Məhkəmə qərarları › İş №2(006)-5404/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5404/2021

10.11.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5404/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı - ipoteka qoyan X1 hüquqi varisi İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «ipoteka müqaviləsinin Əlavə Kredit Müqaviləsinə münasibətdə bağlanılmamış hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - ipoteka qoyan X1 hüquqi varisi İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «ipoteka müqaviləsinin Əlavə Kredit Müqaviləsinə münasibətdə bağlanılmamış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC ilə onun arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli 38KL/14 saylı «Əsas Kredit Müqaviləsi» üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdehlə onun mərhum anası - 21 iyun 2017-ci il tarixdə vəfat etmiş X6 arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KLİ/14 saylı «İpoteka Müqaviləsi»nin cavabdehlə onun arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KL/14-1 saylı «Əlavə Kredit Müqaviləsi»nə münasibətdə bağlanılmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı - ipoteka qoyan X1 hüquqi varisi İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə aralarında 29 oktyabr 2014-cü il tarixli 38KL/14 saylı Əsas Kredit Müqaviləsi ilə "xxxx" KB ASC tərəfindən ona (İddiaçı) 1.000.000 manat məbləğində 60 ay müddətinə, 29 oktyabr 2019-cu il tarixinədək müddət ərzində kredit xətti üzrə, həmin müqaviləyə istinadən bağlanılan Əlavə Kredit Müqavilələri bağlanmaqla kreditlər verilməsi perspektivi göstərilmişdir. Cavabdeh bank ilə bağlanmış 29 oktyabr 2014-cü il tarixli 38KL/14 saylı Əsas Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə onun mərhum anası - 21 iyun 2017-ci il tarixdə vəfat etmiş X5 ilə 30 oktyabr 2014-cü il tarixli 38KLİ/14 saylı İpoteka Müqaviləsi bağlanmışdır. Həmin İpoteka müqaviləsinə əsasən, X4 tam mülkiyyət hüququ üzrə məxsus Lənkəran şəhəri Nizami küçəsində yerləşən 0,0888 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 15 saylı fərdi yaşayış evi cavabdeh Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu faktki halı təsdiq edən 30 oktyabr 2014-cü il tarixli 38KLİ/14 saylı İpoteka Müqaviləsinin, həmçinin, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.10.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışı məhkəməyə təqdim edir. 30 oktyabr 2014-cü il tarixli 38KLİ/14 saylı İpoteka Müqaviləsi bağlanandan sonra, cavabdehlə aralarında bağlanmış 29 oktyabr 2014-cü il tarixli müqaviləyə əsasən ona gələcəkdə manatla kredit verilməsi razılaşdırılmasına baxmayaraq, bunun tam ziddinə olaraq həmin müqavilənin tərkib hissəsi kimi göstərilən, lakin qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən müstəqil müqavilə olan - 30 oktyabr 2014-cü il tarixli 38KL/14-1 saylı Əlavə Kredit Müqaviləsi ilə ona "xxxx" KB ASC-dən 18 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 40.000 ABŞ dolları (yəni, o vaxtı manatın məzənnəsinə əsasən 31.200 manat) məbləğində fərdi istehlak krediti verilmişdir. Daha sonra, 30 oktyabr 2014-cü il tarixli 38KL/14-1 saylı Əlavə Kredit Müqaviləsinə edilən dəyişikliyə, yəni "xxxx" KB ASC ilə onun özü arasında bağlanmış 30 mart 2015-ci il tarixli Sazişə əsasən kreditin müddəti 24 ay, illik faiz dərəcəsi isə 19,5 % müəyyən edilmişdir. Beləliklə, 29 oktyabr 2014-cü il tarixli 38KL/14 saylı Əsas Kredit Müqaviləsi və yalnız həmin Müqavilənin icrasının təminatı kimi 30 oktyabr 2014-cü il tarixli 38KLİ/14 saylı İpoteka Müqaviləsi bağlanandan sonra, ipoteka qoyan X2 heç bir məlumat verilmədən və onunla razılaşdırılmadan, habelə ipoteka müqaviləsinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin əvvəlki təminat əsasında cavabdeh bank ilə onun özü aralarında bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KL/14-1 saylı Əlavə Kredit Müqaviləsinə əsasən 18 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 40.000 ABŞ dolları məbləğində fərdi istehlak krediti verilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Əsas Kredit Müqaviləsi və sonradan bağlanmış Əlavə Kredit Müqaviləsi İpoteka qoyanın hüquqlarını kobud şəkildə pozmaqla bağlanmışdır. Belə ki, onunla cavabdeh Bank arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli 38KL/14 saylı Əsas Kredit Müqaviləsinin 1.1-ci bəndində qeyd edilir ki, Borc verən Borc alana 1.000.000 AZN məbləğində 60 ay müddətinə, 29 oktyabr 2019-cu il tarixədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanmaqla kredit verir. Həmin Müqavilənin 1.2-ci bəndində qeyd edilir ki, Kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri Tərəflərin razılığı ilə Əlavə Kredit Müqaviləsi ilə tənzimlənir. Müqavilənin 1.3-cü bəndində qeyd edilir ki, Əsas Kreditin Müqaviləsi çərçivəsində Borcalana verilən kreditlər Əlavə Kredit Müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi, spesifik şərtlər Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Əlavə Kredit Müqavilələrində onun əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmasına dair şərt nəzərdə tutulmalıdır. Müqavilənin 1.3-cü bəndində qeyd edilir ki, Borcverən öz mülahizəsinə əsasən Borcalana bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddət ərzində və həmin bənddə müəyyən edilmiş kredit limitindən artıq olmayan məbləğdə dəfələrlə kredit verə və ya kreditin verilməsindən imtina edə bilər. Müqavilənin 8.1-ci bəndində qeyd edilir ki, Bu müqavilənin müddəaları heç bir halda Borcverənin Borcalana kredit vermək vədi kimi təfsir oluna bilməz. Göründüyü kimi, həmin sənəd Əsas Kredit Müqaviləsi adlandırılsa da, faktiki olaraq qüvvədə olan qanunvericiliyin imperativ (məcburi) tələblərinə zidd tərtib edilmiş, cavabdeh "xxxx" KB ASC üçün hər hansı hüquqi nəticələr və öhdəliklər yaratması, dəyişməsi və ya aradan götürülməsinə xidmət etmir. Həmin sənəd yalnız görünüş üçün tərtib edilmişdir və onu bağlamaqda Bankın məqsədi istehlakçını inandırmaqdır ki, guya ona 1.000.000 manat məbləğində kredit (yəni, növbətçi xarakterli) verilməsi görünüşü yaratmaqla ola bilsin ki, onun həmin məbləğdə maliyyə resurslarından yararlanmaq «şansının» ola bilməsi ehtimalını təkrar ehtimal (xəyal) etməkdir. Ona görə də, cavabdeh həmin müqaviləni bağlamaqla kifayətlənərək, həmin müqavilə ilə öz üzərinə ümumiyyətlə heç bir hüquqi öhdəlik götürmədən istehlakçını (yəni, onu) vicdansızcasına aldadaraq, istehlakçıya məxsus mümkün gədər böyük həcmdə və dəyərdə daşınmaz əmlakını özünün girovluğuna (ipotekasına) alıb, gələcəkdə müxtəlif maliyyə və digər fəndləri vasitəsilə həmin əmlakını özününkiləşdirsin. Eyni zamanda, onun hüquqi varisi olduğu ipoteka qoyan X6 ilə cavabdeh Bank arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KLİ/14 saylı İpoteka Müqaviləsinin müddəalarına əsasən, ipoteka qoyulmuş əmlak cavabdeh "xxxx" KB ASC ilə borcalan İddiaçı (yəni, onun) arasında bağlanmış kredit xəttinin açılması haqqında X13 və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri kimi göstərilən ayrıca Əlavə Kredit Müqavilələri üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.» Həmin Qərarda qeyd edilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin «bu müqavilə bankın kredit vermək vədini ifadə etmir» qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.» Həmin Qərarda qeyd edilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin «bu müqavilə bankın kredit vermək vədini ifadə etmir» qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.» Həmin Qərarda qeyd edilir ki, «Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmə dikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.» Həmin Qərarda qeyd edilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin «onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması» müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.» Ona görə də, hesab edir ki, yalnız cavabdeh "xxxx" KB ASC ilə borcalan İddiaçı (yəni, onun) arasında bağlanmış kredit xəttinin açılması haqqında 29 oktyabr 2014-cü il tarixli 38KL/14 saylı Əsas Kredit Müqaviləsi üzrə təminat qismində X6 ilə bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KLİ/14 saylı İpoteka Müqaviləsi, sonradan bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KL/14-1 saylı Əlavə Kredit Müqaviləsinin mühüm şərtlərini əks etdirtmədiyi, habelə mühüm şərtlər barədə tələblərin İpoteka Müqaviləsi bağlanarkən də pozulduğu səbəbindən, həmin İpoteka Müqaviləsinin 30 oktyabr 2014-cü il tarixli 38KL/14-1 saylı Əlavə Kredit Müqaviləsinə münasibətdə bağlanılmamış hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respubikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respubikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respubikası Konstitusiyasının 29cu maddəsinin Vİİ bəndində göstərilmişdir ki, Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respubikası Konstitusiyasının 60-cı maddəsində göstərilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.11-ci maddəsinə əsasən girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Həmin Məcəllənin 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsaslan və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidir sə, ipoteka müqaviləsində onun müəyyənləş dirilmə sinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndir içilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin müvafiq normalarının müraciətlərdə qaldırılan məsələlərin ardıcıllığı qaydasında təhlil edilməsini və ilk növbədə, kredit xətti müqaviləsinin mahiyyətinə aydınlıq gətirilməsini zəruri hesab edir. Bir çox ölkələrdə geniş tətbiq olunan kreditləşmə növlərindən biri də kredit xətləridir (limitləridir). Belə müqavilələr ayrı-ayrı ölkələrdə «baş kredit razılaşması», «kredit xətti müqaviləsi», «çərçivə müqaviləsi», «ümumi şərtlər müqaviləsi», «açıq şərtlərlə razılaşma» və s. kimi tanınır. Həmin Qərara əsasən, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2- ci maddələri). Həmin Qərara əsasən, Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləş dirilməlidir sə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər «İpoteka haqqında» Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və «İpoteka haqqında» Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin çağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühiim şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, «İpoteka haqqında» Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına əsasən, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütiin zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Bundan əlavə, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı ilə əlaqədar Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il tarixli Qərardadında göstərilmişdir: «1. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.» Qeyd: Göründüyü kimi, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumu özünün bu Qərardadında göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli Qərarlarındakı hüquqi mövqelərinin məhkəmə aktları ilə həll olunmamış mübahisələrə şamil olunmadığını göstərməmişdir. Bundan əlavə, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 31 may tarixli və «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2019-cu il 25 iyul tarixli Qərarlarına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadında göstərilmişdir: «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 68.1, 69.2-ci və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 46-cı maddələrini rəhbər tutaraq qərara almışdır ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cii maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 31 may tarixli və «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Qeyd: Göründüyü kimi, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumu özünün bu qərardadında göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarındakı hüquqi mövqelərinin hansı münasibətlərə və hansı mübahisələrə şamil olunmadığını göstərməmişdir. Beləliklə, Azərbaycan Respublilcasi Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il tarixli və 11 oktyabr 2019-cu il tarixli qərardadları vasitəsilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarındakı hüquqi mövqelərinin hansı münasibətlərinə və mübahisələrə şamil olduğu və ya şamil olmadığı məsələsinə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu tərəfindən dəqiq aydınlıq gətirmişdir. Həmin qərardadlar qətidir, hec bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarındakı hüquqi mövqeləri hazırki iddia tələbi üzrə münasibətlərə və mübahisəyə birbaşa şamil olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, «Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.» Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd etdiyi mülki işin faktiki halları və istinad etdiyi qanunvericilik aktlarına əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Mülki Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.11-ci maddəsinə əsasən girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarınə uyğun olaraq: - Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019cu il tarixli Qərarına uyğun olaraq: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019cu il tarixli Qərardadına uyğun olaraq: - “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına uyğun olaraq - Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilib ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına görə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Göründüyü kimi, hüququn tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış zaminlik və ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməlidir. Əks halda, zaminliyə bütövlükdə xitam verilir. İpoteka müqaviləsi isə bağlanmamış hesab edilir. Bundan başqa, o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli Qərardadları ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018 və 25 iyul 2019-cu il Qərarlarının hansı iddialara şamil edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına uyğun olaraq - Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Hazırkı iddianın predmetini təşkil edən münaibətlər isə həmin Qərarların qüvvəyə minməsindən əvvəl cavabdeh "xxxx" KB ASC ilə onun arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli 38KL/14 saylı «Əsas Kredit Müqaviləsi» üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdehlə onun mərhum anası - 21 iyun 2017-ci il tarixdə vəfat etmiş X6 arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KLİ/14 saylı «İpoteka Müqaviləsi»nin cavabdehlə onun arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KL/14-1 saylı «Əlavə Kredit Müqaviləsi» üzrə yaranmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" KB ASC-yə qarşı «kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı onunla cavabdeh "xxxx" KB ASC arasında bağlanmış 29.10.2014-cü il tarixli 38KL/14 saylı əsas kredit müqaviləsinə istinadla tərtib edilmiş 30.10.2014-cü il tarixli 38KL/14-1 saylı əlavə kredit müqaviləsi şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli 2(102)-4312/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı - ipoteka qoyan X1 hüquqi varisi İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «ipoteka müqaviləsinin Əlavə Kredit Müqaviləsinə münasibətdə bağlanılmamış hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - ipoteka qoyan X1 hüquqi varisi İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «ipoteka müqaviləsinin Əlavə Kredit Müqaviləsinə münasibətdə bağlanılmamış hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar