Məhkəmə qərarları › İş №2(006)-5289/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5289/2020

19.11.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5289/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin ölmüş elan edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2013-cü il tarixdən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2012-ci ildə evdən çıxaraq geri qayıtmamış həmin tarixdən sonra xəbərsiz olaraq itkin düşmüşdür. O, xx.xx.1959-cu il təvəllüdlü X3 ilə evlənərkən nikahları xx.xx.1984-cü il tarixdə 01 saylı X8 ilə qeydiyyata aldırmaqla ər-arvad kimi xx.xx.2012-ci ildək birlikdə yaşamışdırlar. xx.xx.1959-cü il təvəllüdlü X1 naməlum şəraitdə xəbərsiz olaraq itkin düşməsi barədə o, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciəti əsasında xx.xx.2013-cü il tarixli, 6106 saylı axtarış işi açılmışdır və bu günə kimi də xx.xx.1959-cü il təvəllüdlü X1 yerini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən bu barədə xx.xx.2020-ci il tarixdə 083-13716 M 3220 saylı arayış verilmişdir. Ona görədə hesab edir ki, xx.xx.1959-cü il təvəllüdlü X3 xx.xx.2012-ci il tarixdə evdən çıxaraq bir daha geri qayıtmadığı üçün ölmüş elan edilməlidir. Bundan başqa, qeydiyyatda olduğu və yaşadığı ünvan: ünvan 1 əri ilə onun birgə nikah dövründə əldə etdikləri mülkiyyətdir. Həmin mənzili özəlləşirmək istəyir. O, mənzilin üzərində müstəqil şəkildə sərancam verə bilmək hüququmdan məhrum olunmuşdur. Çünki mənzil birgə mülkiyyətdə olduğundan problemlər yaşayır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, Ərizəçi onun anası, X3 isə onun atasıdır. Atası 2012-ci il tarixdə evdən çıxmış və bir daha geri qayıtmamışdır. Bununla bağlı polisə müraciət etmişlər, polis axtarış aparmış, lakin nəticəsi olmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan SSR İsmayıllı rayonu Ruşan kənd soveti tərəfindən xx xxxxxx 1984-cü il tarixdə verilmiş İİİ-JQ seriyalı 328716 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 ilə X4 xx xxxxxx 1984-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında tərəfindən xx xxxxxx 1984-cü ildə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2020-ci il 083-13716 M 3220 saylı arayışın surətindən görünür ki, Mustafayev Nizami Cəfər oğlu xx.xx.2012-ci il tarixdə evdən çıxaraq geri qayıtmamış və barəsində Nəsimi RPİ-də xx.xx.2013-cü il tarixli 6106 nömrəli axtarış işi açılmışdır və bugünə kimi də həmin şəxsin yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan AZE № 00874656 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X3 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Mülki Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Bu Məcəllənin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 316-cı maddəsinə görə, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Beləliklə, X1 xx.xx.2012-ci il tarixdə evdən çıxaraq bir daha qayıtmaması, onun harada olması barədə beş il ərzində məlumatın olmaması, ərizəçinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması iş materialları ilə sübut edilir. Məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2013-cü il tarixdən ölmüş elan edilməsini xahiş etsə də, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayıldığından ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş X3 bu məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ölmüş elan edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş X3 bu məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ölmüş elan edilsin. Ərizə digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar