Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5308/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi barədə ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X2 17 iyun 2012-ci il tarixdə doğulması faktı müəyyən edilməsi, doğum akt qeydində doğulduğu yer Yevlax şəhəri, ana qrafasında Ərizəçi, ata qrafasında X3, soyad qrafasında Haqverdiyev qeyd edilməklə bu barədə müvafiq şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 22 aprel 2007-ci il tarxində X3 ilə faktiki nikaha daxil olmuşdur. V.Haqverdiyevlə el adəti ilə toyları olsa da, rəsmi nikaha daxil olmamışlar. Onlar 2012-ci ilin iyun ayında ünvan 1 ünvanında yaşamışlar. Həmin vaxtı o, hamilə olmuşdur və onların birgə nikahından 17 iyun 2012-ci il təvəllüdlü oğlu Kənan ev şəraitində anadan olmuşdur. Ev şəraitində doğulduğuna görə hələ də uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Sənədlərin olmaması bir çox problemlər yaradır. Belə ki, uşaq artıq məktəb yaşında olduğundan sənədləri olmadığı üçün məktəbə gedib orta təhsil ala bilmir. Maraqlı şəxsndə də bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verilməmiş və bu barədə imtina məktubu təqdim edilmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi ona oğlu Kənana şəxsiyyət vəsiqəsinin verilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) X5 ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Şöbənin rəisi Şəfəq Salmanlı Məhkəməyə məktub ilə müraciət edərək iş yükünün çox olması səbəbindən məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, 1966-cı il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Ərizəçi onun kəbinlə yoldaşı olmuşdur. Rusiyada olduğundan və şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən rəsmi nikaha daxil olmamışdır. Nikaha 2007ci il tarixdə daxil olmuşdur. Bu nikahdan oğlu Haqverdiyev Kənan 2012-ci il tarixdə anadan olmuşdur. Başqa nikahdan da uşaqları var. Ölkədə olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmədi. Uşaq anadan olanda burada idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Zığ qəsəbəsində yaşayırdı. Ərizəçi 2005-ci il tarixdən tanıyır. Toyda iştirak etməmişdir. Amma toy barədə eşidib. Toyun rayonda olduğunu təxmin edir. Onların arasında münasibət olmasını bildirmək istəmirdilər, o da bunu gizlətdi. Onların bundan sonra rəsmi nikaha girib-girməyəcəklərini bilmir. Uşağın onların uşağı olmasını təsdiq edir. Uşağın atası istəmirdi ki, bu məsələni bilsinlər. natiqə xanım gec ailə qurub. Xadimə işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Vaqiflə paralel oxumuşdur. Vaqif nikaha burda olmadığı üçün daxil olmayıb. Uşaq kəbin nikahından dünyaya gəlmişdir. Onlar Yevlaxda uşaq dünyaya gəldikdən sonar 1-2 il yaşamışlar. Hazırda Əhmədlidə yaşayırlar. Məhkəmə ərizəçinin nümayəndəsinin və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 06.07.2021-ci il tarixli, 05/Q-1297/75 saylı məktubundan görünür ki, iddiaçının 17.06.2012-ci il təvəllüdlü uşağının doğumunun qeydə alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı təsdiq edilmiş “ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Tibbi şəhadətnamə olmadığından hazırda uşaqlarının doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatından görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X4 17.03.1966-cı il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə iclasında araşdırılmış sübutlarla X2 17 iyun 2012-ci il tarixdə anadan olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 307, 311, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 17 iyun 2012-ci il tarixdə Yevlax şəhərində anadan olması faktı müəyyən edilsin. Doğum akt qeydində doğulduğu yer Yevlax şəhəri, ana qrafasında Ərizəçi, ata qrafasında X3, soyad qrafasında Haqverdiyev qeyd edilməklə bu barədə müvafiq şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5308/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5308/2021
23.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver