Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5316/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə Ərizəçi «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi və onun mülkiyyət hüququnun tanınması» tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi və onun mülkiyyət hüququnun tanınması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov 184 saylı binanın “A” hissəsinin yarımzirzəmisinin 20 kv.m və 18 kv.m olan sahəsinə faktiki mülkiyyətçi kimi vicdanla, fasiləsiz, etirazsız istifadə etməyini nəzərə alaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və bunun əsasında həmin sahəyə mülkiyyət hüququnun tanınması üçün qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməli və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi hazırki tələbi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması olduğundan hazırki iş üzrə icraat xüsusi icraat qaydasında yox, iddia icraatı qaydasında aparılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305-ci maddəsində məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalı olan işlərin kateqoriyası dəqiq göstərilmişdir. İddiaçının hazırki tələbi isə qeyd edilən maddənin tələblərindən heç birinə aid deyildir. Odur ki, Ərizəçi hazırki tələbi iddia ərizəsi formasında, həmçinin iddiaya cavab verməli olan cavabdeh şəxs müəyyən edilməklə tərtib edilərək məhkəməyə təqdim edilməli və bundan sonra hazırki tələbə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 7.2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi «mülkiyyət hüququnun tanınması» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi və onun mülkiyyət hüququnun tanınması» tələbinə ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılsın. Ərizəçi hazırkı məsələ ilə bağlı iddia icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-5316/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5316/2024
28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver