Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5376/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «hüquqi faktın müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «hüquqi faktın müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Stepanavan rayonunda anadan olmuşdur. 06.02.1980-ci ildə ilk işlə təmin olunanda ona əmək kitabçası açıldı və kitabçanın üzərində X1 qeyd olunmuşdur. Ərizəçinin adı bütün rəsmi sənədlərdə Yekaterina kimi qeyd olunsa da, əmək kitabçasında “Katya” kimi qeyd olunmuşdur. Katya ərizəçinin adının qısaldılmış növüdür. Ərizəçi ilk dəfə əmək kitabçası açılan zaman adının “Katya” kimi qeyd olunmağına elə də əhəmiyyət verməmişdir. Bundan əlavə, bir neçə iş yerlərində işləmiş və sonuncu iş yeri Bakı şəhərində olub. Ərizəçi şirniyyat şirkətinə işə qəbul olunarkən belə onun əmək kitabçasında adının “Katya” olması ilə bağlı hər hansısa nöqsan tutulmamışdır. Hazırda ərizəçi yaşa görə əmək pensiya vaxtı çatdığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayonu xidmət nümayəndəliyinə müraciət etmişdir. Müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yönəldilmişdir. Təqdim edilmiş 02.02.1981-ci tarixində tərtib olunmuş № ******* saylı X3 adına olan əmək kitabçasında 25 il 9 ay sığorta stajı qeyd edilmişdir. Lakin, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən 03.12.2009-cu il tarixində verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsində ərizəçinin “Ərizəçi” kimi qeyd olunmağına baxmayaraq, təqdim etdiyi əmək kitabçasında adı “X8” kimi qeyd edilmişdir. Ərizəçinin müraciəti ilə əlaqədar olaraq bildirildi ki, sənədlər arasında uyğunsuzluq mövcud olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Sözügedən uyğunsuzluq aradan qalxdıqdan sonra müraciətə yenidən baxıla bilər. Ərizəçiyə məxsus 02.02.1981-ci tarixində tərtib olunmuş № ******* saylı əmək kitabçasında yanlışlıqla yazılan ad qrafasında "Katya” yazıldığından yaşa görə əmək pensiyanı ala bilmir. Göstərilənlərə əsasən 02.02.1981 -ci tarixində tərtib olunmuş № ******* saylı əmək kitabçasında qeydə alınmış ərizəçinin adının “Yekaterina” olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X3 adına 02.02.1981-ci il tarixdə tərtib olunmuş № ******* saylı əmək kitabçasının Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizəni müdafiə etdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Sosial Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 ərizəyə etiraz edərək bildirdi ki, Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə birlikdə Bakı Qənnadı Zavodunda işləmişdir. Sənədlə adı Yekaterinadır, lakin ona Katya kimi müraciət edirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı qızıdır. Onlar Ermənistanda yaşayanda orada hamı onu Katya deyib çağırırdılar. Əmək kitabçasında da adı qrafasında “Yekaterina” əvəzinə “Katya” qeyd olunmuşdur. İşin materiallarında olan 24.10.2012-ci il tarixdə verilmiş AZ-İİ № 979295 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Stepanavan rayonunda anadan olmuş, atası X9, anası X4r. İşin materiallarında olan Bakı-Nəsimi RPİ tərəfindən 03.12.2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Stepanavan rayonunda anadan olmuşdur. İş materiallarında olan 02.02.1981-ci il tarixdə tərtib edilmiş ARM № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 20.04.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş 02.02.1981-ci il tarixində tərtib olunmuş № ******* saylı X3 adına olan əmək kitabçasında 25 il 9 ay sığorta stajı qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən 03.12.2009-cu il tarixində verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd olunmağına baxmayaraq, təqdim edilmiş əmək kitabçasında ad “Katya” kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən sənədlər arasında uyğunsuzluq mövcud olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunverciliyin tələbləri baxımından mümkün deyildir. Beləliklə məhkəmədə müəyyən olundu ki, ərizəçinin adı “Yekaterina” olduğu halda, əmək kitabçasında adı “Katya” kimi qeyd edilmişdir. Bu səbəbdən ərizəçi bəzi sənədləşmə işlərində çətinlik çəkir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1958-ci il təvəllüdlü X3 adına 02.02.1981-ci il tarixdə tərtib olunmuş ARM № ******* saylı əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «hüquqi faktın müəyyən olunması» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X3 adına 02.02.1981-ci il tarixdə tərtib olunmuş ARM № ******* saylı əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-5376/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5376/2021
30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver