzrə restrukturizasiya tətbiq edilməklə güzəşt müqaviləsinin bağlanması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-5191/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5191/2020
12.11.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver