Məhkəmə qərarları › İş №2(006)-5357/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5357/2025

15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5357/2025 15.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızı, Ərizəçi maraqlı şəxslər Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Maraqlı şəxs2 qarşı “qəyyum təyin edilmə” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Mirqasım qızı (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb olunmaqla) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməyi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5357/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin yolverilməzliyə görə qəbulundan imtina edilməsi qərara alınmışdır. Ərizəçi Mirqasım qızının nümayəndəsi və vəkili Vəkil Ağaveys oğlu məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegtyasının 2(103)-6086/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2(006)-5357/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2(006)-5357/2025 nömrəli qərardadının ləğv edilməsi və iş materiallarının qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, hazırkı ərizə xüsusi icraat qaydasında verilmiş, ərizəçi qismində Ərizəçi, maraqlı şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti və Maraqlı şəxs2 göstərilmişdir. Lakin ərizədə hüquqi əsas kimi qeyd olunan normaların məzmunundan da görünür ki, qəyyum təyin olunma icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid edilmişdir, bu məsələnin məhkəmə tərəfindən həlli nəzərdə tutulmur. Hazırkı situasiyada isə icra hakimiyyəti orqanı qəyyum təyin olunmasından imtina etmişdir və ərizəçinin tələbi qəyyum təyin olunma vəzifəsinin icra hakimiyyəti orqanının üzərinə qoyulması ilə bağlı olmalıdır. Qeyd olunan məzmunda tələbə isə xüsusi icraat qaydasında baxılması mülki prosessual qanunvericiliyin tələblər ilə ziddiyyət təşkil edir. Belə ki, MPM-nin 305.1-ci maddəsində xüsusi icraat qaydasında baxılmalı işlərin konkret siyahısı göstərilmişdir ki, bu siyahıda qəyyum təyin olunması barədə işlərə bu icraat qaydasında baxılması nəzərdə tutulmur. Məcəllənin 305.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Bu norma da hazırkı tələbə xüsusi icraat qaydasında baxılması üçün əsas ola bilməz, belə ki, digər normativ hüquqi aktlarda da belə bir müddəa nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı halda göstərilən tələbə xüsusi icraat qaydasında baxılması mümkün olmadığından, ərizənin icraata qəbulundan imtina edilməli və ərizəçiyə qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.https://e-qanun.az/framework/46946 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3-ci maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi (maraqlı şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Maraqlı şəxs2) qəyyum təyin edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar