Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5420/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı X1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «qanunsuz olaraq hesablanmış məcburi dövlət sığorta və işsizlikdən sığorta haqları üzrə borcun və icbari tibbi sığorta borcun silinməsi tələbinə dair» iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X2 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «qanunsuz olaraq hesablanmış məcburi dövlət sığorta və işsizlikdən sığorta haqları üzrə borcun və icbari tibbi sığorta borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin ərizədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən hesablanmış və iddiaçıdan ödənilməsini tələb etdiyi bütün borcların qanunsuz hesab olunmasını, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta haqları üzrə iddiaçıya bu günədək hesablanmış əsas borclar və faiz borcların silinməsini xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, həmin iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırki halda iddiaçının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «qanunsuz olaraq hesablanmış məcburi dövlət sığorta və işsizlikdən sığorta haqları üzrə borcun və icbari tibbi sığorta borcun silinməsi tələbinə dair» iddia ərizəsinə isə həmin rayon məhkəməsində baxıla bilməz. Belə ki, bu növ iddialara rayon məhkəmələrinin baxmaq səlahiyyəti yoxdur və bu növ iddiaların məhkəmə aidiyyati Bakı Kommersiya Məhkəməsinə aiddir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsindəki tələblə məhz Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququna malikdir və iddia ərizəsindəki qeyd etdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı hazırda irəli sürülən tələbə məhz həmin məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi ilə bağlı aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «qanunsuz olaraq hesablanmış məcburi dövlət sığorta və işsizlikdən sığorta haqqları üzrə borcun və icbari tibbi sığorta borcun silinməsi tələbinə dair» iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya izah edilsin ki, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «qanunsuz olaraq hesablanmış məcburi dövlət sığorta və işsizlikdən sığorta haqları üzrə borcun və icbari tibbi sığorta borcun silinməsi» tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5420/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5420/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver